Beynəlxalq Təlim və Layihə Mərkəzi

Beynəlxalq Təlim və Layihə Mərkəzi

Share

1. Korporativ təlimlər və məsləhət xidmətləri
2. Beynəlxalq imtahanlara hazırlıq
3. Layihələrin İdarəedilməsi

27/06/2023
Photos from Beynəlxalq Təlim və Layihə Mərkəzi's post 15/03/2022

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və bacarıqlarının artırılması məqsədilə “IBM Kibertəhlükəsizlik” və “Google Data Analitikası” üzrə peşəkar inkişaf proqramları çərçivəsində Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən 13.03.2022 tarixində Azərbaycan Milli Xalça Muzeyində Əmək yarmarkası keçirilmişdir.

SOCAR Midstream rəhbəliyinə və layihə komandasına dərin təşəkkür edirik.
Özsüt - Baku kollektivinə verdikləri yüksək keyfiyyətli xidmətə görə təşəkkür edirik.

25/02/2022

Data Analitikası və Kiber Təhlükəsizlik üzrə təşkil ediləcək layihə çərçivəsində təlimlərdə iştirak etmək üçün 767 nəfər şəxs (müraciətlər 28.02.2022 tarixinə kimi davam edir) onlayn şəkildə müraciət etmişdir. Layihədə iştirak etmək üçün namizədlərin seçim imtahanı 06.03.2022 tarixində onlayn olaraq, təşkil ediləcəkdir.

- 11:00-13:00 İngilis dili (Reading və Listening)
- 13:00-14:00 Fasilə
- 14:00-15:00 İxtisas

Qeyd: İmtahandan bir neçə saat öncə imtahan linki sizə göndəriləcəkdir. 06.03.2022 tarixində saat 15:00-dan sonra imtahanda iştirak etmiş şəxslərin nəticələri qəbul edilməyəcəkdir. İmtahan linkləri layihəyə müraciət edən zaman qeyd edilmiş Email adreslərinə və Whatsapp nömrələrinə (Whatsapp nömrəsi olmayan şəxslərə sms vasitəsilə) göndəriləcəkdir. Bütün namizədlərə uğurlar arzulayırıq.

17/02/2022

Kibertəhlükəsizlik və Data Analitikası proqramları üzrə növbəti ödənişsiz təlimlər başlanılır!

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və bacarıqlarının artırılması məqsədilə “IBM Kibertəhlükəsizlik” və “Google Data Analitikası” üzrə peşəkar inkişaf proqramlarında 220 nəfərin iştirakını maliyyələşdirəcək.

Ümumilikdə 6 ay ərzində (01.04.2022-30.09.2022) “Coursera” onlayn təhsil platforması üzərindən təklif olunan peşəkar sertifikat proqramlarında SOCAR Midstream Sosial Sərmayələr komandası və icraçı təşkilat tərəfindən seçiləcək 220 nəfər (110 nəfər data analitikası, 110 nəfər kibertəhlükəsizlik üzrə) tam ödənişsiz iştirak etmək şansı əldə edəcək.

İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. Layihədə iştirak etməkdə maraqlı olan namizədlər ilkin mərhələdə linkə daxil olaraq, müraciət formunu doldurmalı və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin fevral ayının 28-dək müraciət etməlidir. Müraciət üçün link - https://tinyurl.com/42rr2v3r
(qeyd: Google hesabı açılmalıdır!).

İkinci mərhələdə seçilmiş namizədlər ingilis dili və seçmək istədiyi sahə üzrə imtahan verəcək. Uğurlu namizədlər layihədə iştirak haqqı qazanacaq.

18-45 yaş arası müxtəlif peşələrdən olan şəxslər layihədə iştirak edə bilər. Dərslər “Coursera” təhsil platforması üzərindən onlayn formatda keçiriləcək. Layihə iştirakçılarına istifadəçi adı və kodu təqdim ediləcək. İştirakçı dərs saatlarını özünə uyğun təyin etməklə, hər həftə 8-10 saat təlimdə iştirak etməlidir. Bundan əlavə kurs materiallarını tam şəkildə mənimsəməsi və proqramı müvəffəqiyyətlə başa vurması üçün, iştirakçılar hər mövzu üzrə yerli təlimçi/mütəxəssis tərəfindən onlayn dəstək görüşlərində iştirak etməlidir.

Təlimi uğurla bitirmiş şəxslər hər proqram üzrə müvafiq olaraq Google tərəfindən “Data Analitikası” və IBM tərəfindən “Kibertəhlükəsizlik Analitiki” peşəkar sertifikatı əldə edəcək.

Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçiriləcək. Proqram ilə bağlı suallarınızı və niyyət məktubunu [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd edək ki, “IBM Kibertəhlükəsizlik” və “Google Data Analitikası” peşəkar sertifikat proqramının birinci fazası 222 nəfərin iştirakı ilə ötən ilin oktyabr ayında start götürüb və cari ilin mart ayının 30-da tamamlanacaq.

, , , ,

24/01/2022

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə ``IBM Cybersecurity Analyst Professional Certificate`` and ``Google Data Analytics Professional Certificate`` peşəkar inkişaf proqramları çərçivəsində 222 nəfər (112 nəfər Data Analitikası və 110 nəfər Kiber Təhlükəsizlik) qeyd olunan kurslarda iştirak etməkdədir.
Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçirilməkdədir. 13.03.2022 tarixində saat 10:00-14:00 aralığında Azərbaycan Milli Xalça Muzeyində layihə çərçivəsində “Əmək yarmarkası” təşkil ediləcəkdir. Bu istiqamətlər üzrə ixtisaslı kadr axtarışında olan bütün müəssisə və təşkilatları Əmək yarmarkasına dəvət edirik.

Qeyd: Əmək yarmarkasında iştirak etmək istəyən müəssisə və təşkilatlar aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərlər.

Əlaqə:
📱 070 740 88 40
📱 051 777 10 90
✉️ [email protected]
📍 Yahya Bakuvi küçəsi 106, Premium Plaza V mərtəbə

03/12/2021

General English kurslarına qeydiyyat başlamışdır.

İstənilən bilik səviyyəsinə uyğun olaraq, kurslar təşkil edilməkdədir.

Qeydiyyat:
https://btlm.edu.az/qeydiyyat/

Əlaqə:

📱 070 740 88 40
📱 050 721 15 81
✉️ [email protected]
📍 Yahya Bakuvi küçəsi 106, Nərimanov, Premium Plaza V mərtəbə
, , ,

03/12/2021

TUV Austria şirkəti tərəfindən təsdiqlənən beynəlxalq sertifikatlı SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) təlimi!

Beynəlxalq Təlim və Layihə Mərkəzi sizləri SƏTƏM təliminə dəvət edir!

Sertifikat: Təlimi uğurla bitirən və yekun imtahandan müvəffəqiyyətlə keçən iştirakçılarımıza “TUV Austria” şirkəti tərəfindən təsdiqlənmiş beynəlxalq sertifikat təqdim ediləcəkdir.

Təlim müddəti: 20 saat (2 ay)
Son qeydiyyat tarixi: 20.12.2021
Təlimin ödəniş məbləği: 550 AZN

Dərs günləri və saatları təlimçi ilə iştirakçıların müzakirəsi əsasında təyin olunur.

Təlim Proqramı:

1.Azərbaycan Respublikasının texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların əsas müddəaları
2. İşçi heyətlə aparılan işlər
3. Mühafizə vasitələri
4. Bədbəxt hadisələrin baş verməsi səbəbləri, təhqiqi və uçota alınması
5. İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları
6. Elektrik cәrәyanının insan orqanizminә tәsiri/Elektrik cәrәyanı ilә zәdәlәnmәnin növlәri
7. İlk Tibbi Yardımın əsasları. İlkin xilasetmə tədbirləri
8. Yanğın profilaktikası və yanğınların söndürülməsi
9. Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət (COSHH).
10. İş yerində olan əsas təhlükələr və riskə nəzarət tədbirləri
11. Ətraf Mühitin İdarəedilməsi.
12. Ofis işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları
13. Qapalı Sahələrdə işləmək
14. Sual – cavab bölümü
15.Test tapşırıqlarının həll edilməsi

Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

https://btlm.edu.az/qeydiyyat/

Əlaqə:

📱 070 740 88 40 (whatsapp)
📱 051 777 10 90
✉️ [email protected]
📍 Yahya Bakuvi küçəsi 106, Nərimanov, Premium Plaza V mərtəbə
, , ,

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Aşıq Molla Cümə 138
Baku
AZ1069

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00