12/09/2025
Artıq yaxın günlərdən yeni Layihəmizlə sizlərin qarşısına çıxacağıq. Layihəmizin adı "Mən Mühəndisəm💡" adlanır. Layihədə məqsədimiz tikinti, yaxud montaj quraşdırma təcrübələrini bölüşmək deyil, sırf Energetika sahəsində nəzəri biliklərin paylaşılması və bu istiqamətdə fikir mübadiləsinin aparılmasıdır. Həftə ərzində bir neçə dəfə əsasən Energetikadan olmaqla, bir sıra mühəndislik sahələrində nəzəri və təcrübi/praktiki biliklərimizi sizlərlə bölüşəcəyik. Ümid edirik ki, bu hər birimizin nəzəri bilik potensialını artırmaqla yanaşı, həm də bizlərə yeni nəzəri-təcrübi biliklər qazandırmış olacaq. Hər birinizdən fəal olmağı xahiş edir, sizlərə uğurlar diləyirik...