Mərkəzimiz uşaqların, yeniyetmələrin və böyüklərin inkişafını dəstəkləyən pedaqoji, psixoloji və loqopedik xidmətlər təqdim edir. Missiyamız — cəmiyyətin bütün üzvləri üçün əlçatan və keyfiyyətli inkişaf imkanları yaratmaq, hər bir şəxsin intellektual, emosional və sosial potensialını üzə çıxarmaqdır. SabahGrow-un komandası psixoloq, loqoped, pedaqoq, erqoterapevt, müalicəvi bədən tərbiyəsi üzrə m
ütəxəssislər və uşaq inkişafı sahəsində ixtisaslaşmış peşəkar kadrlardan ibarətdir. Təcrübəli heyətimiz elmi əsaslı yanaşmalar tətbiq edərək hər bir müraciət edən şəxs üçün fərdi inkişaf və tədris proqramı hazırlayır. Prosesə valideynlərin və yaxın mühitin cəlb olunması təmin edilir və məsuliyyət ailə ilə mütəxəssislər arasında bərabər şəkildə bölüşdürülür. Mərkəzimizdə təqdim olunan xidmətlərə fərdi və qrup məşğələləri, nitq və danışıq terapiyası, disleksiya və öyrənmə çətinlikləri üzrə dəstək, sensor inteqrasiya və erqoterapiya, müalicəvi bədən tərbiyəsi, autizm və inkişaf geriliyinə uyğun fərdi proqramlar, həmçinin rəqs, gimnastika, şahmat da daxildir. Böyüklər üçün isə fərdi psixoloji dəstək, stress və təşvişlə mübarizə, ailə və evlilik məsləhətləri, emosional rifahın gücləndirilməsi istiqamətində xidmətlər göstərilir. Proqram akademik dəstəklə yanaşı, rəsm, rəqs, gimnastika, şahmat kimi yaradıcı və fiziki inkişafı dəstəkləyən fəaliyyətlər təqdim edir. SabahGrow, həmçinin yerli və beynəlxalq təcrübəyə əsaslanan təlim və seminarlar vasitəsilə mütəxəssislərin peşəkar inkişafını dəstəkləyir. Bu fəaliyyətlər təhsilin keyfiyyətini artırmağa, mütəxəssislərin bacarıqlarını gücləndirməyə və ölkədə mütərəqqi yanaşmaların yayılmasına xidmət edir.