10/12/2014
Fakultə haqqında
Azərbaycan Texniki Universitetinin (keçmiş Azərbaycan Politexnik İnstitutunun) əsas fakültələrindən biri də Nəqliyyat fakültəsidir.
1950-ci ildə AzPİ-nin sərbəst institut kimi fəaliyyətə başladığı zaman bu fakültə «Mexanika» adlanırdı. Sonralar fakültənin adı ardıcıl olaraq avtonəqliyyat, nəqliyyat, avtomexanika və dəmir yolu nəqliyyatı kimi dəyişdirilmiş, nəhayət iyul 2001-ci ildən «Nəqliyyat» adlanır.
50-il müddətində fakültəyə dosent İ.İ.Qarayev, dosent M.T.Məmmədov, dosent A.Şıxəlizadə, dosent C.R.Dadaşov, prof. H.M.Əhmədov, prof. A.M.Kəngərli, dosent N.M.Mustafayev, dosent M.Ə.Talıbov rəhbərlik etmişlər. 2001-ci ildə «Materiallar müqaviməti» (İndiki “Texniki mexanika”) kafedrasının dosenti Fazil Əbdüləzim oğlu Həsənov fakültəyə dekan seçilmişdir və hazırda dekandır.
Fakültədə 55 nəfər professor-müəllim heyyəti vardır. Onların 7 nəfəri elmlər doktoru-professor, 40 nəfəri isə elmlər namizədidir. Fakültənin nəzdində 5 kafedra vardır;
•Avtomobil daşımaları və yol hərəkətinin təşkili (prof. Tağızadə Ə.H.)
•Avtomobil nəqliyyatı vasitələri (dos. Gözəlov S.K.)
•Daxili yanma mühərrikləri və avtotraktorlar (prof. Kərimov Z.X.
•Dəmiryol nəqliyyatının istismarı (prof. Əhmədov H.M.)
•Texniki mexanika (prof. Mirsəlimov V.M.)
Fakültədə 1068 bakalavr, 43 magistr təhsil alır. Bakalvr pilləsində təhsil azərbaycan (əsasən) və rus (050623 “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə) dillərində aparılır.
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakavr və magistrlər hazırlanır:
Bakalavr pilləsi
• 050621 “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi;
•050622 – “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”
•050623 – “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi”
•050811 – “Nəqliyyat servisi” (avtomobil nəqliyyatı üzrə).
Magistr pilləsi
•060621 “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi;
•060622 – “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”
•060623 – “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi”
•050804 – “Nəqliyyat servisi” (avtomobil nəqliyyatı üzrə).
Bakalavr pilləsnidə aşağıdakı ixtisaslaşmalar üzrə mütəxəssislər hazırlanır:
•Avtomobillər və traktorlar
•Nəqliyyat vasitələrinin texniki istismarı
•Nəqliyyatda daşımaların və idarəetmənin təşkili (avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə)
•Yol hərəkətinin təşkili
•Dəmir yolu və təsərrüfatı, onun istismarı
•Lokomotiv və vaqon təsərrüfatı
•Nəqliyyat vasitələrinin təmiri və servis xidməti
Fakültədə aşağıdakı ixtisaslaşmalar üzrə magistrlər hazırlanır:
•Dəmiryol təsərrüfatı və onun istismarı;
•Lokomotivlər və lokomotiv təsərrüfatı;
•Vaqonlar və vaqon təsərrüfatı;
•Avtomobillər;
•Avtomobil nəqliyyatının istismarı;
•Yol hərəkətinin təşkili və təhlükəsizliyi;
•Nəqliyyatda daşımalar və menecmen (avtomobil və dəmiryol nəqliyyatı üzrə);
•Avtomobil servisinin texnologiyası.
Fakültə kafedralarında geniş elmi-tədqiqat işləri aparılır: “Nəqliyyat istilik-güc qurğularının effektivliyi¬nin yüksəldilməsi və onların ətraf mühitə zərərli təsirinin azaldılması” “Azərbaycan Respublikasında nəqliyyatın inkişaf perspektivləri və səmərəliliyinin yüksəldilməsi”, “Qalındivarlı silindrlərdə çatların inkişafının modelləşməsi”, “Avtomobil daşımalarının təşkili və hərəkətin təhlükəsizliyi modelləri, “Qara Dəniz Regionunda neft və qaz nəqlində istifadə olunan maşın və mexanizmlərin etibarlılığı və davamlılığı”, “Cisimlərin mexanikasının bəzi nəzəri və tətbiqi məsələlərinin tədqiqi” və s.
Avropa Birliyinin TASİS proqramı çərəivəsində TRASEKA üzrə EuropeAid/126298/J/SEP/Multi “TRASEKA ölkələrinin nəqliyyat sektoru üçün kadr hazırlığında tədrisin keyfiyyətinin yüksəldilməsi” Layihəsi üzrə Azərbaycan Texniki Universiteti baza təhsil müəssisəsidir.
Bu Layihə çərçivəsində Nəqliyyat fakultəsinin əməkdaşları, Gürcüstan, Qazaxstan, Moldova, Türkiyə, Almaniya, Niderland və digər ölkələrdə keçirilən Beynəlxalq simpozium, konfrans, seminar və treyninqlərdə məruzələrlə, çıxışlarla aktiv iştirak edirlər.
Qeyd olunan Layihə üzrə TRASEKA Hökumətlərarası Kommissiyasında Azərbaycan Respublikası Milli Katibliyi ilə Azərbaycan Texniki Universiteti birlikdə 18 – 19 fefral 2010-cu il tarixdə Texniki Universitetdə Milli seminar keçirilmişdir.
Qeyd olunanlarla yanaşı, fakültə kafedraları bir çox xarici ölkə unversitetləri ilə sıx əlaqə saxlayır və əməkdaşlıq edir:
M.V.Lomonosov adına MDU
Kazan Dövlət Texniki Universiteti
Volqaqrad Dövlət Texniki Universiteti
Lvov Q.V.Karpenko adına Fizika-mexanika İnstitutu
RF REA mexanika problemləri İnstitutu
Ukrayna mexanika institutu (NAN)
Moskva Avtomobil Yollari İnstitutu
Almaniyanın Darmştad Texniki Universiteti
Almaniyanın Kaqlsrue Universiteti
Almaniyanın Ştutqart Texniki Universiteti
Moskva,Rostov və Sank-Peterburq Dəmir yolları Universitetləri
Xarkov və Dneprepetrovsk Dəmir yolu Universitetləri
Özbəkistan Dəmir yolu Universiteti
Türkiyənin Orta Doğu Texniki Universiteti
Niderland,Moldova,Qazaxıstan və digər ölkələrin Unversitetləri