07/02/2018
Həkimlər üçün Danimarkada işləmək imkanı !
Azərbaycan Respublikası vətəndaşları üçün Danimarkada həkim kimi yaşayış və işləmək icazəsi əldə etmək üçün imkan yaranıb.
Avropa Birliyinə üzvlüyü olmayan dövlətlərin vətəndaşları da həkim kimi fəaliyyət göstərmək üçün Danimarkada yaşayış icazəsi ala bilər. Bu yeni qanun Azərbaycan vətəndaşı olan həkimlərə də şamil olunur.
Xarici həkimlərin yaşayayış icazəsi onun üçün verilir ki, onlar Danimarkanın tələb etdiyi peşəkar bacarıqlara və dil vərdişlərinə mükəmməl yiyələnsin və sonra yerli xəstaxanalarda işə qəbul olma imkanı əldə etsinlər.
İlkin mərhələdə sizin diplomlarınız Danimarka Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra İmmigrasiya ve İntegrasiya Nazirliyi tərəfindən sizə Danimarkada 2 illik öz hesabınıza sərbəst yaşamaq və işləmək icazəsi verilir. Bütün aılə üzvlərinizdə sizinlə birliktə yaşamaq icazəsi əldə edə bilər.
Müddət və artırma
Yaşayayış icazəsi ilkin olaraq 2 illik verilir. Siz bundan əlavə yaşamaq icazənizi daha 2 il müddətinə artırmaq üçün Danimarka dilini danimarka höküməti tərəfindən tələb olunan səviyyədə öyrənməlisiniz və bunu müvafiq sənədlərlə təsdiq etməlisiniz.
Özünü maddi dəstəkləmə tələbləri
Yaşayış icazəsi almaq üçün Danimarkada qaldığın müddətdə özünü və ailə üzvlərinin yaşayış ehtiyaclarını ödəyə bildiyini sübut eməlisiz. Siz sübut etməlisiz ki, sizin ixtiyarınızda bir illik Danimarkada yaşamaq üçün yetəri qədər pul vəsaiti var. Başlanğıc yaşayış üçün məbləğ yaşınızdan və sizə idarəçiliyinizdə olan adamların sayından asılı olaraq dəyişir.
Aylıq tariflər:
(DKK=Danimarka Kronası. 7 kron=1 ABŞ dolları)
• DKK 5,523- Tək yaşayan 25-dən az yaşı olanlar üçün
• DKK 6,660 –Tək yaşayan 25-dən çox yaşı olanlar üçün
• DKK 5,523 - ər, arvad yaxud birgə yaşayan iştirakçılar üçün
Məsələn
Əgər siz yaşayış icazəsi almaq üçün müraciət etmək istəyirsinizsə, ər, arvad-partnyorunuzu və uşağınızı gətirmək istəyirsinizsə, siz sübut etməlisiniz ki, sizin hesabınızda özünüzü təmin etmək üçün hər ay üçün DKK 5,523, ər,arvad/partnyor üçün DKK 5,523 və uşağınızı təmin etmək üçün aylıq DKK 1,381 hesabınız var.
Beləliklə siz sübut etməlisiniz ki, sizin hesabınız belədir : (5,523+5,5523+1,381)x12=DKK 165,696
Ətraflı məlumat üçün :
0702100210