24/11/2025
Firudin Cəlilov, Xudu Məmmədov və Xəlil Rza çayxanada çay içərkən Xəlil Rza deyir ki, “Bu ermənilərin hamısını Bakıdan qovmaq lazımdır!”. Xudu Məmmədov cavabında deyir: “Sən Allah, birini mənim üçün saxlayarsınız, onlar bizə "Türk" deyə müraciət edəndə adamın ürəyinə yağ kimi yayılır ...
---
Bir gün televiziyada futbol gedirmiş. Hamı futbola baxırmış, Xudu müəllim isə kitab oxuyurmuş. Meydan sahibləri qalib gəlir. Qaliblərin himni başlananda bütün stadion ayağa qalxıb himnə baş əyir. Xudu müəllim kitabdan ayrılır və himni dinləməyə başlayır. Yanındakılardan biri deyir ki, görürsünüz, Xudu müəllim öz himnlərini necə çox sevirlər? Xudu müəllim cavab verir "Vallah Üzeyir bəyin bəstələdiyi bizim köhnə himnimizi qaytarıb Azərbaycanın dövlət himni etsələr, gündə beş dəfə namaz qılanlar kimi, beş dəfə dizimi yerə qoyub bu himnə qulaq asardım.
İnsan mütiliyinə nifrət edən Xudu müəllim bir gün nahar etmək üçün bir yeməkxananın həyətinə daxil olur. Həyətə girər-girməz bir nəfər həyəcanla maşının qarşısını kəsir və sürücüyə deyir ki, sən nə edirsən, görmürsən 1-ci katib buradadır?
Çox keçmir ki, 1-ci katib Xudu müəllimin burada olduğunu eşidir və onu masasına dəvət edir.
Bunu görən oğlan Xudu müəllimdən bağışlanmasını xahiş edir. Cavabında "Mən səni bağışlayıram, amma sizi bu günə salanları bağışlaya bilmirəm" - deyir, Xudu müəllim.
Bədbəxtlik danışa bilməmək deyil, nə danışdığını bilməməkdir.
X.Məmmədov
----
70-ci illərdə Elmlər Akademiyasının Kimya İnstitunun Elmi Şurasında duz məsələsi müzakirə olunur. İnstitut direktoru: “Yoldaşlar, respublikamızda adambaşına filan qədər duz düşür” dedikdə, Xudu Məmmədov yerindən soruşur: “Z… müəllim, duzu bildik. Deyə bilərsinizmi, Azərbaycanda adam başına nə qədər daş düşür?”
P.S.Xahiş edirəm, Z müəllimin kim olduğunu bilənlər yazsın...
---'
Rayonların birində görüş varmış. Bir dəstə yazıçı qonaq gəlibmiş. Ziyalıların, yerli rəhbərlərin çoxu onlarla mehribanlıqla görüşüb hal-əhval tuturlar. Amma bir nəfər - rayon icraiyyə komitəsinin sədri əli cibində dayanıb, heç kəsə məhəl qoymur. Bunu görən yazıçı Sabir Azəri Hüseyn Arifin qoluna toxunur.
- A şair, gör, özünü necə çəkir. Qanacaqsız adama oxşayır.
- Ə, qanacağı neynəyir, vəzifəsi var, rüşvəti var, qanacağı gözünə ha, soxmayacaq?!