Natiq Davudov adına Şərif 1 saylı kənd tam orta məktəb

Natiq Davudov adına Şərif 1 saylı kənd tam orta məktəb

Share

Şərif kənd ərazisində yerləşir, məktəbdə tədris iki dildə aparılır rus və azərbaycan dilində. Məktəbdə hal -hazırda pedaqoji və qeyri-pedaqoji 67 nəfər işçi

26/06/2026

Silahlı Qüvvələr Günü: Qalib ordunun qürur salnaməsi

26 iyun Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi mənəvi dəyərə malik günlərdən biridir. Silahlı Qüvvələr Günü təkcə rəsmi bayram deyil, həm də Vətənə sədaqətin, hərbçi şərəfinin, milli birliyin və müstəqillik iradəsinin təcəssümüdür. 108 illik şərəfli yol Azərbaycan Ordusunun formalaşma, möhkəmlənmə və qalib ordu kimi tarixə yazılma mərhələlərini özündə birləşdirir. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Milli Ordu xalqın gücündən doğan, dövlətin suverenliyini qoruyan və Vətən torpağını müdafiə edən müqəddəs dayaqlardan biridir. Bu gün Azərbaycan Ordusu müasir döyüş qabiliyyəti, peşəkar şəxsi heyəti, yüksək intizamı və vətənpərvər ruhu ilə seçilir. Ordumuzun inkişafı illər ərzində aparılan ardıcıl dövlət siyasətinin, hərbi quruculuq sahəsində həyata keçirilən islahatların və xalqın öz ordusuna olan sarsılmaz inamının nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
90-cı illərdə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Antiterror tədbiri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.
Bu gün Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilir. 2025-ci ilin 8 noyabr tarixində Bakıda Zəfər muzeyinin açılışı olmuşdur. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır.
Güclü ordu güclü dövlətin əsas dayaqlarından biridir. Azərbaycan Ordusu bundan sonra da müstəqilliyimizin, suverenliyimizin, sərhədlərimizin və milli maraqlarımızın etibarlı müdafiəçisi olaraq qalacaqdır. Hər bir vətəndaş üçün bu gün ordumuza dəstək, şəhidlərimizə ehtiram, qazilərimizə hörmət və bayrağımıza sədaqət deməkdir.

24/06/2026

Azərbaycan-Türkmənistan münasibətlərində yeni strateji mərhələ

Türkmənistan Prezidenti Serdar Berdimuhammedovun Azərbaycana dövlət səfəri təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Xəzər dənizində bütün regional əməkdaşlıq arxitekturası üçün əlamətdar hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş formatlarda danışıqlar, böyük sənədlər paketinin imzalanması və “Dostluq” neft tankerinin təhvil verilməsi kimi simvolik jestlər Bakı ilə Aşqabad arasında qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəsini nümayiş etdirdi.
Qarabağın bərpasında köməyə görə Türkmənistana, Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürünü çatdıran Prezident İlham Əliyev xüsusilə vurğuladı ki: “Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
İyunun 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun keçirdiyi danışıqlar və mətbuata verdikləri bəyanatların məzmunu göstərir ki, Bakı və Aşqabad, faktiki olaraq, dəyişən Avrasiya geosiyasətində yeni əməkdaşlıq arxitekturasının konturlarını müəyyənləşdirirlər.
Prezident İlham Əliyevin mətbuata bəyanatında diqqətçəkən mühüm məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunmasını "tarixi hadisə" kimi qiymətləndirməsi oldu. Uzun müddət Azərbaycan beynəlxalq münasibətlər sistemində əsasən Cənubi Qafqaz dövləti kimi qəbul edilirdi. Lakin dəyişən qlobal geosiyasi reallıqlar fonunda Bakı regional rolunu daha geniş müstəvidə müəyyənləşdirməyə başlayıb. Xəzər dənizi artıq Mərkəzi Asiya ilə Cənubi Qafqazı, oradan isə Avropanı birləşdirən strateji geoiqtisadi məkan kimi qiymətləndirilir. İlham Əliyevin çıxışında səsləndirdiyi "böyük Mərkəzi Asiya" yanaşması da məhz bu yeni baxışın konseptual ifadəsidir. Bu siyasətin arxasında, eyni zamanda, uzunmüddətli strateji hesablamalar dayanır. Bakı Mərkəzi Asiya ölkələri ilə institusional əməkdaşlığı genişləndirməyə çalışır, Xəzəri inteqrasiya platforması kimi təqdim edir və Türk Dövlətləri Təşkilatının siyasi formatdan iqtisadi inteqrasiyaya keçidini dəstəkləyən əsas aktorlardan biri kimi çıxış edir. Mövcud strategiyanın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan xarici siyasətində ənənəvi regional çərçivələri genişləndirərək Avrasiyanın yeni geosiyasi arxitekturasında daha fəal və təsirli rol oynamağa iddia edir.
Dövlət başçımızın “Nəqliyyat-logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil” fikri bu gün nəqliyyat marşrutlarının dövlətlərin geosiyasi mövqelərini, iqtisadi təhlükəsizliyini və beynəlxalq təsir imkanlarını müəyyənləşdirən strateji alətlərdən birinə çevrildiyi məntiqinə söykənir. Son illər qlobal logistika sistemində yaşanan sarsıntılar bu reallığı daha aydın göstərdi. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar nəticəsində ənənəvi şimal marşrutlarının əhəmiyyəti azaldı, Qırmızı dənizdə təhlükəsizlik problemləri və Süveyş kanalı ətrafında yaranan risklər isə dünya ticarətinin alternativ dəhlizlərə olan ehtiyacını artırdı. Eyni zamanda, Çin ilə Avropa arasında ticarət dövriyyəsinin dayanıqlı və təhlükəsiz marşrutlar vasitəsilə təmin olunması qlobal iqtisadiyyatın əsas prioritetlərindən birinə çevrildi. Məhz bu geosiyasi və geoiqtisadi dəyişikliklər Orta Dəhlizin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artırdı. Marşrutun səmərəli fəaliyyəti isə Xəzər hövzəsində yerləşən əsas tranzit ölkələrin koordinasiyasından birbaşa asılıdır. Azərbaycan və Türkmənistan bu baxımdan Orta Dəhlizin iki əsas dayağı kimi çıxış edirlər. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam potensialla işləməsi üçün Bakı ilə Aşqabad arasında liman infrastrukturu, bərə daşımaları, gömrük prosedurları və logistika siyasəti üzrə koordinasiyanın gücləndirilməsi həlledici əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin “Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik” fikri iki ölkənin enerji sahəsində əməkdaşlığı yeni geoiqtisadi reallıqlar fonunda qiymətləndirdiyini göstərir. Məlumdur ki, Avropanın enerji təhlükəsizliyi məsələsi qitənin xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji mənbələrinin və nəqli marşrutlarının diversifikasiyasını sürətləndirib. Bu prosesdə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə etibarlı təchizatçı kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Türkmənistan isə dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik dövlətlərdən biri olaraq hələ tam istifadə olunmamış böyük enerji potensialına sahibdir. Məhz bu baxımdan Bakı ilə Aşqabad arasında enerji sahəsində koordinasiyanın genişlənməsi Avrasiyanın enerji xəritəsində yeni imkanların formalaşması deməkdir.
Prezident İlham Əliyevin çıxışında Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa olunan məscidə xüsusi yer ayırması da mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir. Qarabağın bərpası prosesi azad edilmiş ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi istiqamətində aparılan siyasətin tərkib hissəsidir. Türkmənistanın bu prosesdə iştirakı xüsusi simvolik əhəmiyyət daşıyır. Bu, bir tərəfdən Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq münasibətlərinin konkret təzahürü kimi çıxış edir, digər tərəfdən isə Qarabağın bərpasına Türk dünyasının mənəvi və siyasi dəstəyi kimi qəbul oluna bilər. Belə layihələr Azərbaycanın postmünaqişə dövründə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirdiyini və azad edilmiş ərazilərin inkişafını çoxtərəfli əməkdaşlıq vasitəsilə həyata keçirdiyini göstərir.
Bakıda keçirilən görüşün diqqətçəkən cəhətlərindən biri də əməkdaşlığın, bütövlükdə Türk dünyasının inteqrasiya prosesləri kontekstində təqdim olunması idi. Son illər TDT-nin fəaliyyəti daha çox siyasi dialoq, mədəni yaxınlaşma və ortaq kimlik məsələləri üzərində qurulurdu. Lakin hazırkı geosiyasi reallıqlar göstərir ki, təşkilat tədricən iqtisadi inteqrasiyanın da əsas platformalarından birinə çevrilir.
Prezidentlərin Bakı görüşü göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Xəzər hövzəsinin, Orta Dəhlizin və Türk dünyasının geoiqtisadi gələcəyini formalaşdıran strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Bu əməkdaşlığın dərinləşməsi yalnız iki ölkənin milli maraqlarına deyil, həm də Avrasiyada yeni nəqliyyat, enerji və iqtisadi inteqrasiya modelinin möhkəmlənməsinə mühüm töhfə verə bilər.Azərbaycan-Türkmənistan münasibətlərində yeni strateji mərhələ

Prezidentlərin Bakı görüşü göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Xəzər hövzəsinin, Orta Dəhlizin və Türk dünyasının geoiqtisadi gələcəyini formalaşdıran strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Bu əməkdaşlığın dərinləşməsi yalnız iki ölkənin milli maraqlarına deyil, həm də Avrasiyada yeni nəqliyyat, enerji və iqtisadi inteqrasiya modelinin möhkəmlənməsinə mühüm töhfə verə bilər.

Photos from Natiq Davudov adına Şərif 1 saylı kənd tam orta məktəb's post 18/06/2026

Şərif kəndi Natiq Davudov adına 1 nömrəli tam orta ümümtəhsil məktəbində“Son zəng” tədbiri böyük coşqu və sevinc içində keçirildi. Şagirdlərimiz şeir, mahnı və rəqslərlə çıxış edərək unudulmaz anlar yaşadılar. Məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayır, onlara yeni başlanğıclarında müvəffəqiyyətlər diləyirik.

13/06/2026

Müttəfiqliyin Şuşa Zirvəsi

Şuşa Azərbaycan xalqının milli mənliyinin, əyilməz ruhunun, tarixi ədalətinin uca zirvəsidir. Təqvimlər 15 iyun 2021-ci ili göstərəndə bu müqəddəs ucalıqda dünyanın hərbi-siyasi tarixinə daha bir silinməz səhifə yazıldı. Həmin gün Qarabağın baş tacında ucalan üçrəngli bayrağımızın fonunda Şuşa Bəyannaməsinin imzalanması ilə Bakı və Ankaranın çoxəsrlik qardaşlıq bağları rəsmən beynəlxalq hüququn ən uca nöqtəsinə - strateji müttəfiqlik zirvəsinə qaldırıldı.
Bu tarixi hadisənin Azərbaycan xalqının Qurtuluş Gününə təsadüf etməsi isə sözün həqiqi mənasında tarixin qanunauyğun ssenarisi idi. 1993-cü ilin o böhranlı iyun günlərində Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışı dövlətimizi xaosdan necə xilas etdisə, düz 28 il sonra onun vəsiyyəti olan "Bir millət, iki dövlət" fəlsəfəsi də Şuşada imzalanan Bəyannamə ilə gələcək nəsillərin sarsılmaz təhlükəsizlik zəmanətinə çevrildi.
Vətən müharibəsinin üzərindən 7 ay keçdikdən sonra - 2021-ci ilin iyununda Prezident İlham Əliyevin qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşılaması və burada imzalanan Şuşa Bəyannaməsi gələcəyə doğru atılan ən böyük addım oldu.
İmza mərasimindən sonra dövlət başçılarının mətbuata verdiyi bəyanatlar bu bəyannamənin həm də gələcək nəsillərin təhlükəsizlik sənədi olduğunu sübut etdi. Prezident İlham Əliyev bəyannamənin adındakı "müttəfiqlik" kəlməsinin çəkisinə diqqət yönəldərək qeyd etdi: "...Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır".
Dövlətimizin rəhbəri vurğuladı ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir: "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk".
Tarixi bağlara malik Azərbaycan-Türkiyə qardaşlığı 44 günlük Vətən müharibəsində daha da möhkəmləndi. Savaşın ilk saatlarından etibarən bəzi beynəlxalq siyasi dairələrin Azərbaycana yönələn təzyiq cəhdləri, Ankaradan gələn qətiyyətli və ard-arda bəyanatlarla iflasa uğradı. Dünyaya açıq mesaj verildi ki, Azərbaycan tək deyil.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iki liderin - dövlətimizin başçısı İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması bu birliyin daha bir mesajı idi. Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş torpaqlarda inşa edilən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının açılışlarında lentləri birgə kəsmələri bu həmrəyliyin sarsılmaz gələcəyə açılan qapıları oldu.
Azərbaycanla Türkiyənin münasibətlərini unikal edən əsas cəhət onun yalnız ortaq siyasi maraqlara deyil, həm də səmimi, sarsılmaz xalq sevgisinə əsaslanmasıdır. Bu ittifaq təkcə qələbə sevinclərini paylaşmır, həm də acını bölüşməyi bacarır.
6 fevral 2023-cü ildə qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının göstərdiyi fədakarlıq bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin təxirəsalınmaz tapşırıqları ilə fəlakət bölgəsinə ilk yetişən, dağıntılar altından can qurtaran məhz Azərbaycanın xilasediciləri oldular. O çətin günlərdə hər bir azərbaycanlının zəlzələdən əziyyət çəkənlərə öz maddi dəstəyini göstərmək üçün növbəyə durması həm də "bir millət" olmağın qan yaddaşı idi.
15 iyun 2021-ci ildə iki qardaş ölkənin liderləri tərəfindən Qarabağda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı.
Bəyannamənin ən mühüm məqamlarından biri 1921-ci il oktyabrın 13-də imzalanmış tarixi Qars müqaviləsinə edilən istinaddır. Düz bir əsr sonra iki qardaş dövlətin yenidən eyni hüquqi-siyasi prinsiplərə sadiqliyini bəyan etməsi, regionda sabitliyin və sərhədlərin toxunulmazlığının ən böyük qarantıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinin tarixi ruhunu yeni geosiyasi tələblərə uyğunlaşdıraraq gələcəyə daşıdı.
Tarixi bəyannamənin hüquqi müddəaları regionda tamamilə yeni təhlükəsizlik arxitekturası yaratdı. Sənədin ən mühüm bəndi təhdidlərə qarşı ortaq mövqedir: tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bəyannamədə Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi də öz əksini tapıb. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır.
Şuşa Bəyannaməsi həm də qlobal inteqrasiya və iqtisadi inkişaf sənədidir. Burada xüsusi yer ayrılmış Zəngəzur dəhlizi (TRIPP) təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla və Türkiyə ilə birləşdirməyəcək, həm də Asiyadan Avropaya qədər uzanan böyük bir coğrafiyada nəqliyyat arteriyasının operativliyini təmin edəcək.
Şuşa Bəyannaməsinin regional sərhədləri aşaraq bütövlükdə türk dünyasının qlobal arenada güclənməsinə xidmət etməsi də gerçəklikdir. Belə ki, bəyannamədə tərəflərin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bir-birinə şərtsiz dəstək verəcəyi xüsusi qeyd olunub.
Şuşa Bəyannaməsinin açdığı bu yol, sonrakı illərdə bəhrəsini verməkdə davam etdi. 2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və orada imzalanan Qarabağ Bəyannaməsi məhz Şuşa Bəyannaməsinin doğurduğu qlobal nüfuzun və türk dövlətlərinin sarsılmaz həmrəyliyinin məntiqi davamı idi.
15 iyun 2021-ci ildə zəfər qalamız Şuşada imzalanan tarixi sənəd, bu gün Cənubi Qafqazda daimi sülhün, tərəqqinin və regional əməkdaşlığın ən mühüm rəsmi təminatıdır. Azərbaycan-Türkiyə birliyi hər gün daha da dərinləşir və bu sarsılmaz müttəfiqlik tarixin yaddaşına bölgəyə yeni nəfəs, yeni sülh dövrü gətirən mühüm salnamə kimi yazılır.

12/06/2026

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən əlamətdar tarixlərindən olan 15 İyun - Milli Qurtuluş Günü respublikamızın öz müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda xalqın öz taleyinə sahib çıxdığı dönüş nöqtəsidir. Bu tarix xalqın Ümummilli Lider Heydər Əliyevə dərin və sarsılmaz inamının, milli birliyinin və qurtuluşunun rəmzidir. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev dövləti xilas etməklə bərabər, gələcək nəsillərə güclü, müstəqil və qüdrətli bir ölkə miras qoydu.
1990-cı illərin əvvəllərində kritik həddə çatan ictimai-siyasi böhran Azərbaycanı məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplaşmaların səriştəsiz siyasəti respublikada vəziyyəti idarəolunmaz hala gətirib çıxarmışdı. 1992-ci ilin may ayında hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü, dövlət idarəçiliyindəki qeyri-peşəkarlıq, şəxsi ambisiyalar və hakimiyyət davası ilə ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. İqtisadiyyat tamamilə tənəzzülə uğramış, ordu quruculuğu isə milli maraqlara zidd, səriştəsiz insanların əlinə keçmişdi.
Bu xaos şəraitində xalqın yeganə ümid yeri görkəmli dövlət xadimi Heydər Əliyev idi. Buna görə də çətin durumunda xalqın nəzər-diqqəti Naxçıvana - Ulu Öndərə yönəldi. Blokada şəraitində belə muxtar respublikanı qorumağı bacaran, təcrübəsi və xarizması ilə dünya səviyyəli siyasətçi kimi tanınan Heydər Əliyev dövlətin və xalqın yeganə nicatı idi. Xalqın təkidli dəvəti ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev proseslərə müdaxilə edərək ilk növbədə hərbi böhranın daha da dərinləşməsinin, vətəndaş qarşıdurmasının qarşısını aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə respublikamızın tarixinə "Milli Qurtuluş Günü" kimi həkk olunan, dövlətçiliyimizin və müstəqilliyimizin əbədiləşdirilməsini təmin edən yeni və tarixi bir mərhələ başladı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərqərar olunması, separatizmin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atıldı.
Həmin ilin oktyabr ayında Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi isə bütün xalqın Ulu Öndərə olan inamının növbəti təcəssümü oldu. Beləliklə, 1993-cü ilin iyununda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkəmizi uçurumun kənarından döndərərək, dövlətçiliyimizin sarsılmaz təməllərini atdı və bu gün qürurla yaşadığımız, ərazi bütövlüyü tam bərpa olunmuş müstəqil Azərbaycanın formalaşmasına yol açdı.
1994-cü ilin may ayında Ermənistanla atəşkəs elan edildikdən sonra Heydər Əliyev bütün qüvvə və bacarığını ölkənin sosial-iqtisadi inkişafına, silahlı qüvvələrimizin tamamilə yenidən qurulması işinə yönəltdi. 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması və ölkənin neft sənayesinə investisiyaların cəlb olunması Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu.
Taleyüklü məsələləri həll edən dahi rəhbər fundamental təməllərə əsaslanan dövlət quruculuğuna başladı. Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyini təmin edəcək institusional strukturlar formalaşdırıldı, 1995-ci ilin noyabrında qəbul olunan və tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu. Odur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.
Dahi şəxsiyyətin ən çətin dövrlərdə belə səsləndirdiyi "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" fikri həm də gələcək qələbənin ideoloji proqramı idi. Ulu Öndər Azərbaycanın tarixi torpaqlarının işğal altında qalmasını müvəqqəti hal kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu ədalətsizliyi qəbul etməməyə çağırırdı. Mötəbər tribunalardan Qarabağ həqiqətlərini dünyaya çatdıran dahi şəxsiyyət işğalçılıq siyasətinin ifşası üçün sistemli diplomatik yol xəritəsi çəkirdi.
Ulu Öndərin "Bizim hamımızın elliklə, obalıqla xalqımızın, millətimizin bir müqəddəs arzusu, istəyi, bir müqəddəs məqsədi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır… biz bu arzumuza mütləq çatacağıq... …İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir" sözləri ilə ifadə etdiyi qayıdışa sarsılmaz inamı xalqın mübarizə əzmini sınmağa qoymurdu.
Heydər Əliyev öz siyasəti ilə ordu quruculuğuna, iqtisadi gücə və beynəlxalq nüfuza önəm verərək, gələcək Zəfərin təməlini məhz o illərdə qoydu.
Heç şübhəsiz dahi siyasətçi Heydər Əliyevin cənab İlham Əliyevi öz siyasi varisi kimi müəyyən etməsi Azərbaycanın müasir tarixinin ən strateji və uzaqgörən qərarlarından biri, dövlətçiliyimizin qüdrətlənməsini və uğurlarının davamlılığını təmin edən tarixi seçim oldu. Bu qərar Azərbaycanın gələcək taleyi üçün düşünülmüş məsuliyyətli siyasi kursun varisliyi idi.
1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində Heydər Əliyev cənab İlham Əliyevi layiqli namizəd kimi təqdim edərkən, onun siyasi hazırlığını, intellektual səviyyəsini və ən əsası, dövlətçilik təfəkkürünü xüsusi vurğulamışdı. Ulu Öndərin bu tarixi mesajı xalqın gələcəyə olan etimadını möhkəmləndirdi: "İnanıram ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, tədbirləri İlham Əliyev başa çatdıra biləcək".
Ulu Öndərin cənab İlham Əliyevi siyasi varisi seçməsi, Azərbaycanın öz müstəqilliyini qoruması və daha da güclənməsi üçün atılmış ən doğru addım idi. Bu qərar, Azərbaycanın dövlətçilik xəttinin pozulmadan, daha böyük uğurlara doğru inamla irəliləməsinin təminatçısı oldu. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın azadlığı, Prezident İlham Əliyevin rəhbərliyi və Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində reallığa çevrildi.
Bu tarixi missiyanın zirvəsi 2020-ci il 8 noyabrda yaşandı. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı azad etməklə, həm xalqımızın torpaq həsrətinə son qoydu, həm də ata vəsiyyətini yerinə yetirdi. Bu Qələbə, eyni zamanda 1993-cü ildə başlanan qurtuluş missiyasının ən böyük təntənəsi oldu.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparır, Böyük qayıdışı uğurla gerçəkləşdirir. 15 iyun tarixi bizə göstərdi ki, xalq və lider birliyi, müdrik qərarlar və məqsədyönlü siyasət ən ağır şəraitdən belə dövləti zirvələrə daşıya bilir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti və qlobal miqyasda strateji tərəfdaş kimi çıxış edir. Bərqərar edilən yeni geosiyasi reallıq, daxili sabitlik, sülh mühiti və dinamik inkişaf edən iqtisadiyyat müasir Azərbaycanın simasını müəyyən edən əsas amillərdir. Reallıq ondan ibarətdir ki, Azərbaycan artıq regional layihələrin iştirakçısı deyil, qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi və əsas hərəkətverici qüvvəsidir.
Bu möhtəşəm uğurların və sarsılmaz dövlətçilik xəttinin arxasında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi strategiyası və qoyduğu möhkəm təməllər dayanır.
Zaman sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi strateji xətt ölkəmizi bütün fırtınalardan qoruyaraq ən uca zirvələrə daşıyıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu təməllər üzərində ucalan müasir Azərbaycan gələcəyə doğru böyük inamla addımlayır.

Want your school to be the top-listed School/college in Balakon?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Şərif Kəndi
Balakon
0800

Opening Hours

Monday 08:30 - 14:30
Tuesday 08:30 - 14:30
Wednesday 08:30 - 14:30
Thursday 08:30 - 14:30
Friday 08:30 - 14:30