15/10/2025
Qaydalara hörmət, təhlükəsizliyə zəmanət!
Məktəbdə Nəsimi RPİ əməkdaşları və Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisi tərəfindən IX-XI sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparıldı və çantalar yoxlanıldı.
Söhbət zamanı şagirdlərə məktəbdaxili intizam qaydalarına əməl etməyin vacibliyi, şəxsi və ictimai təhlükəsizlik, habelə qanunlara hörmət prinsipi barədə məlumatlar verildi.
Polis əməkdaşları şagirdləri məsuliyyətli davranmağa və təhlükəli hallarda doğru seçim etməyə çağırdı.
Bu cür profilaktik tədbirlər təhlükəsiz və şüurlu məktəb mühitinin formalaşmasına mühüm töhfə verir.