Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2№ li xüsusi internat məktəbi haqqında qısa məlumat
İnternat məktəbi 1962-ci ildən fəaliyyətə başlamışdır. O, zaman məktəbin adı Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi ümumtəhsil Respublika internat məktəbi adlanırdı. Hal hazırda isə məktəbin adı dəyişilərək Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2№ li xüsusi internat məktəbi adlanır. Məktəbdə təhsil alan şagirdlər eşitmə və nitq problemli olan uşaqlardır. Şagirdlərin qəbulu Respublika tibbi-pedaqoji komissiyasının rəyi əsasında həyata keçirilir. Məktəbdə təhsil iki şöbəlidir. I şöbədə eşitmə problemi yüngül formada olan şagirdlər, П şöbədə isə eşitmə problemi ağır formada olan şagirdlər təhsil alırlar. Hər 2 şöbənin şagirdlərinə ümumtəhsil məktəblərin 9 illik təhsil haqqında şəhadətnamə verilir. I bölmə 10 illik, II bölmə XIl illik təhsildir. Məktəbimiz xüsusi olduqu üçün bütün fənlərdən başqa,əlavə “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş” həmcinin “Mimika və daktioloji iş” individual və fərdi şəkildə müəllim loqoped tərəfindən aparılır. Heydər Əliyev Fondu tərəfindən məktəbdə yeni tədris binası tikilib. Məktəb müasir dizayna malik bütün tələblərə cavab verən formada inşa edilmişdir. Bütün lazımı olan inventarlarla təmin olunmuşdur. Bundan əlavə biologiya, kimya, fizika laboratoriyaları, defektojı kabinetlər, idman zalı, trenajor zalı, ritmika otağı tikilmiş və tam təchiz edilmişdir Şagirdlərin asudə vaxtları üçün açıq idman meydançası, söhbətkeşlər inşa edilib. Şagirdlərin peşəyönümlü təlimi üçün emalatxanalar (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) tikilib və tam təchiz edilib.