23/06/2026
Məktəbimizdə dərsdənkənar asudə vaxtın təşkili uğurla davam edir!
Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi və praktiki bacarıqlara yiyələnməsi təhsil ocağımızın qarşısında duran əsas hədəflərdəndir.
Bu məqsədlə 2ç sinif şagirdləri sinif rəhbəri Laşinina Vera müəlliminin təşkilatçılığı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya etmişlər. Ekskursiya zamanı şagirdlər milli-mədəni irsimizlə yaxından tanış olmuş, qədim yaşayış tərzi, adət-ənənələr və arxeoloji tapıntılar haqqında maraqlı məlumatlar əldə etmişlər.
Şagirdlərin böyük marağına səbəb olan bu ekskursiya onların biliklərinin zənginləşməsinə və dünyagörüşlərinin formalaşmasına mühüm töhfə vermişdir.
23/06/2026
Məktəbimizdə 1-ci sinif şagirdlərinin ibtidai təhsilin ilk mərhələsini uğurla başa vurması münasibətilə rəngarəng və maraqlı tədbir təşkil olunmuşdur.
Sinif rəhbəri Mustafazadə Nigar müəlliminin təşkilatçılığı ilə keçirilən tədbirdə 1ç sinif şagirdləri öz bacarıq və istedadlarını nümayiş etdirərək, hazırladıqları çıxışlar, səhnəciklər və musiqi nömrələri ilə hər kəsə xoş anlar yaşatmışlar.
Onların sevinc dolu çıxışları valideynlər və müəllimlər tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.
11/06/2026
Məktəbimizdə Rəqəmsal Böyük Summativ Qiymətləndirmə davam edir.
09/06/2026
Məktəbimizdə ingilis dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə davam edir.
09/06/2026
Bu gün 8c sinfində rus dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə keçirildi.
09/06/2026
5ç sinfində ingilis dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə keçirildi.
08/06/2026
Məktəbimizdə dərsdənkənar asudə vaxtın təşkili uğurla davam edir!
Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün formalaşması və praktiki bacarıqlara yiyələnməsi təhsil ocağımızın qarşısında duran mühüm hədəflərdəndir.
Məktəbimizin 1A sinif şagirdləri, sinif rəhbəri Azadəliyeva Fatimənin təşkilatçılığı ilə dərsdənkənar vaxtlarını olduqca faydalı və rəngarəng keçiriblər.
Xüsusi hazırlanan proqram çərçivəsində bir çox maraqlı fəaliyyətlər icra olunub:
🔹 Komanda oyunları: Şagirdlərimiz idman meydançasında həm fiziki aktivlik nümayiş etdirib, həm də komandada işləmək bacarıqlarını gücləndiriblər.
🔹 Ekoloji tərbiyə: Hər bir şagird fərdi olaraq dibçəklərdə bitki əkərək təbiətə qayğı və məsuliyyət hissini öyrənib.
🔹 Canlı aləmlə tanışlıq: Canlılar guşəsini ziyarət edən uşaqlar heyvanları yaxından müşahidə etmək və onlara qulluq qaydaları ilə tanış olmaq imkanı qazanıblar.
Şagirdlərimizin həm əylənərək öyrənməsi, həm də sosiallaşması üçün bu cür şəraiti yaradan və prosesi yüksək səviyyədə təşkil edən Fatimə müəllimə məktəb rəhbərliyi adından təşəkkürümüzü bildiririk!
✨ Təhsil və əyləncənin vəhdəti uğurumuzun rəhnidir!