Sönməz Məşəl

Sönməz Məşəl

Share

The main goal of the center is clear: “To provide opportunity for all people
to learn, celebrate, and share through cultural experience”.

20/01/2026

🇦🇿 20 Yanvar — Azadlıq uğrunda canını fəda etmiş qəhrəmanların anım günüdür.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini dərin hörmət və ehtiramla yad edirik. 🕯️

31/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2026-cı ilin gəlişi münasibətilə bütün həmvətənlərimizi təbrik edirik!
Bu bayramlar hər bir azərbaycanlını bir amal, bir sevgi və bir gələcək ətrafında birləşdirir.
Yeni il xalqımıza sülh, rifah və inkişaf gətirsin!
2026 – Birlik və tərəqqi ili olsun!

30/12/2025

https://www.facebook.com/share/1CzXzkj2bn/?mibextid=wwXIfr

QHT-lərə dövlət dəstəyi yeni mexanizm əsasında aparılacaq

Bu gün Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva dəyişiklikləri izah edib: “Hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 Nazirlik (Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan digər 3 qurum - Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA və ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən açılır. İndiyədək bu 16 qurumun QHT-lərlə işinin vahid koordinasiyası aparılmırdı, QHT-lərə dövlət dəstəyinin vahid databankı, təhlili yox idi. Bu isə müəyyən qədər pərakəndəliyə, müxtəlif dövlət qurumları tərəfindən bəzən eyni layihələrə görə təkrar vəsaitin ayrılmasına, dublikat, plagiat layihələrin maliyyələşdirilməsinə səbəb olurdu. Etiraf olunmalıdır ki, ötən 10 illik dövr dövlət büdcəsindən QHT-lərə vəsaitlərin bölüşdürülməsi mexanizminin özünü tam doğrultmadığını nümayiş etdirdi. Bundan sonra QHT-lərə dövlət dəstəyinin yeni mexanizmi işə düşəcək. Belə ki, yuxarıda adları sadalanan dövlət qurumlarının hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək”.
A.Əliyeva onu da bildirib ki, bu, dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaitlərin bir quruma ayrılması anlamına gəlmir: “Dövlət büdcəsindən QHT-lərə vəsaitlər yenə bu 16 dövlət qurumu tərəfindən veriləcək, lakin bütün bu qurumlar QHT-lərlə işi vahid qurumla - QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə sıx koordinasiya edəcək. Dövlət qurumlarının QHT-lər üçün müsabiqələri bundan sonra QHT Agentliyi ilə birlikdə elan etməsi, tərəflərin ekspertizanı kollegial aparması, nəticələri birlikdə ictimaiyyətə elan etməsi nəzərdə tutulur. Birlikdə keçirilmiş müsabiqənin qaliblərinə vəsaitlərin köçürülməsi, onlarla müqavilələrin bağlanması, bu layihələrin monitorinqi və hesabatlarının qəbulu ilə müvafiq dövlət qurumu yenə özü məşğul olacaq. Bütün təfərrüatlar 3 ay müddətdə işə düşəcək yeni qaydalarda əksini tapacaq. 6 ay ərzində isə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi fəaliyyətə başlayacaq”.
O, deyib ki, yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək: “Dövlət başçısının bu yüksək etimadını doğrultmaq üçün Agentlik bundan sonra da əzmlə çalışacaq”.
A.Əliyeva onu da bildirib ki, 2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, 6 ay ərzində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq: “Bütün dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edəcək”.

Azerbaijan’s NGO representatives send open letter to U.S. President Donald Trump 25/12/2025

https://azertag.az/en/xeber/azerbaijans_ngo_representatives_send_open_letter_to_us_president_donald_trump-3938891?fbclid=IwZnRzaAO6SHVleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZAo2NjI4NTY4Mzc5AAEeWgBwxq4hiwrDHruKm9YyjF7G-_SUggX6QGwa97ihGhwwVe-NyOHSCR0S3FY_aem_Dq56JXNjxmhbSi3QYIzn4w

Azerbaijan’s NGO representatives send open letter to U.S. President Donald Trump In response to an appeal by the U.S.-based Lemkin Institute urging the U.S. President to pressure Azerbaijan to release, on the occasion of Christmas, individuals of Armenian origin – including Ruben Vardanyan – accused of war crimes, representatives of Azerbaijani NGOs addressed an open letter ...

24/12/2025

Doğum gününüz mübarək, Cənab Prezident!

12/11/2025

11 noyabr səhər saatlarında Trabzon şəhərindən Azərbaycana getmiş, geri qayıtmaq üçün günorta 13.20-də Gəncədən havaya qalxmış, 27 dəqiqə sonra isə Gürcüstan ərazisində qəzaya uğramış Türkiyə hava qüvvələrinə məxsus C130 karqo təyyarəsində olan 20 nəfərin hamısı həyatını itirmişdir. Türk qardaşlarımızın kədərinə ürəkdən şərik olur, həlak olanların yaxınlarına səbr diləyirik! Allah rəhmət etsin!

07/11/2025
Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Apt. 192, 20 A Salyan Highway Str
Baku
AZ1023