UNEC / Adaptiv Təhsil

UNEC / Adaptiv Təhsil

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNEC / Adaptiv Təhsil, Education, Istiglaliyyat Str. 6, Baku.

05/02/2021

ADAPTİV TƏHSİL MÜHƏNDİSLİYİ ÜZRƏ NAMİZƏDLƏRƏ OLAN TƏLƏBLƏR

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (iqtisadi, humanitar);
• Təlim koordinatoru, təlimçi, təlim meneceri və ya tədris sektorunda bənzər vəzifələrdə iş təcrübəsi üstünlükdür
• Elektron təhsil platformaları ilə tanışlıq

Tələb olunan bacarıqlar:
• Mükəmməl təşkilatçılıq bacarığı və işləri zamanında təhvil etmək bacarığı;
• Stresə davamlı və öyrənməyə maraqlı; həm müstəqil, həm də komandada işləmək qabiliyyəti;
• Effektiv təqdimat və ünsiyyət bacarıqları (yazılı və şifahi);
• Azərbaycan və ingilis dillərini mükəmməl bilmə (şifahi və yazılı) (rus dili üstünlükdür);
• Müstəqil bir istifadəçi kimi məlumatların işlənməsi, kontent yaradılması, problemlərin həlli və kompüter tətbiqetmələri (məsələn, MS Office) üçün rəqəmsal alətlər və texnologiyalar
haqqında səlis biliklər;

Vəzifə Üzrə Öhdəliklər və Fəaliyyətlər
• Müxtəlif sahələri əhatə edən adaptiv təhsil proqramlarını hazırlamaq və inkişaf etdirmək;
• Adaptiv təhsil sisteminin təmin etdiyi müvafiq təlim metodları və texnikalar haqqında məlumatlı olmaq və hər bir təlim proqramı üçün müvafiq metodlardan istifadə etmək;
• İş dünyasında mövcud təlim ehtiyaclarının qiymətləndirilməsini aparmaq və ən çox tələb görən təlim mövzularını müəyyənləşdirmək;
• Təlimin effektivliyini qiymətləndirmək və təlimin işçi bacarıqlarına və KPI-lərə təsirini müəyyənləşdirmək;
• Hər təlim proqramından sonra korporativ əməkdaşlardan və iştirakçılardan rəy almaq;

Namizəddən xüsusi təcrübə tələb olunmur.

CV-lərinizi 20.02.2021 tarixinə qədər “Adaptiv təhsil mühəndisliyi” başlığı ilə [email protected] email ünvanına göndərə bilərsiniz.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Istiglaliyyat Str. 6
Baku
AZ1001