Füyuzat Mərkəzi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Füyuzat Mərkəzi, College & University, Zahid Xəlilov, 23, Baku.
30/09/2021
8 NOYABR ZƏFƏR GÜNÜ münasibəti ilə
“QƏHRƏMANLIQ SALNAMƏSİ” yazı müsabiqəsi
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu düşmən üzərində parlaq qələbimizin ildönümü – 8 NOYABR ZƏFƏR GÜNÜ münasibəti ilə “QƏHRƏMANLIQ SALNAMƏSİ” adlı yazı müsabiqəsi elan edir. Müsabiqəyə Vətən Müharibəsinin şəhidləri, şəhid ailələri və qazilər haqqında müxtəlif mövzularda yazılar qəbul olunur.
Təqdim edilən materiallar 14 ölçülü Times New Roman şrifti ilə, 1.0 intervalda, 2-5 Microsoft Word (A4) səhifəsi həcmində olmalıdır. Bununla yanaşı, müsabiqəyə qatılan müəlliflərdən özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini qeyd etmələri tələb olunur.
Müsabiqəyə yazılar 27 sentyabr – 20 oktyabr 2021-ci il tarixləri arasında qəbul olunacaq.
Müsabiqəyə 1 sentyabr 2021-ci il tarixindən sonra saytlarda və ya mətbuatda dərc olunmuş yazılar da təqdim edilə bilər.
Yazılar münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndiriləcək. Müsabiqənin yekunu və qaliblərin adları 8 NOYABR ZƏFƏR GÜNÜ ərəfəsində təşkil olunacaq mükafatlandırma tədbirində elan olunacaq. Tədbir haqqında müəlliflərə öncədən məlumat veriləcək.
Müsabiqədə ilk 3 yeri tutan iştirakçı qalib kimi və daha 2 iştirakçı həvəsləndirici mükafata layiq görüləcək.
• 1-ci yer: 700 azn
• 2-ci yer: 500 azn
• 3-cü yer: 300 azn
• Həvəsləndirici 2 yer: hər biri 150 azn
Yazılarınızı aşağıdakı e-mail ünvanlarına göndərməyiniz xahiş olunur:
[email protected]
[email protected]
[email protected]
Əlaqə telefonları:
(012) 433 22 96/97
(050/077) 722 33 34
24/12/2020
Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevi 59-cu doğum günü münasibətilə təbrik edirik.
03/10/2020
28/05/2020
1918-ci ilin 28 mayı elə bir istiqlaldır ki, milli şüurun və milli mənəviyyatın vəhdətini yaratdı,
milli varlığımızın heç vaxt pozulmayacaq alınyazısına çevrildi və bu günə gəlib çatdı.
Xalqımızı bu şanlı gün münasibəti ilə təbrik edirik!..
İSTİQLAL BAYRAMIMIZ MÜBARƏK!..
21/11/2019
"Füyuzat Media Mərkəzi"nin fəaliyyəti haqqında Zeynəb Həsənin müəllifi olduğu, Azərbaycan Televiziyasında (AzTV) efirə getmiş sujeti təqdim edirik. Başda Zeynəb xanım və Azarbaycan televiziyası olmaqla, sujetin hazırlanmasında əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk.
https://www.youtube.com/watch?v=6iji6olrk8Q&t=1s
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Zahid Xəlilov, 23
Baku
AZ1148
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |