7 Nömrəli Tam Orta Məktəb

7 Nömrəli Tam Orta Məktəb Ü. Hacıbəyov küçəsi 28

19/08/2026
17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

🇦🇿 Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib.Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil mək...
14/08/2026

🇦🇿 Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib.

Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Nərminə Elsevər qızı Mustafeyevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi münasibətilə təbrik edirik.

Nərminə Mustafayevaya yeni vəzifəsində uğurlar, məsuliyyətli diplomatik fəaliyyətində müvəffəqiyyətlər və Azərbaycan Respublikasının layiqli təmsilçisi kimi fəaliyyətində nailiyyətlər arzulayırıq.

Sizinlə qürur duyur, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq! 🇦🇿

AR Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsil TV

21/07/2026

📢 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.

✅ Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər.

📍Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

🔴 Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

ℹ️Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

🥉 Uğurlarımız davam edir!Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 5️⃣🅱️ sinif şagirdi Əhmədov Məhəmmə...
12/07/2026

🥉 Uğurlarımız davam edir!

Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 5️⃣🅱️ sinif şagirdi Əhmədov Məhəmmədyəhya Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanaraq məktəbimizin növbəti uğuruna imza atmışdır. 👏

Şagirdimizi ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər və yeni zəfərlər arzulayırıq! 🌟📚

.az

📌Vətəndaş QəbuluM.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində vətəndaş qəbulu hər həftənin çərşənbə günü saat 1...
06/07/2026

📌Vətəndaş Qəbulu

M.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində vətəndaş qəbulu hər həftənin çərşənbə günü saat 14:30-16:30 aralığında həyata keçirilir.

.az

2 İyul - Azərbaycan Polisi Günü!
02/07/2026

2 İyul - Azərbaycan Polisi Günü!

Məktəbimizin 6A sinif şagirdi Kərimli Ömər, Gəncə şəhərində Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə keçirilən K...
30/06/2026

Məktəbimizin 6A sinif şagirdi Kərimli Ömər, Gəncə şəhərində Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə keçirilən Kəpəz Taekvondo Klubunun komandalar və klublar arası turnirində uğurla çıxış edərək 36 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. 🏆

Bu möhtəşəm nailiyyət münasibətilə Öməri ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar, yeni qələbələr və daim zirvədə olmağı arzulayırıq! 👏🇦🇿

Qələbələrin davamlı olsun, Ömər! 🌟

.az

Məktəbimizin 5ç sinif şagirdləri Əhmədov Murad və Əlizadə Cahid “Hippo Beynəlxalq İngilis Dili Olimpiadası”nın Milli Fin...
28/06/2026

Məktəbimizin 5ç sinif şagirdləri Əhmədov Murad və Əlizadə Cahid “Hippo Beynəlxalq İngilis Dili Olimpiadası”nın Milli Final mərhələsində uğurla çıxış edərək 🥉 bürünc medal qazanıblar.

👏 Şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək mərhələlərdə daha böyük uğurlar arzulayırıq!

.az

̇ngilisdiliolimpiadası

🤖✨ Məktəbimizin gənc robotçuları!5-ci sinif şagirdlərimiz Səfərli Xəzər, Əhmədov Murad, Rəsulov Cahid, Məmmədov Rafael, ...
28/06/2026

🤖✨ Məktəbimizin gənc robotçuları!

5-ci sinif şagirdlərimiz Səfərli Xəzər, Əhmədov Murad, Rəsulov Cahid, Məmmədov Rafael, Əlizadə Cahid Bakı Ali Neft Məktəbində keçirilən AERO Beynəlxalq Robotexnika Olimpiadasında iştirak ediblər.

19–21 iyun tarixlərində baş tutan yarışda şagirdlərimiz robototexnika sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək məktəbimizi layiqincə təmsil ediblər.

Gənc ixtiraçılarımıza yeni uğurlar, bol nailiyyətlər arzulayırıq! 🚀🤖

.az

Address

Bakı Şəhəri Səbail Rayonu Ü. Hacıbəyov Küçəsi 28
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when 7 Nömrəli Tam Orta Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 7 Nömrəli Tam Orta Məktəb:

Shortcuts

Share

Category