07/11/2025
UFAZ-da Karyera Sərgisi keçiriləcək!
Noyabrın 28-də Azərbaycan-Fransız Universitetində (UFAZ) ADNSU və UFAZ-ın yuxarı kurs tələbələri və məzunları üçün Karyera Sərgisi təşkil ediləcək. Tədbir regional və beynəlxalq şirkətləri gənc istedadlarla bir araya gətirəcək.
Karyera Sərgisi iştirakçılara aşağıdakı imkanları təqdim edir:
• Tələbə və məzunların işəgötürənlərlə birbaşa əlaqə qurması;
• İşəqəbul, təcrübə proqramları və karyera imkanları barəsində məlumat verilməsi;
• Şirkətlərin potensial işçi və ya təcrübəçi namizədlərini tanıması;
• Tələbələrin əmək bazarında hansı bilik və bacarıqların tələb edildiyini daha yaxşı anlaması;
• Gənclərin karyera planlaşdırması və peşə yönümlülüyünün dəstəklənməsi.
Tarix: 28 noyabr
Saat: 15:00-18:00
Məkan: UFAZ, 4-cü mərtəbə
Qeydiyyat linki: https://forms.gle/bFf6QLGdzriJBbyX9
03/07/2025
24/06/2025
18/06/2025