Füzuli rayon 3 nömrəli tam orta məktəb

Füzuli rayon 3 nömrəli tam orta məktəb

Share

Təhsil

16/03/2023

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.

Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi 1141- ci ildə Gəncədə anadan olmuş, burada yaşayıb- yaratmış, ömrünü burada başa vurmuşdur. Şair təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliəsi hesabına Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. O, türk dili ilə yanaşı ərəb və fars dillərini mükəmməl bilirdi. Nizami Gəncəvi lirik şeirlərin “ Xəmsə” adı ilə tanınan “Sirlər Xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi Gözəl, İsgəndərnamə” poemalarının müəllifidir. Şair insanları əsərlərində dürüstlük, mərdlik, xeyirxahlıq, dostluğa çağırmış, dövrünün zalım hakimlərini tənqid atəşinə tutmuşdur. Nizami Gəncəvinin tarix, fəlsəfə, astronomiya, riyaziyyat, həndəsə və bir çox elm sahələrinə bələd olması yazdığı əsərlərdə özünü biruzə verir. Məhz bu əsərlər onun nə qədər yüksək təhsilə malik olması və müdrikliyinin bariz nümunəsidir.
Əsrlərdən bəri Nizami Gəncəvi yaradıcılığı şair və sənətkarların sənət məktəbi, ilham mənbəyi olmuşdur.Belə ki,Nizami Gəncəvi yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqlarının ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş və nadir əlyazma nüsxələri bir çox şəhərlərin məhşur kitabxana, muzeylərində qorunub saxlanılmışdır.
Ulu Öndərimiz görkəmli siyasi xadim Heydər Əliyev də Nizami Gəncəvi irsinə hər zaman xüsusi diqqət yetirmişdir. Ulu öndərin “ Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında “ 1979 –ci ildə verdiyi qərarı ilə nizamişünaslıq elminin tarixində yeni bir dövr başladı. Gəncədə Nizami Gəncəvinin məqbərəsinin bərpa olunaraq yenidən qurulması Heydər Əliyev və onun varisinin adı ilə bağlıdır.
Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2023 –cü il martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvlərini qəbul edib. Bu görüşdə dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini bildirmişdir. 2023 –cü ilin martın 9 –da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev çıxışında qeyd etmişdir ki, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür.

Füzuli rayon 3 nömrəli tam orta məktəbin direktoru Ruhiýyə İmanova

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 10/03/2023

Füzuli rayon 3 nömrəli tam orta məktəbin direktoru Ruhiýyə İmanova məktəbin 11-ci sinif şagirdlərinə DİM tərəfindən keçiriləcək 12.03.2023-cü il tarixli buraxılış imtahanına buraxılış vərəqələrini təqdim edərək,onlara uğurlar arzuladı.

09/03/2023

Məktəbin tarix müəllimi Teymurova Afət

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 07/03/2023

........Bəli qadın gülərsə bütün dünya ,cahan,aləm,kainat gülər.Üzünüzdən gülüş əskik olmasın mənim sevimli kollektivim.

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 01/03/2023

2023 – cü il Martın 1-də Füzuli rayon 3 nömrəli tam orta məktəbin GCH rəhbəri Kamil Həşimov,, 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü “ nə həsr edilmiş tədbir keçirdi.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət , yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunması öyrətməkdən ibarətdir. Tədbirdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, zəlzələ zamanı qorumaq üçün hansı qaydalara əməl etmələri haqqında məlumat verdi. Sonda məktəbin GCH rəhbəri Kamil Həşimov Mülki Müdafiənin məqsədi, vəzifələri, dövlətin və vətəndaşların üzərinə düşən vəzifələri haqqında slayd təqdim etdi və ətraflı məlumat verdi .

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 24/02/2023

Şəhid şəhərim Xocalı.
XX əsrin ən dəhşətli gecəsi soyuq fevral gecəsi yatmış şəhər olan Xocalı şəhərində yaşanıb. Tarixin unudulmaz səhifəsi ,, Xocalı faciəsi '’ .
24.02.2023 – cü il tarixində Füzuli rayon 3 nömrəli tam orta məktəbin tədbirlər planına və fəaliyyət planına əsasən Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş ,,Xocalı – XX əsrin
Soyqırımı '’ adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin tarix müəllimi Afət Teymurova Xocalı soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verdi. Afət müəllimə şagirdlərə məlumat verərək bildirdi ki, tarix belə vəhşilik, belə dəhşət görməmişdi. Ermənilər dinc əhalini, gəlini, qızı, qocanı, körpəni gülləyə tutur, körpə uşaqları süngüləyir ən ağlasığmaz vəhşilik törətmişdilər. Sonda şagirdlərə Xocalı soyqırımı haqqında videslayd nümayiş etdirildi.Tədbirdə məktəbin direktoru Ruhiyyə İmanova çıxış edərək bildirdi ki, Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti, ən müdhiş bir yaradır. Artıq üç ildir ki, xalqımız bu günü qalib xalq kimi anır. Şübhəsiz ki, bu gün şəhidlərin ruhu şaddır. İllər ötdü, Azərbaycan xalqı yenidən birləşdi, bir nöqtəyə vuran dəmir yumruğa çevrildi. Bu, qəhrəmanlıq ruhunun özəyi o günlərdən başlayır. Bu gün Azərbaycan oğulları bütün dünyaya səs salmış və vətən uğrunda ərazi bütövlüyü uğrunda canlarından keçmişdir.

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 23/02/2023

Füzuli rayon 3 nömrəli tam orta məktəbdə 23.02.2023- cü il tarixində məktəbin 9-cu sinifləri üçün məktəbin direktoru Ruhiyyə İmanova tərəfindən buraxılış imtahanları daxil olan fənlər üzrə növbəti monitorinq keçirildi .

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 22/02/2023

Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir.Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir. Çox təssüflər olsun ki, bu gün təbiətin qorunmasında ögey münasibət bəsləyən insanlar da var. Onlar öz xeyirləri üçün əziyyətlə salınan meşələrimizi qırır, yaşıllıqları məhv edir, quşları və heyvanları öldürürlər. Biz bu insanlara qarşı mübarizə aparmalıyıq. Biz o vaxt sağlam olarıq ki, yaşıllıqlar çox olsun. Əgər hər birimiz bir vətəndaş kimi ətraf mühitin qayğısına qalsaq, onu zibilliklərdən qorusaq təbiətimizdə yaranan ekoloji baxımından fəlakətlərin qarşısını almış oluruq.
Məhz bunların qarşısının alınması ilə əlaqədar məktəbin tədbirlər planına əsasən 22.02.2023– cü il tarixində Füzuli rayon 3 №-li tam orta məktəbdə məktəbin biologiya müəllimi Vəsilə Mehrəliyeva ,, Təbiəti qoruyaq “ mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər, müzakirələr apardı. Şagirdlərə ətraflı məlumat verərək bildirildi ki, ətrafımızdakı canlıları qorumalı və onların qayğısına qalmalayıq. Günümüzün bir neçə saatını sinif otaqlarında keçirdirik. Bu otaqlarda olan dibçək güllər xüsusi qayğı tələb edir. Bu qayğının qarşılığını isə artıqlaması ilə bizə qaytarırlar. Otaq bitkiləririndən kalonxau, aloe, hibiskus iltihab əleyhinə dərman kimi istifadə olunur. Kalla, arum isə canlı barometrlərdir. Kaktuslar isə radioaktiv sulanmanın qarşısını alır. Planetimizin ,, ağciyər “ ləri olan meşələri, ağacları , otaq bitkilərini və ümumiyyətlə bütün canlıları qorumaq hər bir vətəndaşın borcudur.

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 21/02/2023

Mənim ana dilim Azərbaycan dilidir,doğma respublikamızın dövlət dilidir. Mənim ana dilim poeziya dilidir , şirin laylay dilidir , ecazkar mahnı dilidir. Mənim ana dilim dosta məhəbbət , düşmənə nifrət dilidir. 21. 02. 2023 – cü il tarixində Füzuli rayon 3 № - li tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü qeyd olundu.Tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini A. Zeynalova çıxışı zamanı ana dilinin əhəmiyyətini xüsusi vurğulamışdır.
Fevralın 21 – i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999 – cu illin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21- i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952 – ci il fevralın 21- də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu yaxşı qorumalıdır. Ana dili insanın mənəvi aləmini zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydasları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 16/02/2023

02.02.2023-cü il tarixində Füzuli rayon 3 nömrəli tam məktəbdə növbəti Pedaqoji Şura keçirildi.Pedaqoji Şurada 1-ci yarım ilin hesabatları dinlənildi,lX-Xl siniflər üzrə keçirilən monitorinqlərin nəticələri müzakirə olundu.İclasa rəhbərlik edən məktəbin direktoru Ruhiyyə İmanova məktəbin fəaliyyət planına uyğun olaraq 2-ci yarım il ərzində qarşıda duran vəzifələr , yerinə yetiriləcək işlər haqqında məlumat verərək iclası yekunlaşdırdı

Photos from Füzuli rayon 3 nömrəli tam orta məktəb's post 08/02/2023

Azərbaycan Respublikasında 2023-cü ilin“ Heydər Əliyev ili ” elan edilməsi ilə bağlı Füzuli rayon Təhsil Sektoru üzrə 3№ li tam orta məktəbdə, məktəbin direktoru Ruhiýyə İmanova “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa təşkil etdi.

06/02/2023

Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır.
Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında və inkişafında mühüm xidmətləri vardır. Azərbaycanın inkişafa yönələn siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Azərbaycan, həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub, bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.
Beləki, ötən il dekabrın 17-də prezident İlham Əliyevin Rumıniyaya səfəri zamanı "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi" imzalanıb. Bu saziş mahiyyətcə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığında yeni səhifə açdı və Cənubi Qafqazı Avropa ilə birləşdirən "yaşıl dəhliz"in əsasını qoydu.
Artıq özünü etibarlı neft və qaz tədarükçüsü kimi özünü tanıdan Azərbaycan hazırda Avropanın yaşıl enerji bazarının bir hissəsinə çevrilir və bununla da bu qitədəki mövqeyini daha da möhkəmləndirir. Əslində, bu sənəd bu ilin iyulunda imzalanan energetika sahəsində əməkdaşlıq memorandumunun davamıdır və Azərbaycan qazının Avropaya tədarükünü ikiqat artırmaqla yanaşı, alternativ enerji, xüsusilə hidrogen istehsalı və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlığı da nəzərdə tutur.
İmzalanan saziş "təmiz" enerjiyə keçid baxımından həm Azərbaycanın, həm də Avropanın maraqlarına cavab verir. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, biz karbon qazı emissiyalarının azaldılması sahəsində qlobal tendensiyaları diqqətdən kənarda qoymuruq və Paris Sazişindən irəli gələn öhdəliklərimizə uyğun olaraq fəaliyyət göstəririk, ona əsasən Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı ilin əsas göstəricisi ilə müqayisədə 35 faiz azaltmağı öhdəsinə götürüb. Avropa da öz növbəsində karbohidrogenlərdən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və enerji kompleksində bərpa olunan enerjinin payını artırmaq istəyir.
Artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın alternativ enerji sahəsində tərəfdaşlarının ehtiyaclarını ödəmək üçün kifayət qədər potensialı var.
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Qeyd etmək lazımdır ki, xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji potensialı həm də ölkənin bərpa olunan enerjinin mühüm təchizatçısına çevrilməsinə kömək edəcək. "Böyük Qayıdış" Birinci Dövlət Proqramı çərçivəsində Azərbaycan hökuməti bu ərazilərdə uğurlu iqtisadi inkişaf üçün zəruri olan əsas enerji infrastrukturunun bərpasına çalışır.
Füzuli rayonu 3№li tam orta məktəbin coğrafiya fənn müəllimi Salmanova Fatimə

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Qara Qarayev Kuç 37B
Baku

Opening Hours

Monday 13:00 - 19:00
Tuesday 13:00 - 19:00
Wednesday 13:00 - 19:00
Thursday 13:00 - 19:00
Friday 13:00 - 19:00