29/01/2026
I Cərrahi Xəstəliklər Kafedrası adından kafedramızın dəyərli əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, assistent Anar Namazovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmasını böyük qürur və sevinc hissi ilə qarşılayırıq.
Bu yüksək mükafat Anar müəllimin uzun illər ərzində göstərdiyi fədakar əməyin, peşəkarlığın, insanlara olan səmimi münasibətin və tibbin inkişafına verdiyi töhfələrin layiqli qiymətləndirilməsidir. Onun həm klinik fəaliyyəti, həm də gənc həkimlərin yetişdirilməsində göstərdiyi əzmkarlıq və məsuliyyət kafedramız üçün örnəkdir.
Hörmətli Anar müəllimi bu əlamətdar nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı, elmi və peşəkar zirvələr arzulayırıq. Qoy bu mükafat Sizin üçün daha böyük nailiyyətlərin başlanğıcı olsun!
Anar Namazov
12/06/2025
ATU-nun I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistanlı həmkarları ilə birlikdə qurduqları və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş Transxəzər Beynəlxalq Qaraciyər, Öd yolları və Mədəaltı vəzi (HPB) Cərrahiyyəsi assosasiyası ilə əlaqədar mühüm irəliləyiş baş vermişdir. Yeni yaradılmış Transxəzər bölməsi 10-12 iyun 2025-ci il tarixində Dublin şəhərində keçirilən Avropa-Afrika HPB Assosiasiyasının (E-AHPBA) 16-cı Bienal Konqresində Nailiyyət Sertifikatı ilə rəsmi olaraq tanınıb.
Sertifikat Transxəzər regionunda HPB cərrahiyyəsinin inkişafında mühüm mərhələni qeyd edir. Bu tanınma öz üzv ölkələri arasında HPB cərrahiyyəsində əməkdaşlığın təşviq edilməsi, klinik təcrübənin irəlilədilməsi, təhsil və tədqiqatın dəstəklənməsi üzrə öhdəliklərini əks etdirir.
Bu nailiyyət regional cərrahiyyə cəmiyyətinin artan təcrübəsini və fədakarlığını vurğulayır. Qlobal HPB şəbəkəsinə qoşulmaqdan və cərrahi xidmətin gələcəyinin formalaşmasına töhfə verməkdən şərəf duyuruq.
28/03/2025
Ənənəvi hal almış BAKI-MALATYA Orqan Transplantasiyası günlərinin 10-cusu 28 Mart 2025 tarixində saat 20:00-da Zoom proqramı üzərindən online keçiriləcəkdir.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/87467618113?pwd=5YAWLe9uQOuRi1gsbP27bTYUM9my9A.1
Meeting ID: 874 6761 8113
Passcode: 198968
19/12/2024
📌Endokrinologiya üzrə Elmi-Praktik Seminar
🗓️ Tarix: 24 Dekabr 2024
🕙 Saat: 10:00
📍 Yer: ATU TCK, 13-cü mərtəbə
💬 Məruzəçilər və seminarın mövzusu:
1️⃣ Ləman Cəfərova – "Sarkopeniya və tiroid hormonlarının bu prosesdə rolu"
2️⃣ Nilufər Müseyibova – "Tiroid düyünlərinin dəyərləndirilməsində TİRADS təsnifatının əhəmiyyəti"
✨ Həkimlər və endokrinologiya sahəsində maraqlanan hər kəs dəvətlidir!
02/12/2024
Azərbaycan Tibb Universitetinin, Transxəzər Beynəlxalq HPB Cərrahiyyə Assosiasiyasının və Türkiyə Hepato Pankreato Biliyar Cərrahiyyə Dərnəyinin ortaq təşkil etdiyi “İnvaziv Pankreas Cərrahiyyəsi” mövzusunda “3. Türkiyə - Azərbaycan HPB Cərrahiyyəsi Toplantısı” 20 Dekabr 2024 tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konfrans zalında keçiriləcəkdir.
İştirakçılara Səhiyyə Nazirliyi tərəfindən 8 DTT balı və iştitakçılara sertifikat veriləcəkdir.
03/04/2024
İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin elmi seminarı keçirilib. İclasda şöbə əməkdaşları ilə yanaşı, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Nuru Bayramov və kafedranın əməkdaşı Mehriban Hüseynova da iştirak edib.
Birgə seminarda çıxış edən AMEA-nın müxbir üzvü, t.e.d., prof. N.Bayramov birgə əməkdaşlıq çərçivəsində yaradılmış “Hepatosellular karsinomanın (HSK) mərhələlərinin təyini” intellektual sisteminin istismar göstəricilərinin dəqiqliyinin artırılması məqsədilə onun təkmilləşdirilməsi ilə bağlı müəyyən dəyişikliklərin aparılmasının vacibliyini qeyd edib və bu istiqamətdə fəaliyyətin davam etdirilməsini tövsiyə edib.
Professor N.Bayramov HSK-da ilkin müalicə üsulunun seçilməsi üçün intellektual sistemin yaradılması üzrə tədqiqatın aparılması istiqamətində birgə əməkdaşlığın davam etdirlməsinə maraqlı olduqlarını bildirib, HSK-nın uyğun müalicə üsulunun seçilməsi üçün multidissiplinar ekspert yanaşması əsasında intellektual sistemin yaradılmasının əhəmiyyətindən danışıb, müvafiq zəruri həkim biliklərinin alınması istiqamətində müzakirələr aparılıb.
Hepatosellular karsinomanın diaqnostikası, müalicəsi və proqnozlaşdırılması üçün intellektual sistemin yaradılması istiqamətində birgə tədqiqatlar aparılır
Hepatosellular karsinomanın diaqnostikası, müalicəsi və proqnozlaşdırılması üçün intellektual sistemin yaradılması istiqamətində birgə tədqiqatlar aparılır
01/04/2024
ATU əməkdaşlarının yeni ixtirası beynəlxalq patent alıb
Azərbaycan alimlərinin hipotireozun müalicəsi üçün hazırladıqla