23/06/2026
Əlirza Mustafa
Türk Dünyası İqtisad Fakültəsinin Tələbə-Dekanı
Əlirza Mustafa 2 yanvar 2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
2014–2018-ci illərdə Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə, 2018–2025-ci illərdə isə Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə təhsil almışdır.
2025-ci ildə 429,2 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin Mühasibat ixtisasına qəbul olunmuşdur.
Tələbəlik fəaliyyətinin ilk dövrlərindən etibarən ictimai fəallığı və liderlik bacarıqları ilə seçilmişdir. 2025-ci ilin oktyabr ayında UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İdarə Heyətinə üzv seçilmiş, həmin ilin dekabr ayından etibarən UNEC Rəqəmsal Könüllülər Təşkilatının İdarə Heyətində İctimai Əlaqələr Departamentinin sədri vəzifəsini icra etməyə başlamışdır.
Hazırda UNEC Türk Dünyası İqtisad Fakültəsinin Tələbə-Dekanı kimi fəaliyyət göstərir.
Könüllülük və ictimai fəaliyyətləri
* ASAN Könüllüləri Təşkilatında fəaliyyət göstərmiş, qısa müddət ərzində həm növbə üzrə rəhbər, həm də layihə rəhbəri vəzifələrinə seçilmişdir.
* 2026-cı ildən etibarən Gənclərin Sosial Media Forumunun könüllü komandasının üzvüdür.
* Bir Könüllü Təşkilatında könüllü fəaliyyətini davam etdirir.
* Marsol Expo VII “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə nəqliyyat könüllüsü kimi iştirak etmişdir.
* İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı (IsDB 2026), COP29 və WUF13 kimi beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakçı qismində fəaliyyət göstərmişdir.
Gənclərin inkişafı, tələbə özünüidarəçiliyi və könüllülük fəaliyyətlərinin təşviqi istiqamətində aktiv ictimai fəaliyyətini davam etdirir.
22/06/2026
Əziz UNEC -TUDİFAK məzunları sizləri UNEC Məzun Platformasından qeydiyyatdan keçməyə dəvət edirik.
https://alumni.unec.edu.az/auth/register
Əziz UNEC məzunları!
UNEC Məzun Platforması yaratdıq. Bu platformanın əsas məqsədi ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan bütün UNEC məzunlarını vahid informasiya və əməkdaşlıq məkanında birləşdirmək, məzunlarımız arasında əlaqələri gücləndirmək, peşəkar şəbəkələşməni təşviq etmək və universitetimizin inkişafına məzun töhfələrini daha da artırmaqdır. UNEC məzunu olmaq ömürboyu davam edən mənəvi bağlılıqdır. Gəlin bağlılığı birlikdə daha da gücləndirək və universitetimizin gələcəyinə birlikdə töhfə verək!
Bütün UNEC məzunlarını UNEC Məzun Platformasında qeydiyyatdan keçməyə dəvət edirəm:
https://alumni.unec.edu.az/auth/register
Hər şey daha da yaxşı olacaq!
18/06/2026
UNEC ailəsini ürəkdən təbrik edirik
15/06/2026
15 Haziran Azerbaycan’ın Milli Kurtuluş Günü ve Şuşa Beyannamesi’nin yıl dönümü kutlu olsun. 🇹🇷🇦🇿
03/06/2026
ABITURIYENTLƏRLƏ NÖVBƏTI GÖRÜŞ
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin fəaliyyəti və təhsil imkanları ilə bağlı maarifləndirici görüş keçirilmişdir.
Görüş zamanı fakültənin müəllimi, i.f.d. Maqsud Mirzəyev və fakültənin “Beynəlxalq logistika və ticarət” ixtisasının 4-cü kurs tələbəsi Abbaslı Elşad tərəfindən şagirdlərə karyera planlaması və peşə seçimi barədə ətraflı məlumat verilmiş, gələcək ixtisas seçiminin önəmi və əmək bazarının tələbləri ilə bağlı tövsiyələr təqdim olunmuşdur. Tədbir iştirakçıları tərəfindən mövzu maraqla qarşılanmış, şagirdlərin sualları ətraflı şəkildə cavablandırılmışdır.
Səmimi qarşılanmaya, tədbirin yüksək səviyyədə təşkilinə və yaradılmış şəraitə görə məktəbin direktoru Nuranə müəlliməyə təşəkkürümüzü bildiririk.
02/06/2026
ABITURIYENTLƏRLƏ NÖVBƏTI GÖRÜŞ
20 nömrəli tam orta məktəbdə şagirdlərlə maarifləndirici görüş təşkil olunub. Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetiin fəaliyyət istiqamətləri, tədris imkanları və ixtisas seçimləri barədə məlumat təqdim edilib.
Tədbir zamanı şagirdlərlə ali təhsil dövründə şəxsi inkişaf imkanları, tələbələrin iştirak etdiyi layihələr və universitetin beynəlxalq əməkdaşlıqları barədə söhbət aparılıb. Həmçinin gələcək peşə seçimində düzgün istiqamət müəyyənləşdirməyin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş çərçivəsində şagirdlərin sualları cavablandırılıb, onların maraq göstərdiyi ixtisas sahələri ilə bağlı ətraflı məlumat verilib. Tədbir səmimi mühitdə keçib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
01/06/2026
Əziz UNEC tələbələri!
Sabah UNEC-də növbəti imtahan sessiyası başlayır. İmtahan sessiyası həm də zəhmətinizin və əzmkarlığınızın nəticələrinin ortaya qoyulduğu mühüm mərhələdir. İnanıram ki, semestr ərzində qazandığınız bilik və bacarıqlarınızı təsdiq edəcəksiniz. Hər birinizə uğurlar, müəllim və əməkdaşlarımıza isə məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyət arzulayıram.
İnanıram ki, bu sessiya da UNEC-in şəffaflıq, obyektivlik və ədalət prinsiplərinə sadiqliyinin növbəti nümunəsi olacaq.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!
01/06/2026
ABITURIYENTLƏRLƏ NÖVBƏTI GÖRÜŞ
Buzovna qəsəbəsi 125 nömrəli tam orta məktəbdə buraxılış sinif şagirdləri ilə məlumatlandırıcı görüş keçirilib. Görüş zamanı Azərbaycan Dövlət İqtisad Universitetidə mövcud olan ixtisaslar, təhsil proqramları və tələbələr üçün yaradılan imkanlar haqqında geniş təqdimat olunub.
Şagirdlərə universitetin müasir tədris sistemi, beynəlxalq əlaqələri və müxtəlif təcrübə proqramları barədə məlumat verilib. Eyni zamanda gələcək ixtisas seçiminin önəmi və əmək bazarında tələb olunan peşələr haqqında söhbət aparılıb.
Görüşdə iştirak edən şagirdlər universitet həyatı və qəbul prosesi ilə bağlı onları maraqlandıran sualları səsləndiriblər. Tədbir interaktiv formatda keçib və şagirdlərin böyük marağı ilə qarşılanıb
01/06/2026
ABITURIYENTLƏRLƏ NÖVBƏTI GÖRÜŞ
Buzovna qəsəbəsi 206 nömrəli tam orta məktəbdə abituriyentlərlə görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetiin ixtisas seçimləri, təhsil imkanları və tələbələr üçün yaradılan inkişaf mühiti barədə geniş məlumat təqdim olunub.
Şagirdlərlə söhbət zamanı universitetdə tətbiq olunan müasir tədris yanaşmaları, xaricdə təhsil və mübadilə proqramları, eləcə də tələbələrin sosial fəaliyyətlərdə iştirakı mövzularına toxunulub. Həmçinin əmək bazarında aktual olan ixtisas istiqamətləri barədə məlumat verilib.
Tədbirdə iştirak edən şagirdlər universitet həyatı və qəbul prosesi ilə bağlı onları maraqlandıran sualları ünvanlandırıblar. Görüş səmimi atmosferdə keçib və şagirdlərin böyük marağı ilə qarşılanıb.