Kimya-Biologiya Təmayüllü Respublika Liseyi

Kimya-Biologiya Təmayüllü Respublika Liseyi "Kimya və biologiya təmayüllü respublika liseyi" Kimya-Biologiya Təmayüllü Respublika Liseyi

🧬 KİMYA MÜƏLLİMLƏRİ ÜÇÜN YAY KAMPI – 2026📢 Kimya və biologiya təmayüllü respublika liseyinin təşkilatçılığı və Fibonaççi...
21/07/2026

🧬 KİMYA MÜƏLLİMLƏRİ ÜÇÜN YAY KAMPI – 2026

📢 Kimya və biologiya təmayüllü respublika liseyinin təşkilatçılığı və Fibonaççi İntellektual Oyunlarının dəstəyi ilə ölkənin kimya müəllimləri üçün "Kimya Müəllimlərinin Yay Kampı – 2026" təşkil olunur.

📅 Tarix: 5–6 avqust 2026

📍 Məkan: Şamaxı rayonu, Pirqulu, "Cənnət Bağı" İstirahət Mərkəzi

Kampın əsas məqsədi kimya müəllimlərini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, peşəkar əməkdaşlığı gücləndirmək, yeni ideyalar paylaşmaq və uzunmüddətli əməkdaşlıq şəbəkəsi formalaşdırmaqdır.

🚌 Kamp proqramı

📅 5 avqust

▫️ Bakıdan yola düşmə
▫️ Günorta yeməyi
▫️ Açılış mərasimi
▫️ Proqram sessiyaları
▫️ Fibonaççi intellektual oyunu
▫️ Gecələmə

📅 6 avqust

▫️ Səhər yeməyi
▫️ Proqram sessiyaları
▫️ Yekun müzakirələr
▫️ Günorta yeməyi
▫️ Bakıya qayıdış

💳 İştirak: Ödənişlidir

🌿 Elm bizi birləşdirir, inkişaf isə daha da gücləndirir.

📌 Qeydiyyat üçün:

🔗 https://forms.office.com/r/xvF3vYA8jw

Əlaqə nömrəsi (yalnız votsap):
055 633 81 00

📍 Liseyimizin 2025–2026-cı tədris ili üzrə 7-ci siniflərinə yeni qəbul olunmuş şagirdlər xüsusi diqqət və davamlı tədqiq...
07/07/2026

📍 Liseyimizin 2025–2026-cı tədris ili üzrə 7-ci siniflərinə yeni qəbul olunmuş şagirdlər xüsusi diqqət və davamlı tədqiqat tələb edən siniflərdir.

📊 Bu siniflərdə tədrisin keyfiyyəti və təlim nəticələri ilə bağlı hazırlanmış maraqlı statistik göstəriciləri diqqətinizə təqdim edirik.

Liseyimizin sinif rəhbərlərinin 2025–2026-cı tədris ili ərzində siniflərlə həyata keçirdiyi   və   fəaliyyətlərin infoqr...
06/07/2026

Liseyimizin sinif rəhbərlərinin 2025–2026-cı tədris ili ərzində siniflərlə həyata keçirdiyi və fəaliyyətlərin infoqrafik təsviri.

📍 26.06.2026 tarixində liseyimizin RFO, RFM, buraxılış imtahanı, şahmat turniri və "Əlaçı" yarışmasında yüksək nəticə gö...
04/07/2026

📍 26.06.2026 tarixində liseyimizin RFO, RFM, buraxılış imtahanı, şahmat turniri və "Əlaçı" yarışmasında yüksək nəticə göstərən şagirdləri üçün İsmayıllı rayonuna gəzinti təşkil olundu.

🔷 Şagirdlərimizə gələcəkdə daha da bol uğurlar arzulayırıq.

📍 30.06.2026 tarixində Kimya və biologiya təmayüllü respublika liseyində Pedaqoji Şuranın növbəti iclası keçirildi.✅ İcl...
03/07/2026

📍 30.06.2026 tarixində Kimya və biologiya təmayüllü respublika liseyində Pedaqoji Şuranın növbəti iclası keçirildi.

✅ İclasın gündəliyində duran məsələlər ətraflı müzakirə olundu, tədris ilinin yekunları təhlil edildi və qarşıdakı dövr üçün əsas hədəflər müəyyənləşdirildi.

✅ 2025–2026-cı tədris ilində səmərəli fəaliyyəti ilə fərqlənən liseyin müəllimləri təltif olundular.

👏 Tədris ili ərzində göstərdikləri yüksək peşəkarlığa, fədakar əməyə və liseyimizin uğurlarına verdikləri töhfəyə görə bütün kollektivimizə dərin təşəkkürümüzü bildiririk.

🔷 Olimpiadaçılarımıza göstərilən diqqət və qayğıya görə cənab nazir Emin Əmrullayevə dərin təşəkkürümüzü bildiririk.✅ Qe...
25/06/2026

🔷 Olimpiadaçılarımıza göstərilən diqqət və qayğıya görə cənab nazir Emin Əmrullayevə dərin təşəkkürümüzü bildiririk.

✅ Qeyd edək ki, liseyimizin iki şagirdi Respublika Fənn Olimpiadalarında kimya fənni üzrə ölkə birincisi olmuşdur:

• Cavad Xəlilzadə — YYQ üzrə I yer
• Emin Mustafazadə — AYQ üzrə I yer

👏 Bu nailiyyət münasibətilə şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. 🎉

14/06/2026

🔔 🥹 Kameraya son dəfə baxarkən anlayırıq ki, xudahafizləşdiyimiz yer sadəcə məktəb deyil, həyatımızın ən gözəl xatirələridir...

🔔🎊😊Bir dövrün sonu, böyük   başlanğıcı...👏 Liseyimizdə   tədbiri keçirildi. Bu il 3   sinfimizin 56 nəfər şagirdi yeni a...
14/06/2026

🔔🎊😊Bir dövrün sonu, böyük başlanğıcı...

👏 Liseyimizdə tədbiri keçirildi. Bu il 3 sinfimizin 56 nəfər şagirdi yeni arzulara, yeni hədəflərə doğru yola salındı.

✅ Son zəng, əslində, məsuliyyət zəngidir. İllər boyu cavablandırdığınız suallardan sonra artıq həyat sizə öz suallarını verəcək. Arzu edirik ki, yalnız uğurlu deyil, həm də cəmiyyətə dəyər qatan, qoyan, və insanlar olasınız.

🌟 Yolunuz açıq, gələcəyiniz parlaq olsun, əziz məzunlar!

👏🏆🏅 Respublika Fənn Olimpiadalarının təbiət və texniki fənlər üzrə qaliblərinin mükafatlandırılma mərasimi   və  -da keç...
11/06/2026

👏🏆🏅 Respublika Fənn Olimpiadalarının təbiət və texniki fənlər üzrə qaliblərinin mükafatlandırılma mərasimi və -da keçirilmişdir.

🏛️ Liseyimizin 2️⃣5️⃣ şagirdi təltif olunmuşdur:

🔹 18 nəfər — Kimya
🔹 5 nəfər — Biologiya
🔹 2 nəfər — İnformatika

👏 Şagirdlərimizi qazandıqları uğurlar münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq.

📚 Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə liseyimizin şagirdləri şairin ölməz əsəri...
11/06/2026

📚 Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə liseyimizin şagirdləri şairin ölməz əsəri olan “Vaqif” dramından səhnə təqdim etmişlər.

🎭 Tədbirdə lisey rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etmiş, təqdimat izləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.

👏 Şagirdlərimizi və tədbirin təşkilində əməyi olan hər kəsi təbrik edir, uğurlar arzulayırıq.

📖 Tədbir milli ədəbi irsimizin təbliği və gənc nəslin mənəvi-estetik tərbiyəsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Address

Bakı şəh. Nizami Ray. Şirin Mirzəyəv 53
Baku
AZ1060

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+994123237795

Alerts

Be the first to know and let us send you an email when Kimya-Biologiya Təmayüllü Respublika Liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kimya-Biologiya Təmayüllü Respublika Liseyi:

Shortcuts

Share

Category