AzMİU Magistr

AzMİU Magistr Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AzMİU Magistr, Education, Bakı, A. Sultanova küç. 11, I tədris binası, IX mərtəbə ( 917-сi otaq), Baku.

08/08/2026
07/08/2026
Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura səviyyəsinə qəbul olunaraq magistr adını qazanan bütün namizə...
31/07/2026

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura səviyyəsinə qəbul olunaraq magistr adını qazanan bütün namizədləri təbrik edirik!

Magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https:/my.gov.az/ platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeyd: Universitetə sənədlərin təqdim edilməsi yalnız təhsil haqqının ödənilməsindən azad olunan şəxslər üçün tələb olunur. Bu kateqoriyaya aid şəxslər sənədləri 3–12 avqust tarixlərində, saat 10:00-dan 16:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Magistratura Mərkəzinə (1 korpus, 917 otaq) təqdim etməlidirlər.

Təhsil haqqının ödənilməsindən azad olunan şəxslər və təqdim edilməli sənədlər

1. Məcburi köçkün statusuna malik şəxslər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Tələbənin doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
Məcburi köçkün vəsiqəsinin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş, notariat qaydasında təsdiq edilmiş surəti.

2. Valideyn himayəsindən məhrum olmuş şəxslər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Tələbənin doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
Valideynlərin ölüm haqqında şəhadətnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;
Valideynlərin əlilliyini təsdiq edən sənədlər - myGov platformasından çıxarış.

3. Əlilliyi müəyyən edilmiş şəxslər:
Əlilliyi təsdiq edən sənəd – myGov platformasından çıxarış;
Tələbənin doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
Şəxsiyyət vəsiqəsinin surəti.

4. Şəhid və qazi övladları:
Şəxsiyyət vəsiqəsinin surəti;
Tələbənin doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
Müvafiq statusu təsdiq edən sənəd – myGov platformasından çıxarış.

5. Müharibə veteranları:
Müharibə veteranı vəsiqəsinin myGov platformasından çıxarış;
Şəxsiyyət vəsiqəsinin surəti;
Tələbənin doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ ...
29/07/2026

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər. Sizin qeydiyyatdan keçməməyiniz bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Gələcəyinizi növbəti mərhələyə daşıyacaq magistr ixtisaslarımızla tanış olun! 🎓Peşəkar bacarıqlarınızı inkişaf etdirmək,...
21/07/2026

Gələcəyinizi növbəti mərhələyə daşıyacaq magistr ixtisaslarımızla tanış olun! 🎓
Peşəkar bacarıqlarınızı inkişaf etdirmək, rəqabət üstünlüyü əldə etmək və hədəflərinizə daha inamla addımlamaq üçün AzMİU sizə geniş seçim imkanları təqdim edir. 📚
Maraq dairənizə uyğun ixtisası seçərək təhsilinizi AzMİU ilə davam etdirin!

Address

Bakı, A. Sultanova Küç. 11, I Tədris Binası, IX Mərtəbə ( 917-сi Otaq)
Baku

Telephone

(012) 538 57 93

Website

Alerts

Be the first to know and let us send you an email when AzMİU Magistr posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AzMİU Magistr:

Shortcuts

Share

Category