Müharibə

Müharibə

Share

Müharibə Olduğu Kimi

27/06/2015

İyunun 26-da Ermənistanın Naxçıvanla sərhədində saat 18:30 radələrində erməni hərbçisi, müqavilə əsasında xidmət edən 1987-ci il təvəllüdlü Arman Maisoviç Yepremyan həlak olub.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Facebook-da şəxsi səhifəsində erməni Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan yazıb.

Erməni tərəfi iddia edir ki, Yepremyan Azərbaycan tərəfdən açılan atəş nəticəsində məhv edilib.

27/06/2015

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Qızıloba, Çaylı, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Kəngərli, Şıxlar, Mərzili, Təzəkənd, Yusifcanlı, Qiyaməddinli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Alxanlı kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

24/04/2015

24 aprel 2015 il
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Şirvanlı, Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

23/04/2015

23 aprel 2015 il
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulu

21/04/2015

Aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib. Qısa müddətli döyüşdə Silahlı Qüvvələrimizin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbiçisi məhv edilib, 10 nəfərədək yaralısı var.
Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaqdır.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

21/04/2015

21 aprel 2015 il
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

20/04/2015

20 aprel 2015 il
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub

Photos 19/04/2015

Omrunun 35 Ilini Rusiyaya Qarsi Cihada Hesr Etmis,Hec kim ve Hec Bir Dovletden Maddi Yardim Almayaraq Boyuk Rus Ordusuna Qarsi Vurusmus Imam Samil

18/04/2015

SƏHİFƏDƏ SÖYÜŞ,QARABAĞ QAZİLƏRİNƏ HÖRMƏTSİZLİK QƏTİYYƏN OLMAZ.QADAĞANDIR.

Photos 18/04/2015

Hakob Hakobyan 1951–ci ildə İraqın şimalındakı Mosul şəhərində anadan olmuşdur. Gənc yaşlarında Livana köçmüş və burada "Fələstin azadlıq cəbhəsi"nin sıralarına qatılmışdır. Bəzi erməni fəallarının təhriki və "Fələstin azadlıq cəbhəsi"nin yaxından iştirakı ilə Hakobyan ASALA terror təşkilatını qurur və onun başçısı olur. Lakin Hakobyanın təşkilatın idarəsində tətbiq etdiyi sərt metodlar təşkilat üzvlərinin bir hissəsinin narazılığına səbəb olur və bu narazılıq 1983-cü ildə təşkilatın parçalanması ilə nəticələnir. Fransa polisi Hakobyanı Orli hava limanındakı partlayışda və ASALA-nın digər aksiyalarında günahkar bilərək beynəlxalq axtarışa verir. Lakin Hakobyanı ələ keçirə bilmir.

ASALA-dan qopmuş terrorçular digər terrorçu Monte Melkonyanın ətrafında cəmləşir. Bu zaman Hakobyanla Melkonyan arasında münaqişə başlayır, onlar bir-birlərinin adamlarını öldürtdürürlər. Bəzi məlumatlara görə, Hakobyan 1972 ci ildə Münhen Olimpiya oyunları zamanı, israilli idmaçılara qarşı keçirilmiş terror aksiyasının təşkilində iştrak etmişdir.

Hakobyan 28 aprel 1988-ci ildə Afinada küçədə taksi gözləyərkən qətlə yetirilmişdir. Yunan polisinin verdiyi məlumata görə gətli küçədə park olunmuş maşından çıxan iki nəfər maskalı şəxs törədib. Onlardan biri Hakobyana bir neçə dəfə atəş açmış və o yerindəcə keçinmişdir. Hakobyanın üzərində Yəmən Xalq Demokratik Respublikasının vətəndaşı Əbdül Məhəmməd Qassimin adına verilmiş diplomatik pasport aşkar edilmişdi. O ömrünün son illərini Yunanıstanda Henri Tisian adı altında keçirmişdi. Xaricə səfərləri zamanı isə Yəmən pasportundan istifadə edirdi.

Hakobyanın qətlində Türkiyə xususi xidmət orqanları və ASALA-nın qopmuş qanadından olan terrorçular şübhəli bilinir. Monte Melkonyanın qardaşı Markar Melkonyan hesab edir ki, Hakobyanı onun keçmiş əlaltıları qətlə yetiriblər.

Digər versiyaya görə Hakobyanı "Boz qurd" təşkilatının üzvləri qətlə yetirib. Qətldən sonra Hakobyanın meyiti İraqa aparılaraq, doğulduğu Mosul şəhərində dəfn olunmuşdur. Hakob Hakobyanın əsl adı barədə bir neçə versiya mövcuddur. ASALA-nın verdiyi məlumata görə terrorçunun əsl adı Harutyun Takoşyandır, Fransa polisi isə terrorçunun əsl adının Bedros Hovanisyan olduğunu iddia edir.


Photos 18/04/2015

ÇEÇENLƏRİN ƏSFANƏVİ SƏHRA KOMANDİRİ ŞAMİL BASAYEV VƏ ONUN DƏSTƏSİ QARABAĞ MÜHARİBƏSİNDƏ İŞTİRAK ETMİŞ TƏRTƏRİN QIZIL OBA VƏ AĞDAM UĞRUNDA GEDƏN DÖYÜŞLƏRDƏ VURUŞMUŞDUR(1994)

Photos 18/04/2015

MÜHARİBƏ SOYUQ SƏNGƏRLƏRDƏ YOX İSTİ KRESLOLARDA İTİRİB
Fotoda Ağdərə .Əyləşənlər-Nadirov Arif(sağdan ikinci, Ağdərə döyüşlərində həlak olub)
Mənbə-Albert Aqarunov

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Baku