08/02/2021
Adaptiv Təhsil nədir? Bu sistemin xüsusiyyətlərini gəlin birlikdə daha yaxından tanıyaq.
21-ci əsrin keyfiyyətli təhsil modeli - Adaptiv təhsil UNEC-nin müəllimi Famil Məcidli
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNEC / Adaptiv Təhsil, Education, Istiglaliyyat Str. 6, Baku.
08/02/2021
Adaptiv Təhsil nədir? Bu sistemin xüsusiyyətlərini gəlin birlikdə daha yaxından tanıyaq.
21-ci əsrin keyfiyyətli təhsil modeli - Adaptiv təhsil UNEC-nin müəllimi Famil Məcidli
ADAPTİV TƏHSİL MÜHƏNDİSLİYİ ÜZRƏ NAMİZƏDLƏRƏ OLAN TƏLƏBLƏR
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (iqtisadi, humanitar);
• Təlim koordinatoru, təlimçi, təlim meneceri və ya tədris sektorunda bənzər vəzifələrdə iş təcrübəsi üstünlükdür
• Elektron təhsil platformaları ilə tanışlıq
Tələb olunan bacarıqlar:
• Mükəmməl təşkilatçılıq bacarığı və işləri zamanında təhvil etmək bacarığı;
• Stresə davamlı və öyrənməyə maraqlı; həm müstəqil, həm də komandada işləmək qabiliyyəti;
• Effektiv təqdimat və ünsiyyət bacarıqları (yazılı və şifahi);
• Azərbaycan və ingilis dillərini mükəmməl bilmə (şifahi və yazılı) (rus dili üstünlükdür);
• Müstəqil bir istifadəçi kimi məlumatların işlənməsi, kontent yaradılması, problemlərin həlli və kompüter tətbiqetmələri (məsələn, MS Office) üçün rəqəmsal alətlər və texnologiyalar
haqqında səlis biliklər;
Vəzifə Üzrə Öhdəliklər və Fəaliyyətlər
• Müxtəlif sahələri əhatə edən adaptiv təhsil proqramlarını hazırlamaq və inkişaf etdirmək;
• Adaptiv təhsil sisteminin təmin etdiyi müvafiq təlim metodları və texnikalar haqqında məlumatlı olmaq və hər bir təlim proqramı üçün müvafiq metodlardan istifadə etmək;
• İş dünyasında mövcud təlim ehtiyaclarının qiymətləndirilməsini aparmaq və ən çox tələb görən təlim mövzularını müəyyənləşdirmək;
• Təlimin effektivliyini qiymətləndirmək və təlimin işçi bacarıqlarına və KPI-lərə təsirini müəyyənləşdirmək;
• Hər təlim proqramından sonra korporativ əməkdaşlardan və iştirakçılardan rəy almaq;
Namizəddən xüsusi təcrübə tələb olunmur.
CV-lərinizi 20.02.2021 tarixinə qədər “Adaptiv təhsil mühəndisliyi” başlığı ilə [email protected] email ünvanına göndərə bilərsiniz.