Yaşıl Dəhliz

Yaşıl Dəhliz Hidroponik sistem

Yaşıl Dəhliz Layihəsi çərçivəsində şagirdlərimiz üçün "Green Oazis" şirkətinə məxsus istixanaya ekskursiya təşkil etdik....
11/04/2026

Yaşıl Dəhliz Layihəsi çərçivəsində şagirdlərimiz üçün "Green Oazis" şirkətinə məxsus istixanaya ekskursiya təşkil etdik. Şagirdlərimiz böyük ərazidə yaradılmış hidroponik sistemlə tanış olmuş, istixananın iş prinsipi haqqında ətraflı məlumatlar əldə etmişlər. Eyni zamanda şagirdlərimiz praktiki bacarıqlarını təkmilləşdirmək məqsədilə toxum əkmiş və məhsul yığaraq qablaşdırmışdırlar. Sonda özlərinin qablaşdırdığı məhsullarla xatirə şəkillər çəkdirmişlər.




08/04/2026
06/04/2026
27/03/2026
19/03/2026
28/02/2026

Yeni toxumlarımız cücərir...😊Növbəti əkinimiz reyhan, keşniş, şüyüd və cəfəri olacaq...🌿☘️

"Yaşıl Dəhliz" layihəsində nəzərdə tutulmuş təlimlər davam edir...Layihə çərçivəsində keçirilən təlimlər uğurla davam ed...
27/02/2026

"Yaşıl Dəhliz" layihəsində nəzərdə tutulmuş təlimlər davam edir...

Layihə çərçivəsində keçirilən təlimlər uğurla davam edir və şagirdlər böyük maraqla prosesə qoşulurlar. Təlimlərin əsas məqsədi şagirdlərdə ekoloji şüurun formalaşdırılması və müasir kənd təsərrüfatı yanaşmaları haqqında biliklərin artırılmasıdır. Dərslər zamanı torpaqsız bitki yetişdirmə üsulları və onların müxtəlif tətbiq formaları izah olunur, praktik nümunələr üzərində müzakirələr aparılır. Şagirdlər bu yanaşmanın suya qənaət, məhsuldarlığın artırılması və ətraf mühitin qorunması baxımından üstünlüklərini öyrənirlər.

Eyni zamanda təlim proqramında torpaq eroziyası, səhralaşma və qlobal iqlim dəyişmələri kimi aktual ekoloji problemlər geniş şəkildə müzakirə edilir. Bu mövzular vasitəsilə şagirdlər insan fəaliyyətinin təbiətə təsirini dərk edir və mümkün həll yolları barədə fikir yürüdürlər. Təlimlər şagirdlərdə ekoloji məsuliyyət hissinin güclənməsinə və innovativ düşüncə tərzinin formalaşmasına xidmət edir. Məktəb daxilində fərqli bitki çeşidləri cücərtərək hidroponik sistemə yerləşdirirlər. Bitkilərin inkişafı şagirdlər tərəfindən mütəmadi olaraq izlənilir. Praktik məşğələlər və interaktiv tapşırıqlar onların həm nəzəri, həm də tətbiqi biliklərini möhkəmləndirir.

Address

MİDA, Yeni Yasamal
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Yaşıl Dəhliz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category