18/05/2026
Bu gün həyatımın və peşəkar karyeramın ən önəmli mərhələlərindən birini paylaşmaqdan böyük qürur duyuram.
International Sports Science Institute & Academy tərəfindən mənə
Doctor of Fitness Running & Bodybuilding Physical Fitness (Professional PhD)
dərəcəsi rəsmi olaraq təqdim olundu.
Bu nailiyyət uzun illərin zəhməti, davamlı inkişaf və idman elminə olan dərin marağın nəticəsidir.
Məqsədim hər zaman olduğu kimi:
sağlam həyat tərzinin təbliği
idmanın elmi əsaslarla inkişafı
gələcək nəsillərə düzgün idman mədəniyyətinin ötürülməsidir.
Bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm.
Today I am proud to share one of the most important milestones of my professional journey.
I have officially been awarded the degree of
Doctor of Fitness Running & Bodybuilding Physical Fitness (Professional PhD)
by the International Sports Science Institute & Academy.
This achievement is the result of years of hard work, continuous development, and dedication to sports science.
My mission remains the same:
promoting a healthy lifestyle
developing sports through scientific approaches
inspiring the next generation of athletes.
I sincerely thank everyone who supported me on this journey.
15/05/2026
🎓 Beynəlxalq akkreditasiyalı təhsil imkanından yararlanın!
“International Sports Science Institute & Academy” tərəfindən təşkil olunan
“Master’s of Fitness Running & Bodybuilding Physical Fitness” proqramına qeydiyyat davam edir.
📚 Proqramın üstünlükləri:
✅ Beynəlxalq akkreditasiya
✅ Əyani və distant təhsil imkanı
✅ Praktiki və nəzəri dərslər
✅ Beynəlxalq universitet və təşkilatlarla əməkdaşlıq
✅ Peşəkar inkişaf və beynəlxalq karyera imkanları
✅ Qrup və fərdi tədris sistemi
🏛 Təhsil müddəti: 1 il
📍 Məkan: Bakı, Azərbaycan
Fitnes, bodibildinq və idman elmi sahəsində beynəlxalq səviyyədə inkişaf etmək istəyənlər üçün böyük fürsət!
📩 Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
🎓 Join an Internationally Accredited Education Program!
Registration is now open for the
“Master’s of Fitness Running & Bodybuilding Physical Fitness” program organized by the International Sports Science Institute & Academy.
📚 Program Highlights:
✅ International accreditation
✅ In-class & distance learning options
✅ Practical and theoretical education
✅ Collaboration with international universities and organizations
✅ Professional development and international career opportunities
✅ Group & individual teaching system
🏛 Duration: 1 year
📍 Location: Baku, Azerbaijan
A great opportunity for professionals aiming to build an international career in fitness, bodybuilding, and sports science.
📩 Contact us for detailed information and registration.
10/05/2026
Ümummilli Lider Heydər Əliyev -103.
09/05/2026
🏆EUROPEAN TUG OF WAR CHAMPIONSHIP
📍July 25-26, 2026, Frillesas, Sweden
30/04/2026
🇦🇿 Milli komandamız “TURAN CUP” beynəlxalq turnirində iştirak edəcək
Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, kəndirlə mübarizə idman növü üzrə milli komandamız 01–03 may 2026-cı il tarixlərində Türkiyə Respublikasının Mersin şəhərində keçiriləcək “TURAN CUP” beynəlxalq turnirində iştirak etmək məqsədilə yola düşmüşdür.
Milli komandamıza göstərilən dəstəyə görə
şirkətinin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildiririk.
🎯 Komandamıza beynəlxalq arenada uğurlar arzulayırıq!
19/04/2026
18 aprel 2026-cı il tarixində Qax Rayon Mərkəzi Stadionunda ümumtəhsil məktəblərinin şagirdləri arasında kəndirlə mübarizə idman növü üzrə turnir keçirilmişdir.
Yarış Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyi və “Turan” İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Yarışdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Turnirdə 420 kq çəki dərəcəsində ümumtəhsil məktəblərindən 9 komanda iştirak etmişdir.
Nəticələr aşağıdakı kimi olmuşdur:
I yer – Qax 5 nömrəli tam orta məktəb
II yer – Qax Zəyəm
III yer – Qax Güllük
Fərqlənən komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyi tərəfindən isə medallarla təltif olunmuşdur.
Tədbirdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Elvin Həsilov, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin Şəki-Zaqatala regionalı üzrə səlahiyyətli nümayəndəsi və “Turan” İdman Klubunun rəhbəri Ramazan Soltanov, eləcə də digər rəsmi nümayəndələr iştirak etmişlər.
15/04/2026
📅 12 aprel 2026-cı il tarixində “Fit Kid’s Azerbaijan” təşkilatının növbədənkənar iclası keçirilmişdir.
İclas çərçivəsində təşkilatın fəaliyyət istiqamətləri üzrə bir sıra mühüm məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
📌 Gündəlikdə duran əsas məsələlər:
– 30 may 2026-cı il tarixində Bakı şəhərində təşkil olunacaq “Fit Kid’s” çempionatına hazırlıq məsələləri,
– 13–17 sentyabr 2026-cı il tarixlərində Xorvatiyanın Novalja şəhərində keçiriləcək Dünya çempionatına hazırlıq prosesi,
– Müxtəlif idman təşkilatlarında uşaq fitnesinin inkişafı məqsədilə seminarların təşkili,
– 10–11 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək “Eurasian Fit Kid’s & Dance Championship” turnirinə hazırlıq məsələləri,
👤 Kadr məsələləri
İclas zamanı təşkilati məsələlərə baxılmış və idarə heyətinə yeni təyinatlar həyata keçirilmişdir:
– Teymur Adilov – Baş katib
– Elonora Yusifova – Baş məşqçi
– Milana Hümbətova – Atletlər və Texniki Komissiyanın sədri
– Nuray Nağıyeva və Aygün Əhmədova – Atletlər və Texniki Komissiyanın üzvləri
🎯 Təyin olunmuş komanda üzvlərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
's
11/04/2026
📅 04 aprel 2026-cı il tarixində
Azərbaycan Kəndirlə Mübarizə İdman Cəmiyyəti İctimai Birliyinin növbədənkənar iclası keçirilmişdir.
✍️Qrumun mətbuat xidmətindən verilən məlumata görə iclas çərçivəsində təşkilatın fəaliyyət istiqamətləri üzrə aktual məsələlər geniş müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
📌 Gündəlikdə duran əsas məsələlər:
– 17–19 aprel 2026-cı il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinin tərkibinin müəyyən edilməsi;
– 01–03 may 2026-cı il tarixlərində Türkiyənin Mersin şəhərində təşkil olunacaq türk dilli ölkələr arasında keçiriləcək “Turan Kuboku” beynəlxalq turnirinə hazırlıq məsələləri;
– 07 may 2026-cı il tarixində Xaçmaz şəhərində keçiriləcək ölkə birinciliyi və çempionatın təşkili ilə bağlı məsələlər;
– 13–15 iyul 2026-cı il tarixlərində İsveç Krallığının Frellesas şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq prosesi;
– 30 avqust – 06 sentyabr 2026-cı il tarixlərində Qırğızıstanda təşkil olunacaq “Nomad 2026” beynəlxalq yarışına milli komandanın hazırlıq vəziyyəti.
👤 İclasda təşkilati məsələlərə baxılmış və müvafiq qərara əsasən “Buta” Kəndirlə Mübarizə İdman Klubunun rəhbəri Rəqsanə Lətifova
Azərbaycan Kəndirlə Mübarizə İdman Cəmiyyəti İctimai Birliyinin baş katibi vəzifəsinə təyin edilmişdir.
🎯 Rəqsanə Lətifovaya yeni vəzifəsində uğurlar arzulayırıq.
29/03/2026
📄 INBA/WBPF Seminar #30 – Naxçıvan
28 mart 2026-cı il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Dövlət Texniki Kollecinin və INBA/WBPF Azərbaycan Naxçıvan nümayəndəliyinin dəstəyi, INBA/WBPF Azərbaycan birliyi və Beynəlxalq İdman Elmləri İnstitutu və Akademiyasının birgə təşkilatçılığı ilə “INBA/WBPF Seminar #30” yüksək səviyyədə təşkil olunmuşdur.
Tədbir Vətən Müharibəsi şəhidlərinin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Açılış nitqi ilə çıxış edən Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov tədbirin əhəmiyyətini xüsusi vurğulamış, bu kimi elmi-praktik seminarların regionda idman mədəniyyətinin və sağlam həyat tərzinin inkişafına mühüm töhfə verdiyini qeyd etmişdir.
Seminarın əsas məruzəçisi - Avrasiya Natural Bodibildinq və Fitnes Assosiasiyasının, Avrasiya Fitnes Qaçış Konfederasiyasının, INBA/WBPF/WFRF Azərbaycan prezidenti, Beynəlxalq İdman Elmləri İnstitutu və Akademiyasının direktoru, beynəlxalq dərəcəli idman ustası, ABŞ və Böyük Britaniya akkreditasiyalı mütəxəssis, qidalanma və qida əlavələri üzrə ekspert, biznes idarəçiliyi və idman menecmenti üzrə doktor Dr. Elnur Şıxəliyev çıxış edərək tədbirin təşkilinə göstərilən dəstəyə görə təşəkkürünü bildirmiş və tərəfdaş qurumların nümayəndələrinə rəsmi təşəkkürnamələr təqdim etmişdir.
Seminar çərçivəsində idmanda elmi əsaslı qidalanma prinsipləri, qida əlavələrinin rasional istifadəsi, müasir məşq metodologiyaları, zərərli vərdişlərin və istifadəsi qadağan olunmuş preparatların mənfi təsirləri, eləcə də idmançıların yarış hazırlığının mərhələli təşkili kimi aktual mövzular üzrə geniş təqdimat keçirilmiş, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılmışdır.
Daha sonra INBA/WBPF Azərbaycan Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Ümid Babayev çıxış edərək tədbirin keçirilməsində göstərilən təşkilati dəstəyə görə minnətdarlığını ifadə etmişdir.
Tədbirin yekununda iştirakçılara rəsmi sertifikatlar təqdim olunmuşdur.
28/03/2026
✍️Yarışın adı: "INBA Azerbaijan" natural bodybuilding & physique sports championship, open
📌Ünvan: Opera Studiya, Şəmsi Bədəlbəyli 98,
🗓️Tarix: 30 may 2026-cı il,
🕑Açılış mərasimi 02:00 PM
🔸Təşkilatçı: INBA | PNBA Qlobal Azərbaycan
🔸Təşkilati dəstək:
📝Milli Olimpiya Komitəsi
📝lNBA/PNBA Global
📝MM İstehsalat
📝Eco products
📝Roof-fitness
📝Mənim Öz Gülüm
🔸Məqsəd: Sağlam həyat tərzini, kütləvi bədən tərbiyəsi və idmanı təbliğ etmək, yeniyetmə və gəncləri p*s vərdişlərdən, istifadəsi qadağan olunmuş vasitələrdən və dərman preparatlarından uzaq tutmaq, idmanda sağlam rəqabəti təmin etmək, idmanda zorakılığa qarşı mübarizə aparmaq, gender bərabərliyini təbliğ etmək və yarışın proqramına daxil olan kateqoriyalar üzrə milli komandanı formalaşdırmaqdır.
✍️ Kateqoriyalar:
🔸Women's Sport Model (Open)
🔸Women's Evening Gown (Open)
🔸️Men's Formal Wear (Open)
🔸Men's physique U17, U23, -170 sm, -175sm, +175, Jr.Master (35-39 years old)
🔸 Men's Sport Model U23
🔸 Men's Sport Model,Open
🔸 Men's Athletic U23
🔸 Men's Athletic,Open
🔸 Classic Physique U23
🔸 Classic Physique,Open
✍️ Mükafatlar:
🥇Medal
🏆Kubok
📄Pro card
🎁Hədiyyələr
💰Pul mükafatı
🗓 Qeydiyyat: 01.01.2026 -25.05.2026,
Saat 10:00 - 18:00
📧[email protected]
📞 +99450-201-74-74, +99477-571-66-45
🤴 Məsul şəxs: INBA | PNBA Qlobal Azərbaycan və WBPF Azərbaycan birliyinin prezidenti, çempionatın təşkilat komitəsinin sədri, beynəlxalq dərəcəli idman ustası və hakim Dr.Elnur Şıxəliyev