Azərbaycan Dövlət Dəniz Akademiyası

Azərbaycan Dövlət Dəniz Akademiyası

Share

Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi səhifəsi

20/03/2026

Novruz bayramınız mübarək!🌱

19/03/2026

Ramazan bayramınız mübarək! 🕌🌙

Photos from Azərbaycan Dövlət Dəniz Akademiyası's post 19/03/2026

🛳️⚓️ Dənizçilik peşəsinə marağı olan məktəblilər üçün “Açıq qapı” günü keçirilib
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) paytaxtın bir neçə təhsil müəssisəsinin, o cümlədən 2 və 16 nömrəli Texniki-humanitar liseylərin, 7, 180, 190 və K.A.Kərimov adına 8 nömrəli tam orta məktəblərin şagirdləri üçün “Açıq qapı” günü təşkil edilib.
Azərbaycanda dənizçilik təhsilinin formalaşdırılmasının 145, ADDA-nın 30 illik yubileyi çərçivəsində keçirilən tədbirin əsas məqsədi gənc nəsildə gəmiçilik sahəsinə maraq oyatmaqdan ibarət olub.
“Açıq qapı” günündə gənclərə Azərbaycanda dənizçilik təhsilinin tarixi və inkişaf yolu, eləcə də Akademiyada təhsilin üstünlükləri, burada yaradılmış müasir tədris mühiti barədə ətraflı məlumat verilib. ADDA-nın tələbələri də çıxış edərək tələbəlik həyatı və təcrübələrini məktəblilərlə bölüşüblər.
Daha sonra şagirdlər ADDA-nın tədris binaları, müasir laboratoriyalar və ixtisaslaşdırılmış auditoriyaları ilə yaxından tanış olaraq təhsil prosesini izləmək imkanı qazanıblar.
Proqram çərçivəsində iştirakçılar dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyini də ziyarət ediblər. Muzeylə tanışlıq məktəblilərdə Azərbaycanın zəngin dənizçilik tarixi və gəmiçilik ənənələri barədə dərin təəssürat yaradıb.

Photos from Azərbaycan Dövlət Dəniz Akademiyası's post 18/03/2026

Azərbaycan Dövlət Dəniz Akademiyasında Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Eldar Qocayev bayram münasibətilə xoş arzularını bölüşüb.

Tədbirdə Akademiyanın ilk himni təqdim edilib, daha sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagird və müəllimlərinin çıxışları bayram ab-havasını daha da yüksəldib.

Şənlik tonqal ətrafında davam edib, iştirakçılar Novruzun sevincini birlikdə bölüşüblər.

17/03/2026

Torpaq çərşənbəniz mübarək! 🌱

10/03/2026

Yel çərşənbəniz mübarək! 🍃

08/03/2026

Bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, sevinc və həyatınızın bütün sahələrində uğurlar arzulayırıq. 🌷

08/03/2026

💐 Sevgisi, əzmi və zərifliyi ilə dünyanı daha da gözəlləşdirən bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik!

Photos from Azərbaycan Dövlət Dəniz Akademiyası's post 07/03/2026

Dənizçilik onlarla daha da gözəldir. ✨

👩‍💼🚢 Bu gün ASCO ailəsinin 600-dən çox xanım üzvü var. Onlar idarəetmədə, gəmilərdə, tərsanələrdə, təhsildə
və bir çox müxtəlif istiqamətlərdə fəaliyyət göstərərək dəniz nəqliyyatı sahəsinin inkişafına mühüm töhfə verirlər.

🌟💐 Paylaşımda yer alan qadınların timsalında dənizçilik sahəsini öz zəhməti və əzmi ilə işıqlandıran bütün xanım əməkdaşlarımıza təşəkkür edirik.

06/03/2026

Mavi üfüqlərdə qadın əzmi ✨

🚢 Bu videoda qazandığı uğurla dənizçilik tariximizdə yeni bir səhifə açan "Prezident Heydər Əliyev" gəmisinin motorçusu İradə Astanovanı yaxından tanıyacaqsınız.

05/03/2026

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür! 💪

📺 Bu videoda yelkənçilərimizin küləklə və dalğalarla həyəcan dolu mübarizəsini izləyə bilərsiniz. ️

⛵ Siz də yelkənli idmanın sirlərini kəşf etmək istəyirsinizsə, Khazar Sailing Club-da yolunuzu gözləyirik.

📍 Ünvan: Səbail rayonu, Neftçilər prospekti, Yaxt-klub

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

1881-ci ildən bugünə qədər...

1881-ci il - Bakı Dənizçilik sinifləri

1902- ci il - Bakı Uzaq Səfərlər Məktəbi

1930-cu il - Bakı Dənizçilik Texnikumu

1944-cü il - Bakı Dəniz Yolları Məktəbi

Location

Telephone

Address


Zarifa Aliyeva 18
Baku
AZE1000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30