UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrası

UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrası

Share

UNEC İqtisadiyyat və idarəetmə fakültəsinə bağlı olan İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının rəsmi səhifəsi

İqtisadiyyat və idarəetmə fakültəsinə bağlı olan İctimai idarəetmə və sosial innovasiyalar kafedrası dövlət idarəçiliyi və sosial innovasiyalar üzrə tədris proqramlarının həyata keçirilməsini, ali təhsil pillələri üzrə mütəxəssis hazırlığını təmin edir.

Photos from UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrası's post 23/02/2026

UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müəllim və tələbələri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olan "Azelab" Məhdud Məsuliyyətli Cəmiyyətində olublar.
UNEC "Laboratoriyaların işinin təşkili" mərkəzinin direktoru, dos.Ramil Sadıqovun təşkilatçılığı ilə baş tutmuş görüş zamanı müxtəlif təyinatlı laboratoriyalarla yerində tanış olan tələbələr laboratoriya mütəxəssisləri tərəfindən həyata keçirilən iş prosesinin mərhələləri ilə bağlı geniş məlumat əldə etmişdir.

13/02/2026

UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrasında tədrisi həyata keçirilən Ekologiya ixtisası ilə bağlı "Ətraf mühitin çirklənməsinin ekosistemlərə təsiri" mövzusunda EcoUNEC tələbə təşkilatı tərəfindən maarifləndirici video-təqdimat hazırlanmışdır.

10/02/2026

UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrası tərəfindən tədrisin həyata keçirildiyi ixtisaslardan birini Dövlət və bələdiyyə idarəetməsi ixtisası təşkil edir.
Dövlət və bələdiyyə idarəetməsi ixtisasının mahiyyəti və həmin ixtisasa yiyələnən şəxslərin əmək bazarındakı məşğulluq imkanları ilə bağlı ümumi məlumatları video-təqdimatdan əldə edə bilərsiniz.

"Ulduz" kursunun abituriyentlərinə UNEC barədə məlumat verilib 06/02/2026

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının əməkdaşları - dosent Adik Məmmədov və “Ekologiya” ixtisası üzrə ixtisas rəhbəri, i.f.d., baş müəllim Fidan Qurbanova "Ulduz" kursunun abituriyentləri ilə görüş keçiriblər.

"Ulduz" kursunun abituriyentlərinə UNEC barədə məlumat verilib UNEC NEWS - Azərbaycan Dövlət İqtisad Universitetinin Rəsmi Xəbər Portalı

UNEC əməkdaşları Kainat Tədris Mərkəzində abituriyentlərlə görüş keçirib 05/02/2026

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin Tədbirlər Planı çərçivəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Fəridə Qurbanova və müəllim Reşad Əbilzadənin Kainat Tədris Mərkəzində abituriyentlərlə görüşü baş tutub.

UNEC əməkdaşları Kainat Tədris Mərkəzində abituriyentlərlə görüş keçirib UNEC NEWS - Azərbaycan Dövlət İqtisad Universitetinin Rəsmi Xəbər Portalı

03/02/2026

UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrası tərəfindən tədrisin həyata keçirildiyi ixtisaslardan biri Ekologiya ixtisasıdır.
Ekologiya ixtisasının mahiyyəti və əhəmiyyətinin izah olunduğu video-təqdimatda bu ixtisas ilə bağlı ümumi məlumatları əldə edə bilərsiniz.

26/01/2026

UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrası tərəfindən tədrisin həyata keçirildiyi ixtisaslardan birini Sosial iş ixtisası təşkil edir.

Sosial iş ixtisasının mahiyyəti və həmin ixtisasa yiyələnən şəxslərin əmək bazarındakı məşğulluq imkanları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə video-təqdimat hazırlanmışdır.

Hazırlanmış təqdimat videosunu izləyərək Sosial iş ixtisası ilə bağlı ümumi məlumatları əldə edə bilərsiniz.

Photos from UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrası's post 20/01/2026

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi, o cümlədən UNEC İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının əməkdaşları qanlı 20 yanvar faciəsinin 36-cı anım günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Allah şəhidlərimizə rəhmət etsin!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Akademik Həsən Əliyev Küçəsi, 135 (UNEC II Tədris Binası)
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00