25/05/2026
İnklüziv siniflərdə təhsil alan şagirdlərin fəaliyyətinin yüksəldilməsi istiqamətində inkişafetdirici işin təşkili
25.05.2026-cı il tarixində inklüziv sinifdə təhsil alan şagirdlərin fəaliyyətinin artırılması və sosial bacarıqlarının inkişaf etdirilməsi məqsədilə 1A sinif şagirdləri ilə məktəbin psixoloqu Mirzəyeva Ayşən tərəfindən “Külək əsir” oyunu keçirilmişdir. Oyunun əsas məqsədi şagirdlərin diqqət, ünsiyyət, qarşılıqlı əməkdaşlıq və qrup daxilində uyğunlaşma bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. Oyun zamanı şagirdlərin aktiv iştirakı təmin edilmiş, onların emosional vəziyyəti və davranış xüsusiyyətləri müşahidə olunmuşdur. Oyun interaktiv və maraqlı formada təşkil edilmiş, şagirdlərin sosial fəallığının artırılmasına müsbət təsir göstərmişdir.