14 nömrəli tam orta məktəb

14 nömrəli tam orta məktəb 14 №-li tam orta məktəb 1969-cu ildən fəaliyyətə başlmışdır. Təlim dili ilk əvvəl rus

05/10/2021
10/10/2018

14 №-li tam orta məktəb 1969-cu ildən fəaliyyətə başlmışdır. Təlim dili ilk əvvəl rus

06/10/2017
01/10/2017
21/02/2017

Ana dili tədbirdən

“Ana dilim, şirin dilim” adlı tədbir keçirildi.Bu gün 21Fevral Beynəlxalq Ana Dili Günüdür.Bu münasibətlə Nazilə Həsənov...
21/02/2017

“Ana dilim, şirin dilim” adlı tədbir keçirildi.
Bu gün 21Fevral Beynəlxalq Ana Dili Günüdür.Bu münasibətlə Nazilə Həsənovanın rəhbərlik etdiyi 4a sinfi “Ana dilim, şirin dilim”adlı tədbir hazırlamışdı.Tədbirdə şagirdlər dilimizin zənginliyindən, əsrlər boyu yadellilərin-farsların, rusların əsarətində qaldığı dövrdə çəkdiyi zülmdən söhbət açdılar.Dilimizə aid şeirlər söylədilər, mahnılar oxudular.Böyük şairimiz Səməd Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın görüşünü səhnələşdirdilər.Bundan əlavə tədbirdə 4b,c,ç sinif şagirdləri arasında ana dilimizə həsr olunmuş şeir müsabiqəsi keçirildi.Qalib gələn şagirdlər 1,2,3-cü yerlərlə mükafatlandırıldılar. Tədbirin sonunda məktəbin direktoru Hürzad Verdizadə həm Ana Dili Gününün mahiyyətindən danışdı, həm də qalib gələn şagirdlərə diplomlar təqdim etdi.

Siniflərarası məntiqi- intellektual yarış keçirildi.Nəsimi rayonu 14 № li tam orta məktəbdə psixoloq Lalə Ələkbərovanın ...
20/02/2017

Siniflərarası məntiqi- intellektual yarış keçirildi.
Nəsimi rayonu 14 № li tam orta məktəbdə psixoloq Lalə Ələkbərovanın rəhbərliyi ilə 10.02.2017-ci il tarixdə 4a,b,c,16.02.2017-ci il tarixdə isə 7a,b,c sinif şagirdləri arasında məntiqi- intellektual yarış keçirildi.
Yarışın keçirilməsində məqsəd istedadlı şagirdləri üzə çıxarmaq və onların məntiqi təfəkkürünü inkişaf etdirmək idi.Şagirdlər Azərbaycan dili, Azərbaycan tarixi, kimya, fizika, riyaziyyat, coğrafiya,biologiya və s.fənlərə və müxtəlif sahələrə aid suallara cavab verdilər.
Yarışda 4a və 7b sinif şagirdləri qalib gələrək “Fərqlənmə”diplomuna layiq görüldülər.

09/02/2017
Uşaq hüquqları haqqında “Dəyirmi masa” təşkil olundu.8a sinfinin şagirdləri sinif rəhbəri Pəri Hüseynovanın rəhbərliyi i...
09/02/2017

Uşaq hüquqları haqqında “Dəyirmi masa” təşkil olundu.
8a sinfinin şagirdləri sinif rəhbəri Pəri Hüseynovanın rəhbərliyi ilə “Dəyirmi masa” keçirtdilər.Girişi Pəri müəllimə öz sözləri ilə açaraq uşaqların cəmiyyətin gələcəyi olduğunu və bu gələcəyi qorumaq üçün Uşaq Hüquqları Konvensiyasının qəbul edildiyini nəzərə çatdırdı.
Daha sonra şagirdlərdən Fatimə Ağayevə və Nərgiz Nəcəfova çıxış etdilər.Onlar öz çıxışlarında hüquqların bizə hava,su, qida kimi lazımlı olmasını,bizi hər yerdə müşayiət etməsini söylədilər. Dilbər Talıblı “Bərabərlik hüququ” , Şahin Mürsəlov “Yaşamaq hüququ”, Ayxan İsmayılzadə “Valideynlərlə yaşamaq hüququ”, Zərifə Həbibova “Rəyi ifadə etmək azadlığı”, Kamran Əsədullayev “Fikir, vicdan, din azadlığı”, Fidan Qiyaslı “Analar anası torpağımızdır”,Həcər Həmzəyeva “Şəxsi toxunulmazlıq hüququ” mövzusunda çıxışlar edərək bu konvensiyada nəzərdə tutulan hüquqların fikrindən, dinindən, dilindən asılı olmayaraq, bütün uşaqlara şamil olmasını bir daha vurğuladılar.

Address

Alı Mustafayev 21
Baku

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when 14 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 14 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category