Qərbi Kaspi Universiteti/ Western Caspian University

Qərbi Kaspi Universiteti/ Western Caspian University

Share

The official page of Western Caspian University UI GreenMetric World University Rankings - 2022: təhsilin keyfiyyətinə görə Avropa üzrə 170-ci yer.

Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti) Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən rəsmi qeydiyyatdan keçmiş özəl universitetdir. 1991-ci ildə təsis olunmuş universitet Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmişdir.

Ən nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri "Times Higher Education"ın 2021 və 2022-ci illərdə dünya universitetlərinin B

Photos from Qərbi Kaspi Universiteti/ Western Caspian University's post 29/05/2026

🔹Qərbi Kaspi Universitetində keçirilən “İmperiyaların təsiri: Qafqazda və ətraf bölgələrdə xalqların, ərazilərin və hökmranlığın təmsili” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində əcnəbi qonaqlar Azərbaycanın müxtəlif bölgələrinə səfər ediblər.

🔹Səfər zamanı Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi və “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət ediblər.

🔹Qonaqlara Azərbaycanın zəngin tarixi, mədəni irsi və təbii landşaftı haqqında ətraflı məlumat verilib.

28/05/2026

🇦🇿28 May - Azərbaycanın Müstəqillik Günü

24/05/2026

📢Qərbi Kaspi Universiteti Beynəlxalq Elmi Konfrans

Mövzu: İmperiyaların təsiri: Qafqazda və ətraf bölgələrdə xalqların, ərazilərin və hökmranlığın təmsili

☑️ Tarix: 26 may 2026
🕙 Saat: 10:00
📍 Məkan: Qərbi Kaspi Universiteti, A korpusu, 501 nömrəli akt zalı

***

WESTERN CASPIAN UNIVERSITY
International Scientific Conference

Translating Empires: Representing People, Places, and Power in and around the Caucasus

26 May 2026
10:00 AM
Western Caspian University, Building A, Assembly Hall 501

22/05/2026

🔹Qərbi Kaspi Universitetinin Psixologiya Məktəbinin tələbələri Autizm Mərkəzində olublar.

🔹Səfər Defektologiya fənni çərçivəsində “Mürəkkəb qüsurlu uşaqların ümumi xarakteristikası” mövzusu üzrə praktiki biliklərini möhkəmləndirmək məqsədilə həyata keçirilib.

🔹Tələbələr müəssisənin fəaliyyəti, terapiya növləri və uşaqlarla iş prinsipləri ilə yaxından tanış olub, mütəxəssislərin iş prosesini əyani şəkildə müşahidə ediblər.

🔹Eyni zamanda simulyasiya, musiqi terapiyası və məişət bacarıqlarının inkişaf etdirildiyi otaqlarla tanışlıq tələbələrdə böyük maraq yaradıb.

🔹Praktiki məşğələ zamanı tələbələr pasiyentlərlə canlı ünsiyyət quraraq onların inkişaf prosesini izləmək imkanı əldə ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.

Photos from Qərbi Kaspi Universiteti/ Western Caspian University's post 21/05/2026

🔹Qərbi Kaspi Universitetinin tələbələri Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”)  və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (“InterFood Azerbaijan” ) startaplarla ilə iştirtak ediblər.

🔹Universitetin Biologiya ixtisasının IV kurs tələbəsi Süleyman Hacızadə “AquaMIND AI”, Su bioehtiyatları və akvakultura ixtisasının III kurs tələbəsi Nəzrin Vəliyeva isə “InfuNex AI” startaplarını təqdim ediblər.

🔹Süni intellektin tətbiqi ilə akvaponik sistemlərin idarəolunması və balıqçılıq təsərrüfütlar üçün canlı yem istehsalında süni intellektin tətbiqi aid olan layihələr sərgi rəsmi şəxlərin, fermerlərin, biznes nümayəndələrinin və invesorların böyük marağına səbəb olub.

Photos from Qərbi Kaspi Universiteti/ Western Caspian University's post 20/05/2026

🔹Qərbi Kaspi Universitetində “Beyin, stres və koqnitiv proseslər” mövzusunda elmi seminar keçirilib.

🔹QKU-nun “Science group” tələbə elmi tədqiqat qrupu tərəfindən təşkil olunan seminarda stres, emosional gərginlik və koqnitiv proseslərin psixofizioloji mexanizmləri ilə bağlı araşdırmalar təqdim edilib.

🔹Tələbələrin imtahan stresi, koqnitiv yüklənmə və orqanizmin adaptasiya funksiyalarına dair aparılan tədqiqatların nəticələri müzakirə olunub.

🔹Bildirilib ki, əldə olunan elmi nəticələr müxtəlif beynəlxalq jurnallarda dərc olunub və konfranslarda nümayiş edilib.

🔹Sonda fərqlənən tələbələrə diplom və sertifikatlar təqdim olunub.

Photos from Qərbi Kaspi Universiteti/ Western Caspian University's post 20/05/2026

🇦🇿🌐Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

🔹Məqsəd xarici tələbələrin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarını təmin etməkdir.

🔹Səfər çərçivəsində tələbələr muzeydə qorunan eksponatlar, milli incəsənət nümunələri və tarixi əsərlər barədə ətraflı məlumat əldə ediblər. Onlara Azərbaycan xalqının çoxəsrlik mədəni dəyərləri, incəsənət ənənələri və milli irsi haqqında məlumat verilib.

❗️Səfər universitetin Azərbaycan dili Hazırlıq kursu tərədindən həyata keçirilib.

Photos from Qərbi Kaspi Universiteti/ Western Caspian University's post 19/05/2026

🔹Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər Məktəbinin tələbələrinin iştirakı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş debat keçirilib.

🔹Debatda şəhərlərin davamlı və təhlükəsiz inkişafı, urbanizasiya nəticəsində yaranan problemlər, eləcə də iqlim dəyişikliyi və nəqliyyat sahəsində mövcud çağırışlar ətrafında geniş müzakirələr aparılıb, müxtəlif həll yolları irəli sürülüb.

🔹Tələbələr müzakirələr zamanı urbanizasiya proseslərinin sosial və siyasi təsirləri ilə bağlı fikirlərini bölüşərək mövzu ətrafında fəal iştirak ediblər.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


İstiqlaliyyət 27
Baku
AZ1001

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00