24/02/2025
İNSAYT Praktik Psixologiya Mərkəzi
"Psixoterapiyada nağılların tətbiqi və həyat ssenarilərinin dəyişdirilməsi"
mövzusunda 3 günlük təlimə sizi dəvət edir.
📋Təlimin ilk günündə iştirakçılar dünya və xalq nağıllarının təsnifatları, müxtəlif psixoterapevtik mərkəblərə görə praktikada tətbiqi texnikaları və onların təhlili qaydaları haqqında geniş məlumatlar əldə edəcəklər.
📋Təlimin ikinci günündə həyat ssenarilərinin analiz edilməsi texnikaları, klientlərə müvafiq korreksion nağılların yazılması, situasiyaya uyğun ev tapşırıqlarının düzgün tərtib olunması qaydaları və klientin yeni patternlərinin formalaşdırılması, həmçinin, möhkəmləndirilməsi üçün çalışmalar təqdim olunacaq.
📋Təlimin son günü isə tamamilə terapevtik işə həsr olunacaq. Əvvəlki günlərdə şərh edilən praktik çalışmaların iştirakçıların öz üzərində tətbiqi nəzərdə tutulur. Nəticədə iştirakçılar gələcəkdə klientlər üzərində tətbiq etmək üçün professional texnikalara yiyələnməklə yanaşı, şəxsi inkişafları ilə bağlı baryerləri də kəşf etmiş olacaqlar.
📌 Layihə ancaq psixoloqlar üçün nəzərdə tutulub.
📌 Layihə rəhbəri: Merve Ertem Özdil
📌 Təlimçilər:
Adəm Paşayev
Turan Nadirli
Merve Ertem Özdil
Nisə Abdullayeva
🗓 Təlimlərin cədvəli:
24.03.2025-ci il tarixində saat 10:00 - 19:00 (çay fasiləsi və nahar daxil olmaqla)
25.03.2025-ci il tarixində saat 10:00 - 19:00 (çay fasiləsi və nahar daxil olmaqla)
26.03.2025-ci il tarixində saat 10:00 - 19:00 (çay fasiləsi və nahar daxil olmaqla)
📌 Təlim iştirakçıları sertifikat ilə təltif olunacaqlar.
📌 Təlimdə ancaq 8 -10 nəfər psixoloqun iştirakı nəzərdə tutulub.
📌 Ödəniş: 280 AzN
📌 Qeydiyyat üçün əlaqə nömrəsi: (+994) 555065994
📌 Son qeydiyyat tarixi: 23.03.2025