10/02/2015
TORPAQDA ÇÜRÜMƏ MÜDDƏTİ
Şüşə - 1000 il;
Plastmas - 100 il;
Konserv bankaları–50 - 80 il
Rezin – 50 - 40 il;
Dəri - 50 il;
Neylon – 30 - 40 il;
Polietilen paket – 10 - 20 il;
Batareya - 10 il;
Yun corab - 1 - 5 il;
Kağız - 2 il;
Meyvə qabıqları -2 - 5 həftə
03/12/2014
Tələbələrin nəzərinə!
Qərb Universiteti / Western University
03/12/2014
Təbiətimizi qoruyaq!
Can you imagine the world without green colour?
Heydar Aliyev Foundation and IDEA Public Union has started a new programme named "No tree cutting!" in order to contribute to the solutions to the environmen...
03/12/2014
3 Dekabr
1984-cü ildə Bxopal (Hindistan) pestisid zavodunda ekoloji fəlakət baş vermişdir. Təhlükəli kimyəvi preparatlar istifadə edən sənayelərdə bu problemə daha çox diqqət yetirmək üçün Latın Amerikada pestisidlərə qarşı olan aktivlər birliyi 3 dekabrı pestisidlə çirklənməyə qarşı mübarizə günü elan ediblər. Bu gün tezliklə beynəlxaq səviyyədə qeyd olunmağa başlamışdır.
15/09/2014
Əziz tələbələrimiz , hər birinizə uğurlu dərs ili arzulayırıq!
18/08/2014
Yeni qəbul olan tələbələr Avqust ayının 8-dən 18-nə kimi QEYDİYYAT olmalısınız..Qeydiyyat üçün 1-ci gündən etibarən saat 09:00-dan 18:00-a qədər müraciət edə bilərsiniz. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
1) Attestat və ya Diplom
2) Foto şəkil 6 ədəd (3x4)
3) Şəxsiyyət vəsiqəsinin surəti
4) Tibbi arayış
5) Oğlanlar üçün hərbi bilet və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
6) Kağız qovluq
7) Təhsil haqqı (50 %)
8) İş nömrəsi və şifr
Qeydiyyat İstiqlaliyyət 27 (31)-də yerləşən universitetin əsas binasında keçiriləcək.
11/08/2014
10 avqust 2014-cü il tarixində saat 16 radələrində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında yanğın hadisəsi baş verib.
Naməlum səbəblərdən baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində 11 avqust 2014-cü il tarixində səhər saat 9 radələrində söndürülüb. Yanğın nəticəsində 2 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
mənbə:www.eco.gov.az
17/05/2014
Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 22 il keçir. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistan ilə həmsrhəddir. Laçın rayonunun ərazisi 1883 kvadrat km-dir. 65507 nəfər əhalisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Bu səfalı məkan 126 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarətdir. Tarixçilərin fikirinə görə, Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Laçın 1923-cu ilə qədər Abdallar, sonra isə Laçın adlanıb. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. Hal-hazırda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. Kənd təsərrüfatının əsasını taxılçılıq və meyvəçilik təşkil edir.
08/05/2014
1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.
02/05/2014
TORPAQDA ÇÜRÜMƏ MÜDDƏTİ
Şüşə - 1000 il;
Plastmas - 100 il;
Konserv bankaları–50 - 80 il
Rezin – 50 - 40 il;
Dəri - 50 il;
Neylon – 30 - 40 il;
Polietilen paket – 10 - 20 il;
Batareya - 10 il;
Yun corab - 1 - 5 il;
Kağız - 2 il;
Meyvə qabıqları -2 - 5 həftə
28/04/2014
Neftlə çirklənmə nələrə səbəb olur ? Məncə bu şəkil çirklənmənin nə dərəcədə olduqunun bariz nümunəsidir.