Hikmət Elm və Tədris Mərkəzi

Hikmət Elm və Tədris Mərkəzi Hikmət Elm və Tədris Mərkəzinin rəsmi səhifəsi. Mərkəzdə dərslərin tədrisi ilə yanaşı, elmi və bədii əsərləri özündə birləşdirən kitabxana fəaliyyət göstərir.

2014-cü ildə təsis edilmiş Darul Hikmət Elm və Tədris Mərkəzinin fəaliyyəti müxtəlif virtual və canlı dərslərin peşəkar səviyyədə tədrisinə, seminarların, təlimlərin, mühazirələrin və tədbirlərin keçirilməsinə istiqamətlənib. Həmçinin, mərkəzin fəaliyyətinə elmi təhlillərin aparılması, kitabların yazılması və tərcüməsi, elmi tədbirlərin təşkili də daxildir. Darul Hikmət Elm və Tədris Mərkəzi peşəkar təlim-tədris metodlarından və təcrübəli təlimçilərin bacarıqlarından istifadə etməklə, bu sahədə öz fəaliyyətini daim təkmilləşdirir. Keçirilən dərslərin keyfiyyətinin artırılması, tələbə məmnuniyyəti, tədris sahəsində yeni metodların tətbiq edilməsi mərkəzin əsas məqsədləri sırasındadır.

⏳ Qeydiyyata son 1 gün!2026–2027 tədris ili üçün qeydiyyat sabah başa çatır.Dərslərə qoşulmaq istəyirsinizsə, qeydiyyatı...
24/08/2026

⏳ Qeydiyyata son 1 gün!

2026–2027 tədris ili üçün qeydiyyat sabah başa çatır.

Dərslərə qoşulmaq istəyirsinizsə, qeydiyyatınızı 25 avqustadək tamamlamağı unutmayın.

📌 Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
http://wa.me/994775281483

20/08/2026

Dərslərə son qeydiyyat tarixi: 25 avqust

Hikmət Elm və Tədris Mərkəzində tələbələri hansı üstünlüklər gözləyir?Son qeydiyyat tarixi 25 avqustdur. Ətraflı məlumat...
20/08/2026

Hikmət Elm və Tədris Mərkəzində tələbələri hansı üstünlüklər gözləyir?

Son qeydiyyat tarixi 25 avqustdur. Ətraflı məlumat üçün şərhlərdə “DƏRS” yazın — qeydiyyat linkini sizə göndərək.

📌 Sübh və şam namazında rəkət sayına şəkk etsək, namaz batil olurmu?Bəzən namaz zamanı insan neçə rəkət qıldığına tərədd...
17/08/2026

📌 Sübh və şam namazında rəkət sayına şəkk etsək, namaz batil olurmu?

Bəzən namaz zamanı insan neçə rəkət qıldığına tərəddüd edə bilər. Ancaq sübh və şam namazında rəkət sayına edilən şəkk namazı batil edir.

Məsələn: Sübh namazını qılarkən insan şəkk edir ki, bir rəkət qılıb, yoxsa iki rəkət. Bu halda həmin şəkk namazın batil olmasına səbəb olur. Lakin şəkk yaranan kimi namazı dərhal pozmaq lazım deyil. İnsan əminlik hasil olana qədər namazın vəziyyətinə uyğun şəkildə hərəkət etməlidir.

Şam namazında da hökm eynidir. Yəni üç rəkətli şam namazında rəkət sayına şəkk etmək namazı batil edir.
Burada mühüm bir fərq var: bu hökm namaz halında rəkət sayına şəkk etməyə aiddir. Əgər insan namazı bitirdikdən sonra şəkk etsə ki, məsələn, iki rəkət qılıb, yoxsa üç rəkət, bu şəkkə etina etməməlidir.

✅ Yəni namaz əsnasında sübh və şam namazının rəkət sayına şəkk etmək namazı batil edir, namazdan sonrakı şəkkə isə etina olunmur.

💬 Bu mövzuda sualınız qaldısa, şərhdə yazın.
Növbəti postda hansı şəri məsələni izah etməyimizi istərdiniz?

2026–2027-ci tədris ilində Hikmət Elm və Tədris Mərkəzində keçiriləcək fənlərlə tanış olun.Dərslər sistemli və mərhələli...
02/08/2026

2026–2027-ci tədris ilində Hikmət Elm və Tədris Mərkəzində keçiriləcək fənlərlə tanış olun.

Dərslər sistemli və mərhələli tədris proqramı əsasında keçirilir. Hər bir fənn üzrə mövzular ardıcıl şəkildə işlənir ki, tələbələr mövzuları daha dərindən mənimsəyə bilsinlər. Bu paylaşımda hər bir fənnin məzmunu ilə bağlı ətraflı məlumat yer alır.

📚 2026–2027-ci tədris ili üzrə qeydiyyat başladı!Əziz elmsevərlər!Hikmət Elm və Tədris Mərkəzi yeni tədris ili üzrə onla...
27/07/2026

📚 2026–2027-ci tədris ili üzrə qeydiyyat başladı!

Əziz elmsevərlər!

Hikmət Elm və Tədris Mərkəzi yeni tədris ili üzrə onlayn dərslərə tələbə qəbulunu elan edir.

İslam elmlərini sistemli şəkildə öyrənmək və dini biliklərini inkişaf etdirmək istəyən hər kəsi dərslərimizə dəvət edirik.

📖 Tədris olunacaq dərslər:

* İslam Etiqadı (Əqaid)
* İslam Əxlaqı
* ⁠İrfanla tanışlıq
* ⁠Məhdəviyyət
* ⁠Quranla Tanışlıq
* ⁠Quran Qiraəti
* Quranı Anlama (Quranın tərcüməsi)
* ⁠Fiqh (İslam şəriəti)
* ⁠İslam tarixi və təhlili
* İmamların tarixi və təhlili
* ⁠Dinlər tarixi
* ⁠Hədisşünaslıq

🗓 Son qeydiyyat tarixi: 25 avqust

💻 Dərslər: Zoom platforması üzərindən keçiriləcək.

🎓 Bütün dərslər ödənişsizdir.

📩 Ətraflı məlumat və qeydiyyat üçün şərh bölməsinə “Dərs” yazın.

🔄 Bu elanı paylaşaraq daha çox insanın faydalanmasına dəstək ola bilərsiniz.

📌 Ətin üzərində görünən qan və ya qanlı maye nəcis sayılırmı?Bəziləri ətin üzərində qan və ya qanlı maye gördükdə onun n...
23/07/2026

📌 Ətin üzərində görünən qan və ya qanlı maye nəcis sayılırmı?

Bəziləri ətin üzərində qan və ya qanlı maye gördükdə onun nəcis olduğunu düşünür. Halbuki heyvan şəri qaydalara uyğun şəkildə kəsilib və kəsim zamanı ondan normal miqdarda qan xaric olubsa, bədənində qalan qan pak hökmündədir.

Bu hökm hazırda qəssablar tərəfindən şəri qaydalara uyğun şəkildə kəsilən heyvanlara da aiddir.

Məsələn: Ət alarkən onun üzərində qan izi və ya qanla qarışmış maye görsəniz, bu, həmin ətin nəcis olması demək deyil. Heyvanın bədənində qalan və kəsimdən sonra xaric olmayan qan şəri baxımdan pak hesab olunur.

✅ Yəni şəri qaydada kəsilmiş heyvanın ətində qalan qan pakdır və ondan çəkinmək lazım deyil.

21/07/2026

📖 Kitab oxumağa vaxtınız yoxdur?

Bəs qulaq asmağa? 🎧

Mürtəza Mütəhhərinin "İmam Hüseyn qəhrəmanlığı" kitabını oxumaq üçün Hikmət Elm və Tədris Mərkəzinin YouTube kanalına daxil ol, playlisti tap və dinləməyə başla.

📌 Bir gündə bir neçə qüsl boynunda olarsa, neçə dəfə qüsl almaq lazımdır?Bəziləri düşünür ki, hər qüsl üçün ayrıca qüsl ...
14/07/2026

📌 Bir gündə bir neçə qüsl boynunda olarsa, neçə dəfə qüsl almaq lazımdır?

Bəziləri düşünür ki, hər qüsl üçün ayrıca qüsl almaq lazımdır. Halbuki insanın boynunda bir neçə qüsl varsa, onların hamısını birlikdə niyyət edərək bir dəfə qüsl alması kifayətdir.

Bu qüsllərin hamısının vacib, hamısının müstəhəb və ya bəzisinin vacib, bəzisinin müstəhəb olması arasında fərq yoxdur.

Məsələn: Bir şəxsin boynunda cənabət qüslü varsa və həmin gün Cümə qüslünü də yerinə yetirmək istəyirsə, hər ikisini birlikdə niyyət edib yalnız bir dəfə qüsl ala bilər.

✅ Yəni bir neçə qüsl — bir niyyət — bir qüsl.

Ruhların dirildiyi gün: AşuraHər il Məhərrəm ayı gələndə qəlbimizə hüznlə yanaşı qəribə bir şövq də dolur. Hüzn anlaşıla...
25/06/2026

Ruhların dirildiyi gün: Aşura

Hər il Məhərrəm ayı gələndə qəlbimizə hüznlə yanaşı qəribə bir şövq də dolur. Hüzn anlaşılandır – axı Kərbəla bəşər tarixinin ən böyük müsibətlərindən biridir.

Bəs bu şövq hissinin mənbəyi nədir?
Əksəriyyətimiz Kərbəlanı Peyğəmbər balasının haqsız yerə qətlə yetirilməsi və bu böyük müsibət qarşısında vicdani bir borc, bir matəm kimi dəyərləndiririk. Lakin Aşuraya yalnız bir faciə kimi baxmaq onun əsl mahiyyətini tam izah etmir.

Bir anlıq hadisənin zahiri tərəfini kənara qoyub bir sual verək:
Niyə?
Niyə yer üzündə Allahın höccəti olan imam özünü, özündən sonrakı digər iki imamı, xanım Zeynəbi (s.ə) və körpə Əli Əsğər daxil olmaqla bütün ailəsini bu aşkar qətliama və əsirliyə apardı? Əgər məqsəd sadəcə Yezidə beyət etməmək idisə, İmam Hüseyn (ə) daha təhlükəsiz bir diyara çəkilə bilməzdimi?

Aydın məsələdir ki, İmam Hüseyn (ə) nə öz müqəddəs canını, nə də doğmalarının canını sadə bir siyasi etiraz üçün fəda etməzdi. Deməli, Kərbəlanın arxasında daha böyük bir məqsəd var idi.

Qədir-Xumdan Kərbəlaya
Allah-taala Qədir-Xum günü buyurdu:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım..." (əl-Maidə, 3)
Bu ayə göstərir ki, dinin kamilliyi imamət sistemi ilə bağlıdır. Namaz, oruc və digər hökmlər artıq nazil olmuşdu. Lakin Allah dinin kamilliyini imamətin elan olunduğu gün bəyan etdi.
Çünki insan ruhunun təkamül edib şərafətə çatması yalnız kamil insanı — ilahi övliyanı tanımaq və sevməklə mümkün olur.

Elə buna görə də Quranda buyurulur:
"De: Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən (Əhli-Beytə sevgidən) başqa bir mükafat istəmirəm..." (əş-Şura, 23)
Lakin tarix başqa cür cərəyan etdi. İmamlar siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyətdə olmayan kamil insanın həqiqi gözəlliyini isə geniş kütlələr görə bilməzdi.
İmam Hüseyn (ə) gördü ki, əgər vəziyyət belə davam etsə, gələcək nəsillərə dindən yalnız tarixi məlumatlar və şəriət hökmləri qalacaq. İnsanlar imamı tanıyacaq, amma onu ruhən hiss etməyəcəklər...

Kərbəla – ruhlara xitab edən bir hərəkat
İmam Hüseyn (ə) hələ sağ ikən hədəfini bu sözlərlə bəyan etmişdi:
“Mən elə bir qətlə yetirilənəm ki, insanların insani duyğularını təhrik eləyərəm”.
Həzrət bilirdi ki, sadə bir tarixi hadisə insan fitrətini oyatmağa kifayət etməyəcək. Elə bir qovğa, elə bir hərəkat lazımdır ki, əsrlər keçsə də insan qəlbini titrətsin. Buna görə də İmam Hüseyn (ə) Kərbəlada hər bir detalını incə-incə hesabladığı bir tablo yaratdı: *bütün ailəsini özü ilə götürməsi, altı aylıq Əli Əsğərin şəhadəti, Həzrət Abbasın misilsiz vəfası və xanım Zeynəbin əzəmətli mətanəti...

Bu tablonun yeganə məqsədi var idi: Aşura məclisləri qurulsun, Kərbəla hər il vərəqlənsin və insanlıq İmam Hüseynin (ə) simasında imamın kim olduğunu, nə qədər ali, nə qədər şəfqətli və insanları hər şeyini fəda edəcək qədər sevdiyini ruhən hiss etsin və ona aşiq olsun ki, bu eşq bu sevgi onu hidayətə çatdırsın.

Bu gün Aşuradır...
Bu gün həmin böyük hədəfin gerçəkləşdiyi gündür.

İmam Hüseyn (ə) özünün və doğmalarının canı, ailəsinin əsirliyi bahasına insanlıqla imamət arasında qırılmış körpünü yenidən qurdu. O, qiyamətədək bəşəriyyət üçün "Səfinətün-Nəcat" — nicat gəmisi oldu.

Bu gün tökülən bir damla göz yaşı sadəcə emosional bir reaksiya deyil. Bu, ruhun öz imamını tanıması, ona meyl etməsi və onu sevməsidir. Bu tanıma və sevgi isə təsadüfi bir hiss deyil; insanın daxilindəki fitri kamala meyldən qaynaqlanır. Çünki insan ruhu kamalı sevdiyi zaman paklanır, cilalanır və yalnız bundan sonra Allahı həqiqi mənada tanımağa hazır hala gəlir. Allah ağılla dərk edilən deyil, paklanmış ruhla tanınan bir həqiqətdir.

Məhz buna görə Kərbəla yalnız bir tarixi hadisə deyil. Aşura yalnız bir matəm günü deyil. Bu gün, İmam Hüseynin (ə) sanki Allahla “əl-ələ verib” bütün bəşəriyyətin nicatı üçün bu vaqiəni ilahi bir rəhmət olaraq yaratdığı gündür.

Niyə həm hüzn, həm də şövq
İndi bizə aydın olur ki, niyə hüznlə yanaşı qəlbimizdə şövq də var.
Çünki bu günlərdə insanın fitrəti, özü də fərqində olmadan vəcdə gəlir. Kamal aşiqi olan ruh bu vaqiənin gözəlliklərini seyr etdikcə öz imamını tanıyır və ona aşiq olur.
Kərbəlanın hədəfi də məhz elə budur:
insanın qəlbində imama məhəbbət oyadaraq onu hidayətə aparmaq.

Bu gün, əsrlər sonra belə milyonlarla insanın "Hüseyn" adını eşidəndə gözləri yaşarırsa, qəlbləri riqqətə gəlirsə və fitrətləri oyanırsa, deməli İmam Hüseyn (ə) öz hədəfinə çatıb.

Salam olsun Hüseynə (ə)!
Salam olsun Onun yolunda canından keçən vəfalı köməkçilərinə!
Salam olsun Aşura məktəbini yaşadan bütün oyaq fitrətlərə!

Address

Ağadadaş Qurbanov Küç 33
Baku

Opening Hours

Monday 12:00 - 20:00
Tuesday 12:00 - 20:00
Wednesday 12:00 - 20:00
Thursday 12:00 - 20:00
Friday 12:00 - 20:00
Saturday 12:00 - 20:00

Telephone

+994775281483

Alerts

Be the first to know and let us send you an email when Hikmət Elm və Tədris Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hikmət Elm və Tədris Mərkəzi:

Shortcuts

Share

Category