06/05/2026
Narhatlıq çox vaxt təsadüfi yaranmır, müəyyən bir dövr daxilində davam edir və güclənir. Bu dövr adətən kiçik bir tetiklə başlayır, beynin təhlükə siqnalı verməsi ilə narahatlıq artır. Ardınca isə insan bu hissdən qaçmaq üçün müxtəlif davranışlara (uzaqlaşma, kompulsiv hərəkətlər, təsəlli axtarışı) yönəlir. Bu davranışlar qısa müddətli rahatlıq versə də, uzunmüddətli perspektivdə narahatlığı daha da möhkəmləndirir.
Bu dövrü qırmaq üçün əsas addım narahatlıqdan qaçmaq deyil, onu anlamaq və tədricən ona dözümlülük inkişaf etdirməkdir. Unutmayın, narahatlıq təhlükə deyil sadəcə beynin sizi qorumağa çalışan, amma bəzən yanılan mexanizmidir.