Mahammad Emin

Mahammad Emin

Share

IELTS təlimçisi, TIME ACADEMY dil mərkəzinin qurucu direktoru

IELTS Trainer | English Teacher
IELTS 8.5 | Writing 8.0
Cambridge CELTA Pass B
10+ years' experience
Founder of TIME ACADEMY

IG: mahammad.emin
Telegram: https://t.me/mahammad_emin

08/03/2026

Dəyərli xanımlar, bayramınız mübarək! 💐

Qadınlar və kişilər arasındakı münasibətlərin gərgin olduğu bu dövrdə gəlin biri-birimizin fərqliliklərini qəbul edib hörmətlə, mümkünsə sevgiylə yanaşaq.

Bizi qütbləşdirən aqressiv fikirlərin güclənib yayılmasına imkan verməyək.

Bir-birimizi rəqib kimi yox, tamamlayan tərəf kimi görsək, həm münasibətlərimiz, həm də cəmiyyətimiz daha sağlam olar.

Gözəlliyiniz, gücünüz və zərifliyinizlə yaxşı ki, varsınız.

Photos from Mahammad Emin's post 06/03/2026
28/02/2026

Sosial bacarıqları yaxşı olan menecer olsun, yumoru yaxşı olan komediyaçı olsun, oyuncaqları söküb-yığan mühəndis olsun, xidmət etməyi sevən xidmət sahəsinə yönəlsin.

Fərdlərdə hansısa istedadı və təbii bacarıqları üzə çıxarmaq və onları müvafiq sahələrə yönəltmək valideynlərin və təhsil sisteminin əsas məqsədlərindən biri olmalıdır.

Onlardan öyrəşdiyimiz 3-5 sahədə eyni performansı gözləmək həm şəxslər, həm də cəmiyyət üçün böyük itkidir.

Valideynlərin istəyinə və ya dövlət imtahanında yığılan bala əsasən peşə seçmək fərdlərin özünü məmnuniyyətsiz həyatla, cəmiyyəti isə məmnuniyyətsiz və səriştəsiz işçi qüvvəsi ilə cəzalandırır.

19/02/2026

Rəsmi olaraq lüğətimizdə olmasa da, "viral olmaq" deyə bir ifadə eşidirik.

İngiliscəsi "to go viral" olan bu birləşmə internet və sosial media aləmində hər hansısa məzmunun sürətlə paylaşılması və böyük kütlələrə çatmasını ifadə etmək üçün istifadə edilir.

Buradakı "viral" sözü "virus" sözündən gəlir. Viruslar da insandan insana tez keçib yayıldığı üçün belə bir maraqlı ifadə yaranıb.

13/02/2026

Bizə IELTS üçün müraciət edən tələbələrin təxminən yarısı instaqram səhifəmizdəki yüksək nəticələri əsas səbəb kimi göstərir.

Baxmayaraq ki, bu bizə sərf edir, düşünürəm ki, yüksək nəticələr kurs seçimində əsas kriteriya olmamalıdır.

Bizlə 8.0 yığan tələbə bəlkə başqa kursda hazırlaşsa, 8.5 alacaqdı?

Bir dəfə 4 nəfərdən ibarət pre-intermediate qrup götürmüşdüm, 5.5 lazım idi. Sonda 4-ü də 5.5 topladı. Mənim onillik təcrübəmdə bəlkə də ən uğurlu qrupum o idi, amma instaqramda bu heç də uğur kimi görsənməyəcəkdi.

Tələbələr arasında nəticələrin əsas kriteriya olması həm də müəllim və kursları ancaq güclü tələbə götürməyə motivasiya edir. Bu da daha aşağı dil səviyyəsində olan tələbələrin diqqətdən kənarda qalması deməkdir.

Bəs nəyə əsasən seçim edək?

Mən hazırda IELTS kursu axtarsaydım, aşağıdakı göstəricilərə baxardım:

• Mənə dərs deyəcək müəllimin müəllimlik kvalifikasiyaları
• Mənə dərs deyəcək müəllimin IELTS nəticəsi
• Tələbələrin rəyləri
• Verilən vədlərin reallığı, dürüstlük
• Peşəkar fərdi feedback

Bəs siz ən çox nəyə diqqət edirsiniz?

10/02/2026

IELTS dərsləri təklif edən müəllim və kursların istifadə etdiyi bu reklam, təəssüf ki, göründüyü qədər məsum deyil. Çünki namizədin nəticəsinə təsir edən faktorların heç də hamısı xidməti təklif edən fərddən və ya qurumdan asılı deyil. Bu baxımdan bu faktorları aşağıdakı kimi qruplaşdırsaq, düşünürəm ki, daha aydın olar:

Xidmət göstərəndən asılı olan faktorlar:

proqramın keyfiyyəti
dərslərin keyfiyyəti
motivasiya
performansın yoxlanması
düzgün və qurucu (konstruktiv) “feedback”
tələbkarlıq
və s.
Namizədin özündən asılı olan faktorlar:

cari dil səviyyəsi
dünyagörüşü
nizam-intizam
məsuliyyət
imtahan stressi ilə bacarmaq
imtahan qaydalarına əməl etmək
və s.
Xarici faktorlar:

imtahanın çətinlik dərəcəsi
düşən mövzuların namizədə rahatlığı və ya narahatlığı
“Speaking” və “Writing” bölmələrində insan (“examiner”) faktoru
hava durumu
və s.
Göründüyü kimi, nəticənin müəllimdən və ya kursdan asılılığı təqribən 30-40%-dir. Buna görə də, namizədə belə bir sözün verilməsi ən azından qeyri-səmimidir.

Bəs bunu niyə edirlər? Ardı rəydə ⬇️

06/02/2026

Kitab oxuyanda, təbii olaraq, birini tamamlayandan sonra növbətiyə keçmək istəyirik.

Əslində, eyni vaxtda bir neçə kitab oxumaq ümumi miqdarı artırır.

Çünki, belə olanda, əlimizin altında hər "mood"a uyğun kitab olur.

Eyni məntiqlə, olduğumuz məkanların hər birində (ev, ofis və s.) davam etdiyimiz kitabların olması daha çox oxumağa aparıb çıxarır.

05/02/2026

1-ci cəhd

Bu imtahanla ilk sınağım 2011-ci ilə təsadüf edir. Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi idim. Bizim universitetin Avstriyanın Krems Universiteti ilə ortaq proqramı vardı və bu proqrama qəbul olmaq üçün IELTS 6.0 nəticəsi tələb olunurdu. Biz də iki qrup yoldaşımla birlikdə bu yola baş qoyduq, başladıq hazırlaşmağa. Hazırlıq müddətində müəllim məndən razı deyildi, danışığımı və yazılarımı bəyənmirdi, dinləmə və oxu nəticələri də göz qabağında idi: 17-19, yəni 5.0-5.5. İlk imtahandan 6.0 aldım (L 5.5, R 6.0, W 5.5, S 6.0). Bundan əvvəl müəllim qrup yoldaşlaşlarıma deyibmiş ki: “O, 5.0 alsa, böyük şeydir”.

2-ci cəhd

Yeni proqramda dərslər artıq ingiliscə idi. Üstəgəl, imkan düşdükcə ingilisdilli könüllülük proqramlarında iştirak edirdim. 3-cü kursda İsraildə hotellər şəbəkəsinin birində təcrübə keçdim (6 ay). Orada da əsas ünsiyyət dili ingilis dili idi. Qayıtdıqdan sonra turizm agentliyində də özümü yoxladım və bu sahənin mənlik olmadığını yəqin etdim. 4-cü kursun sonlarına doğru xaricdə master xəyalları ilə yenidən hazırlaşmağa başladıq. Dörd dost tələbə evində yığışıb praktika edirdik. Təsəvvür edə biləcəyiniz kimi, zamanın böyük hissəsini “IELTS”dən başqa hər şeyə sərf edirdik. 2014-cü ilin aprel ayında etdiyim 2-ci cəhddə 6.5 topladım (L 6.5, R 7.0, W 6.0, S 6.0).

3-cü cəhd

Xaricə gedəsi olmadıq. Hərə bir yola ayrıldı. Mən məzun olduqdan sonra Bakı 2015 Avropa Oyunlarında iş tapdım. Müxtəlif millətlərdən olan insanlarla işləmək, sosiallaşmaq şansım oldu. Xoşbəxtlikdən menecerlərimin ikisi də “native” idi, biri Britaniyadan, biri də Yeni Zellandiyadan. Ardı rəydə ⬇️

04/02/2026

Paper-based IELTS imtahanı Azərbaycanda ləğv olundu.

Artıq imtahanı ancaq kompüter üzərindən vermək mümkün olacaq.

İnstaqram səhifəmdə computer-delievered IELTS imtahanı barədə video və ətraflı məlumat paylaşmışam.

01/02/2026

Təsəvvür edin ki, ölkədə təhsilli insanlar arasında belə, vaxt təyin etmək, vaxtında təyin edilən görüşə getmək, gecikəndə məlumat vermək, getmək alınmayanda bunu öncədən bildirmək kimi bəsit davranışlar hələ də oturuşmayıb.

01/02/2026

İngilis dilində bəzi sözlər gender ayrı-seçkiliyi olmasın deyə dəyişdirilərək “gender-neutral” formaya salınıb:

• salesman → salesperson / sales assistant
• businessman → businessperson
• businessmen → businesspeople
• fireman → firefighter
• policeman → police officer
• mankind → humankind

Bu baxımdan, Azərbaycan dili isə elə əvvəldən, bir-iki istisnanı (müəllimə, şairə və s.) çıxmaqla, əsasən neytral olub.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Baku