EOS Academy, əsasən gənclər olmaqla, insanlara təhsil həyatlarında özlərini inkişaf etdirə biləcəyi alternativ platforma təklif edir. Bu platformadan yararlanan gənclər öz ixtisaslarına uyğun şəbəkəyə çıxış əldə edə və ixtisaslaşmış mütəxəssislərlə birgə inkişaf edə bilirlər. Biz inanırıq ki, kefiyyətli təhsil hər bir insan üçün əlçatan olmalı və bu prosesə təkcə universitetlər deyil, həm də alter
nativ təhsil platformaları və vətəndaş cəmiyyəti də töhfə verməlidir.
* www.eosacademy.az adresi EOS Akademiya’nın bilgi portalıdır. Portalda ümumi olaraq, fəlsəfə, elm, psixologiya, sosiologiya və mütaliə mövzularında məqalələr, yazılar, video tərcümələr və xəbərlər paylaşılır. Paylaşımların daha çox maarif və düşüncə inkişafına töhfə verən istiqamətdə olmasına diqqət edilir. Bununla yanaşı, akademiyanın və EOS Clubun digər tədbirləri, fəaliyyətləri, layihələri haqqında məlumatlara yer verilir.
* Rəsmi portalla yanaşı, fəaliyyət sahəmizə Azərbaycanda müxtəlif elm-düşüncə mövzulu seminar, təlim, tədbir və yeni layihələrin təşkil edilməsi də daxildir.
* Həmçinin, EOS Nəşriyyat və EOS Kitabxana müstəqil qurumlarının köməyi ilə öz dilimizə yeni kitabların tərcümə edilməsi, mütaliənin təbliğatı üçün tədbirlərin təşkil edilməsi və ölkənin ən geniş könüllü kitab fondunun yaradılmasına çalışılır.