19/03/2022
Dələduzlar sosial şəbəkələrdə bu qədər uğurlu olmağı necə bacardılar? Fürsət və ya şans? (Təxmini oxuma vaxtı: 1 dəqiqə 57 saniyə)
Demək olar ki, hər gün sosial mühəndislik hücumları (dələduzluq və fırıldaqlar) haqqında təzə xəbər eşidirik. Bəzən insanların bu qədər qəlbsiz davranışına, bəzən də fantaziyaların rəngarəngliyinə təəccüb edirik. Vətən müharibəsi iştirakçılarının adına yığılan maddi yardımdan tutmuş, elan saytlarında şəxsi əşyalarını satan insanlara qədər hədəfə götürüldü. Virtual məkanda, əsasən də sosial şəbəkələrdə dələduzluq inkişaf etməyə başladı, hər gün yeni fırıldaqçılar və onların qurbanları haqqında məlumatlar yayıldı. Bunların hamısı icitmailəşmir, çünki, çox adam düşdüyü vəziyyəti real qiymətləndirir və ya məbləğ ona sərf olunacaq zamana dəymir. Bəs dələduzların bu qədər çoxalmasını nə şərtləndirir? Ümumi desək münbit şərait.
Qeyd etdiyim kimi dələduzlar hansı sahələrdə cəhd etdilər və ya uğurlu ola bildilər?
- Xeyriyyə məqsədləri ilə maddi yardım toplayanlar hədəfləndi;
- İşaxtaran şəxslər işə düzəltmə adı altında özünü təqdim edən şəxslər tərəfindən hədəfə çevrildi;
-Məşhur bloggerlərin adından giveway imitasiyaları baş verdi;
-Bank kart sahiblərinə guya onların hesablarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə kart məlumatları soraqlandı;
-Sonradan psixoloji təsir göstərmək və pul tələb etmək məqsədi ilə fərdi məlumatların ələ keçirilməsi və s.
Siyahını uzatmaq da olar, insan təxəyyülü çərçivəyə sığmır. Əsasən yekunda dələduzların 2 hədəfi olur:
- Ödəniş terminalı vasitəsilə filan hesaba pul köçür və çeki göndər
- Bank kartının hər 2 tərəfini çək at və tələb olunarsa telefona gələn SMS kodu göndər
Sosial mühəndisliyin işləmə prinsiplərinə baxsaq edilən hücumun başarlı olmasını - qarşı tərəfin inam və etibarını qazanmaq, digər psixoloji fəndlər ( hansısa bir göydən düşmə fürsət, psixoloji basqı və ya təcili davranmaq lazımdır kimi mühit yaratmaq) tətbiq etmək kimi şərtlər müəyyən edir.
Zərərçəkənin əsas səhvi onun sadəlövh olması və qeyd olunan sahələrdən ( bank kartlarının istifadəsi, fərdi məlumatlarla davranış qaydaları) az bilikli olmasıdır. Dələduz oyunun bütün gedişatını bunun üzərində qurur.
Təəssüf ki, cəmiyyət olaraq texnologiyalar bizi qəfil yaxaladı. Biz ancaq sevinməyə macal tapdıq ki, əmək haqları artıq kart ilə veriləcək və kiməsə artıq 3-5 manat verməyə lüzum olmayacaq. Məktəbdə, universitetdə, işdə bu kartdan istifadə qaydalarını öyrətmədilər və ya bu təlimatları daha əlçatan etmədilər. Nəticədə insanlar o kartlar üzərində olan rəqəmlərin mahiyyətini bilmədilər, üzünü arxasını tanımadılar, NFC ilə təmassız ödənişə "vayfay" adı verdilər. Onsuz da, rəngsiz telefondan smartfona keçidin "generation gap"-ini (texnologiyalar arasında uçurum) yaşayan insanlara 3D Secure və çox funksiyalı bank tətbiqləri tam olaraq anlaya bilmədi. Pin kod təqdim edilən kağız parçası bank kartını sarımaq üçün bir kağıza çevrildi. Bankomatlar qarşısında günü bugün də kömək istəyən əmilər və xalalar görə bilərik. Mentalitetimiz tələb edir ki kömək edək amma özlərinə öyrtəməyək. Hə, öyrənmək istəməsi və ya öyrənmək kapasitəsi də mübahisəlidir.
Məhz bu boşluqları da dələduzlar öz məqsədləri üçün istifadə edir. Hamıya banklar bəh-bəhlə təmassız kartlar paylayır (inkişaf bunu tələb edir) amma təhlükəsiz istifadə barədə danışan yoxdur. Bəs bu tip kartlar üçün əlavə hansı təhlükəsizlik tədbirləri alınmalıdır? Nə qədər ki dələduzlar hələki bu istiqamətdə fəallaşmayıb, bəlkə ehtiyatımızı görək?!
04/10/2019
Hər il 5 oktyabr 100-dən çox ölkədə Beynəlxalq Müəllim günü qeyd edilir.Bu bütün müəllimlərin,təhsil sistemi işçilərinin peşə bayramıdır. Bayramınız mübarək !
03/10/2019
Dəyərli dostlar,
CIFFT "People´s Choice" Award platformasında Azərbaycanının turizmə aid promo videosunu (AZERBAIJAN: TAKE ANOTHER LOOK)dəstəkləməyiniz tələb olunur . Səslər hər IP üçün sayılır. Evdən/ofisdən və ya telefondan (internet paketi ilə) səsverməyə qatıla bilərsiniz. Öncədən təşəkkür edirik.
https://www.cifft.com/wbtf19/
ONLINE VOTING
05/06/2019
Bayramınız mübarək olsun!
15/05/2019
İsrail mənşəli NSO Group Facebook-a aid Whatsapp tətbiqini yoluxdurub. Zənglər vasitəsilə smartfonunuza nəzarət əlavəsi yerləşdirilə bilər ki, bu da informasiya məxfiliyini pozur. Maraqlısı odur ki, sizin zəngə cavab verib verməyəcəyiniz vacib deyil, nəzarət əlavəsi quraşdırılır və sonra zəng avotmatik log-dan silinir, heç bir şübhəli məqam qalmır. Proqram kamera və mikrofonu avtomatik aktivləşdirə bilir. Bəs bu nə qədər ciddidir? NSO Group "Pegasus" adlı zərərverici proqramı ilə məhşurdur, hansı ki, geo məlumatlar, email, kontaktlar və s. məlumatları çəkə bilir. Təxmin edilir ki, xüsusi xidmət orqanları tərəfindən istifadə üçün nəzərdə tutulub, məqsəd isə cinayət və terrorizmlə mübarizədir. Həssaslıq cari ayın əvvəli aşkarlanıb və insan hüquqları ilə əlaqədar təşkilatlar məlumatlanıb. Əsas məsələ 1.5 milyard istifadəçinin nə qədəri zərər görüb? - Məlumat açıqlanmır. Dərhal yenilənmə məsləhət olunur. Qurğu fərqi olmadan hər bir proqram öz-özlüyndə potensial təhlükədir. App yükləməzdən öncə düşünün. Bəzən istifadəçilər öz kompyuterlərinə istədikləri proqramı yazmaq üçün canfəşanlıq edirlər - evdə və ya işdə fərq etməz, pirat proqramlar xüsusilə təhlükəlidir. Ona görə də müəssisələr vahid "İnformasiya təhlükəsziliyi siyasəti" ilə idarə olunurlar ki, müəyyən mənada bu cür təhlükələrə qarşı müdafiənin bir komponentidir. Unutmayın hər bir soft üçün "Zero Day" təhdidi realdır.
09/12/2017
Dəyərli məzunlar, sonuncu kurs tələbələri və magistrlər!
sizi Marriott otellər şəbəkəsi ilə ilə xarici ölkələrdə praktika və iş imkanı əldə etməyə dəvət ediririk.
11 dekabr saat 16-18:00 radələrində Kitabxana və İnformasiya mərkəzində müvafiq proqramın müəllifləri tərəfindən təqdimat olacaqdır.
03/08/2017
Азербайджанский университет туризма и менеджмента объявляет набор студентов на степень бакалавра и магистра на следующие специальности:
Степень бакалавра на азербайджанском, русском и английском языках:
- Туризм и отельное дело
- Менеджмент
Степень магистра на азербайджанском и русском языках:
- Туристское дело
- Отельное дело
Необходимые документы:
- Заявление на имя ректора
- Нотариально заверенная копия аттестата и диплома бакалавра в сфере туризма или смежной сфере (для степени магистра)
- Справка о здоровье и ВИЧ
- Копия удостоверения личности
- Резюме
- 8 фотографий в размере 4x3
Крайний срок подачи заявок: 31 августа 2017-го года
Для дополнительной информации:
Тел.: +994125644233 (внутренний 122)
Е-мэйл: [email protected]
03/08/2017
Azerbaijan Tourism and Management University announces an intake of the foreign students for the specialties listed below in Bachelor and Master’s degree:
Bachelor degree in Azerbaijani, English and Russian languages:
- Tourism and Hospitality
- Management
Master’s degree in Azerbaijani and Russian languages:
- Tourism Business
- Hotel Business
Admission requirements:
- Admission request letter addressed to the rector of ATMU
- Notarized copy of School-leaving certificate or Bachelor’s degree diploma with a major in tourism related fields.
- Health and HIV reference
- Copy of ID
- CV
- 8 photos (size 4x3)
Admission deadline: August 31, 2017
Contacts for more detailed information:
- Phone number: +994125644233 (interal number 122)
- Email: [email protected]
12/05/2017
Safar Travel
Vakansiya-outgoing və inside menecer
Tələblər - 1 ildən 3 ilədək iş praktikası
Öz klienturasinin olması arzuolunandır
İngilis və rus dilillərin bilməlidir
Başlanğıc maaş 300 azn
Hormətlə Gülşən xanim
cv ləri [email protected] unvanina gondərə bilərsiniz
19/12/2016
Salam,əziz turizm məzunları,Tempus Travel Şirkətinə xarici turizmi öyrənmək və sonradan xarici turizm üzrə menecer kimi işləmək istəyən praktikant xanım tələb olunur.
CV-lərini [email protected] e -mailinə göndərə bilərlər .Əlaqə nomrəsi 055 409 1 409 , 012 409 1 409
31/10/2016
ATMU və İMC Krems TEU-nin "AATP BA Cohort 2013" məzunu və eyni zamanda İMC Krems TEU-nin Azərbaycandaki məzunların səfiri Fidan İsmayılova Avstiyanın Krems şəhərində keçirilən ənənəvi İMC Məzun Səfirlənin toplantısı mərasimində iştirak edib.