Binəqədi rayonu 313 nömrəli tam orta ümumtəhsil məktəbi

Binəqədi rayonu 313 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Binəqədi rayonu 313 nömrəli tam orta ümumtəhsil məktəbi, Middle School, Binəqədi rayon Yuxarı Sulutəpə qəsəbəsi, Baku.

VALİDEYNLƏRİN VƏ ŞAGİRDLƏRİN NƏZƏRİNƏMəktəbli geyim forması 2026 /2027 - ci tədris ilində cari ildəki kimi dəyişməz qalı...
21/08/2026

VALİDEYNLƏRİN VƏ ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Məktəbli geyim forması 2026 /2027 - ci tədris ilində cari ildəki kimi dəyişməz qalır (N-2) Nəzərinizə çatdırırıq ki, Məktəbli geyim formasına riayət artıq qanunla müəyyən edilmiş tələbdir. Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa 7 iyul 2026-cı il tarixində edilmiş dəyişikliklərə əsasən
(https://president.az/az/articles/view/73049) dövlət ümumi təhsil müəssisələrində təhsilalanların müəyyən olunmuş geyim formasına riayət etməsi qanunvericilikdə birbaşa təsbit olunub. Dəyişikliyə əsasən ( qanunun 12.13-1-ci maddəsinə əsasən) “Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.” Eyni zamanda 24.2.2-1-ci maddə valideynlərin də məsuliyyətini müəyyən edir. Belə ki, valideynlər övladlarının məktəbdə geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər. Bu o deməkdir ki, dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş məktəbli geyim forması sadəcə, NK qərarı, məktəbin tövsiyəsi və ya daxili qaydası deyil, qanunvericiliklə müəyyən edilmiş tələbdir. Aşağıdakı posterdə oğlanlar və qızlar üçün yay və qış geyim formalarının təsvirləri müvafiq qaydada müəyyən edilib.
Hörmətli valideynlər, yeni tədris ilinə hazırlıq zamanı övladlarınız üçün məktəbli geyim formasını seçərkən müəyyən edilmiş nümunə və tələblərin nəzərə alınmasını xahiş edirik.

17/08/2026
Təhsil sənədləri artıq myGov-da!💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.🎓 2026-...
11/08/2026

Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.
🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.
📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.
📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.
🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

https://www.facebook.com/share/p/18pHdgnr5z/
24/07/2026

https://www.facebook.com/share/p/18pHdgnr5z/

ℹ️ "Təhsil Saatı" verilişində yeni mövzu ilə canlı yayımda olacağıq

📍 Mövzu: Yeni təmayül tədris modeli

✅ Qonaq: Turanə Məcidli (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini)

🗓️ Tarix: 27 iyul 2026-cı il, 15:00

👇 Mövzu ilə bağlı suallarınızı şərh bölməsinə yaza bilərsiniz 🗨️

Address

Binəqədi Rayon Yuxarı Sulutəpə Qəsəbəsi
Baku

Alerts

Be the first to know and let us send you an email when Binəqədi rayonu 313 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Binəqədi rayonu 313 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category