BY Leyla B

BY Leyla B Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BY Leyla B, Baku.

02/08/2026
22/07/2026

🇦🇿🇦🇿🇦🇿

📰 22 İyul – Milli Mətbuat GünüAzərbaycanda milli mətbuatın təməlini qoyan "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il keç...
20/07/2026

📰 22 İyul – Milli Mətbuat Günü
Azərbaycanda milli mətbuatın təməlini qoyan "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il keçir. Həsən bəy Zərdabinin başlatdığı bu maarifçilik yolu bu gün də sözün gücü ilə davam edir.
Söz azaddır, amma məsuliyyətlidir! Gəlin, hər kəlmədə həqiqəti yaşadaq.

Bütün qələm əhli, jurnalistlər və media təmsilçilərini bu önəmli gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

15/07/2026

Əyrilərin çox olduğu yerdə düzlük qalib gəlmir. Amma düz insanın bir üstünlüyü var: gecə rahat yatır, vicdanı qarşısında başı dik olur, güzgüyə utanmadan baxır, insanların gözünə dik baxa bilir.

Əyri insanlar isə daim maska dəyişirlər. Həmişə düz insanı necə sındırmaq, necə susdurmaq barədə düşünürlər. Çünki düzlük onların ən böyük narahatlığıdır. Düz insan bəzən əziyyət çəkir, amma vicdan əzabı çəkmir. Əyri insan isə nə qədər gizlənsə də, özündən qaça bilmir.

Son günlərdə işi və əməli düz insanların hədəf alınması ədalətə ümidimizi öldürsə də, düz olaraq qalın dostlar! İnanın ki, qalib gələcəksiniz! Gec və ya tez!

Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan hərbçisi, ...
14/07/2026

Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Qarabağ müharibəsi və Aprel döyüşləri iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarının 3-cü Ordu Korpusu komandirinin müavini — qərargah rəisi (2017–2020).
Allah rəhmət eləsin generalım, vətənimin igid oğlu!
Yerin rahat olsun, rahat uyu!

14 iyul 1969
14/07/2026

14 iyul 1969

🇦🇿🥀Tovuz şəhidlərinin təhsil yolu🇦🇿 General-mayor Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbi...
12/07/2026

🇦🇿🥀Tovuz şəhidlərinin təhsil yolu

🇦🇿 General-mayor Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub və 1986-cı ilə qədər orada təhsil alıbdır.Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil alıbdır.Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olub. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilib və Polad Həşimov təhsilini orada davam etdirib. 1992-ci ildə oradan məzun olub.

📌 Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq verib. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.

📌1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.

🇦🇿 Polkovnik İlqar Mirzəyev 1980–1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib.İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib.

📌 2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.

🎉 Doğum Günün Mübarək, Leyla Əliyeva! 🎉Bu gün – 3 iyul, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qızı, Heydə...
03/07/2026

🎉 Doğum Günün Mübarək, Leyla Əliyeva! 🎉

Bu gün – 3 iyul, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın doğum günüdür.

Leyla xanım, ölkəmizin ictimai, humanitar və ekoloji sahələrində böyük töhfələr vermiş, xüsusilə gənclər və ətraf mühitin qorunması istiqamətində əvəzsiz təşəbbüsləri ilə tanınır. Onun rəhbərlik etdiyi IDEA kampaniyası və mədəni layihələri gənclərin inkişafına və milli dəyərlərimizin dünyada təbliğinə xidmət edir.

💚 Təmiz gələcək naminə atdığı hər addıma görə təşəkkür edirik!
📚 Mədəniyyətə, ətraf mühitə və gənclərə verdiyi dəstək daim nümunəvi olub.
🌟 Ona yeni yaşında bol uğurlar, möhkəm sağlamlıq və ailə xoşbəxtliyi arzulayırıq!

Address

Baku

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when BY Leyla B posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BY Leyla B:

Shortcuts

Share