MS Pro Language School Bakı şəhərində peşəkar İngilis, Rus və Fransız dili kurslarını tədris edən mərkəzdir. Ümumi ingilis və fransız dili kursları yerli və əcnəbi mütəxəssislər tərəfindən aparılır və nəticəyə zəmanət verilir. MS Pro Language Schooli xaricdə təhsil almaq istəyənlərə yüksək səviyyədə təşkil edilmiş, TOEFL, İELTS və TCF hazırlıq kurslarını təklif edir. Biz, həmçinin, öz peşəkarlığ
ını artırmaq istəyən ingilis dili müəllimlərinə TEFL və TESOL beynəlxalq müəllimlik sertifikatlarını almaq imkanı yaradırıq. Biz tələbə və gənclərə xüsusi qiymətləri yarandığımız gündən təklif edirik. Tələbə bileti və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə 25 yaşadək gənclər 20% endirim qazanırlar. MS PRO Language Schooli ingilis və fransız dilini xaricdə öyrənmək istəyən dinləyicilər üçün xaricdə dil kurslarına qeydiyyat xidmətlərini də təklif edir. Bizim 10-a yaxın partnyor şirkəti şəbəkəsi dinləyicilərimizi Fransa, Almaniya, Avstraliya, İngiltərə, Malta, ABŞ kimi ölkələrdə dil kurslarına yerləşdirmək imkanı verir.