Student Academic Society of Baku State University Law School

Student Academic Society of Baku State University Law School The Society is devoted to develop legal scholarship in order to achieve academic excellence.

[az] 2014-cü ildən aktiv fəaliyyətdə olan Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) akademik hüquqi layihələri ilə universitet və ümumiyyətlə, ölkədəki hüquq təhsilinin inkişafına töhfə verməyə çalışır. TEC-in məqsədi Hüquq fakültəsinin tələbələrinin universitet səviyyəsində inkişafını təmin etməklə elm, təhsil, maarifləndirmə, hüquq mədəniyyəti və hüquqi şüurun inkişafı istiqamətində işlərin aparılması, eləcə də yerli və beynəlxalq səviyyədə hüquq elmi sahəsində əməkdaşlığın və iştirakın təmin olunmasıdır. Qeyd edilən məqsədlərə çatmaq üçün TEC aşağıdakıları həyata keçirir:
- Tələbələrin elmi fəaliyyətə marağının artması ilə bağlı tədbirlər keçirir;
- Yerli və beynəlxalq səviyyədə müsabiqələrin keçirilməsində iştirak edir;
- Elmi seminar və konfranslar təşkil edir;
- Tədris prosesinin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
- Tələbələrin müasir dünyaya inteqrasiyasını həyata keçirmək istiqamətində fəaliyyət göstərir;
- Qanunvericilik və universitetdaxili nizamnamə ilə qadağan olunmayan digər fəaliyyət formaları ilə məşğul olur.

--

[eng] The Student Academic Society (SAS) of the Baku State University (BSU) Law School has tried to contribute to the development of legal education with its academic legal projects in the university and in the country as a whole since 2014. The purpose of the SAS is to ensure the development of students of the Faculty of Law at the university level, to carry out work in the direction of the development of science, education, awareness, legal culture, and legal awareness, as well as to ensure cooperation and participation in the field of legal science at the local and international level. To achieve the mentioned goals, SAS implements the following:
- Conducts measures related to increasing students' interest in scientific activity;
- Participates in competitions at the local and international level;
- Organizes scientific seminars and conferences;
- Prepares suggestions for improving the teaching process;
- Acts in the direction of integration of students into the modern world;
- Engages in other forms of activity not prohibited by legislation and internal university regulations.

23 mart 2026-cı il tarixində BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti İdarə Heyətinə namizədliyə qəbul üçün müsahibələr...
02/04/2026

23 mart 2026-cı il tarixində BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti İdarə Heyətinə namizədliyə qəbul üçün müsahibələr keçirilmişdir!

Cari İdarə Heyəti üzvləri tərəfindən yeni gələn tələbələrin bacarıq və keyfiyyətlərini yoxlamaq məqsədilə keçirilən seçimlərin nəticələri elan olunmuşdur.

Müsahibədən uğurla keçən tələbələri təbrik edir, qarşıdakı hazırlıq prosesində uğurlar arzulayırıq. Digər tələbələrə isə TEC İdarə Heyəti üzvlüyünə göstərdikləri marağa və müsahibədə iştiraklarına görə təşəkkürümüzü bildirir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Azərbaycan xalqına qarşı törədilmiş, minlərlə azərbaycanlının qətlə yetirilməsi ilə nəticələnən 31 Mart soyqırımından ar...
31/03/2026

Azərbaycan xalqına qarşı törədilmiş, minlərlə azərbaycanlının qətlə yetirilməsi ilə nəticələnən 31 Mart soyqırımından artıq 108 il ötür. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Konvensiyasının 2-ci maddəsinə əsasən, Mart hadisələri etnik təmizləmə məqsədilə törədildiyinə görə soyqırım hesab olunur.

Soyqırım qurbanı olan həmvətənlərimizin xatirəsini hüzn və ehtiramla yad edirik!

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyətinə qeydiyyatın bitməsinə son 3 gün!Tələbə Elmi Cəmiyyəti 2014-c...
12/03/2026

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyətinə qeydiyyatın bitməsinə son 3 gün!

Tələbə Elmi Cəmiyyəti 2014-cü ildən etibarən həyata keçirdiyi layihələr vasitəsilə hüquq təhsilinin və tələbələrin akademik inkişafına töhfə verir. Siz də İdarə Heyətinin üzvü olmaq və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat üçün keçid: https://forms.gle/z9J9MWw9VLMQhAW16

08/03/2026

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyətinə qeydiyyatın bitməsinə son 7 gün!

Tələbə Elmi Cəmiyyəti 2014-cü ildən etibarən həyata keçirdiyi layihələr vasitəsilə hüquq təhsilinin və tələbələrin akademik inkişafına töhfə verir. Siz də İdarə Heyətinin üzvü olmaq və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat üçün keçid: https://forms.gle/z9J9MWw9VLMQhAW16

Azərbaycan xalqına qarşı törədilmiş beynəlxalq cinayət olan Xocalı faciəsindən artıq 34 il ötür. BMT Baş Assambleyasının...
26/02/2026

Azərbaycan xalqına qarşı törədilmiş beynəlxalq cinayət olan Xocalı faciəsindən artıq 34 il ötür. BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya əsasında Xocalı hadisələri soyqırım cinayət əməli kimi tövsif edilmiş və 50-dən çox dövlət tərəfindən soyqırım kimi tanınmışdır.

Tələbə Elmi Cəmiyyəti olaraq şəhidlərimizin xatirəsini ehtiram və hörmətlə yad edirik.

23/02/2026

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti İdarə Heyətinə növbəti qəbul elan edilir!

Tələbə Elmi Cəmiyyəti İdarə Heyətində olmaqla siz hüquq tələbələri üçün vacib sayılan bacarıqlar əldə edə və bir sıra ilklərin həyata keçirilməsinə töhfə verə bilərsiniz.

Qeydiyyat üçün son tarix 15 mart 2026-cı ildir.

Qeydiyyatdan keçmək üçün: https://forms.gle/z9J9MWw9VLMQhAW16

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Sezər Allahverdiyev və İdarə Heyəti üzvləri Xədicə Abbasova, Günel Əh...
05/02/2026

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Sezər Allahverdiyev və İdarə Heyəti üzvləri Xədicə Abbasova, Günel Əhmədova, Nuray Səfərova və Samir Nəcəfov “2026 LEGIS Hüquq Forum”unda iştirak etmişdirlər.

"PAŞA Holdinq" MMC-yə dəvəti üçün təşəkkür edirik!

Azərbaycan xalqının müstəqillik əzminin ifadəsi olan 20 Yanvar faciəsindən artıq 36 il ötür. Bu faciə tarixdə BMT Nizamn...
20/01/2026

Azərbaycan xalqının müstəqillik əzminin ifadəsi olan 20 Yanvar faciəsindən artıq 36 il ötür. Bu faciə tarixdə BMT Nizamnaməsinin, beynəlxalq hüquq normalarının və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü hissəsindəki hüquqların pozuntusu kimi qiymətləndirilir.

Şəhidlərimizin xatirəsini ehtiram və hörmətlə yad edirik!

Tələbə Elmi Cəmiyyəti olaraq hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik!Ye...
31/12/2025

Tələbə Elmi Cəmiyyəti olaraq hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik!

Yeni ildə böyük uğurlar əldə etməyi arzu edir, bu istiqamətdə TEC-in yaratdığı imkanlardan maksimum şəkildə istifadə edəcəyinizə ümid edirik!

10-11 noyabr 2025-ci il tarixlərində BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti İdarə Heyətinə qəbul üçün müsahibələr keç...
17/11/2025

10-11 noyabr 2025-ci il tarixlərində BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti İdarə Heyətinə qəbul üçün müsahibələr keçirilmişdir!

Cari İdarə Heyəti üzvləri tərəfindən yeni gələn tələbələrin bacarıq və keyfiyyətlərini yoxlamaq məqsədilə keçirilən seçimlərin nəticələri elan olunmuşdur.

Müsabiqədən uğurla keçən tələbələri təbrik edir, qarşıdakı hazırlıq prosesində uğurlar arzulayırıq. Digər tələbələrə isə TEC İdarə Heyəti üzvlüyünə göstərdikləri marağa və müsabiqədə iştiraklarına görə təşəkkürümüzü bildirir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 12 noyabr 1995-ci il tarixində ilk Konstitusiya layihəsinin ...
12/11/2025

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 12 noyabr 1995-ci il tarixində ilk Konstitusiya layihəsinin ümumxalq referendumu ilə qəbul olunmasından 30 il ötür. Məhz bu qanun ilə ölkənin hüquq sisteminin təməli qoyulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi bəyan edilmişdir.

Tələbə Elmi Cəmiyyəti olaraq xalqımızı Konstitusiya Günü münasibətilə təbrik edirik!

Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilmə...
08/11/2025

Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən hər il 8 noyabr tarixi ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.

Tələbə Elmi Cəmiyyəti olaraq Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda öz canlarından keçən qəhrəmanlarımızın qarşısında baş əyir, bu şanlı gün münasibətilə xalqımızı təbrik edirik!

Address

Academic Zahid Khalilov Street 23
Baku
AZ1148

Alerts

Be the first to know and let us send you an email when Student Academic Society of Baku State University Law School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Student Academic Society of Baku State University Law School:

Shortcuts

Share

Category