05/04/2026
🎯Bu gün 9-cu siniflər üçün Buraxılış imtahanı keçiriləcək.
⏰ İmtahan saat 11:00-da başlanır.
❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
✅İmtahana buraxılış vərəqəsi;
✅Şəxsiyyəti təsdiq edən sənədin əsli:
📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.
Bütün iştirakçılara uğurlar arzu edirik!
16/03/2026
🚨 ABİTURİYENTLƏRİN DİQQƏTİNƏ!
Blok imtahanlarının tarixləri rəsmi olaraq açıqlandı! Vaxt itirmədən hazırlaşın və qeydiyyatı qaçırmayın! 📚
📅 Qeydiyyat:
16 – 29 aprel
📝 Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd)
🔹 II və III ixtisas qrupları
24 may
🔹 I və IV ixtisas qrupları
7 iyun
🌍 Coğrafiya üzrə əlavə imtahan
7 iyun
16/03/2026
Blok imtahanının zamanı açıqlandı…
22/01/2026
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.
Daha ətraflı: https://shorturl.at/L6GvI
26/08/2025
11 illik bazada kolleclərin ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
26/07/2025
🎯 5, 6 və 7-ci siniflər üçün TƏKMİLLƏŞMƏ KURSLARI
📍 Azərbaycan və Rus bölmələri üzrə | Səhər və günorta növbəsi ilə
🟠 Niyə məhz biz?
• Tədris müasir proqrama uyğun aparılır
• Dərslər Ana dili, Riyaziyyat və İngilis dili fənləri üzrə keçirilir
• Həftədə 3 gün, ümumilikdə 12 saat dərs
• Orta məktəb saatlarına uyğun cədvəl – səhər və günorta növbələri
• Qrup şəklində – hər qrupda 8-10 nəfər
• Tədris müddəti: Sentyabrın əvvəli – İyun ayının sonu
📝 İmtahan dəstəyi:
• Həftəlik və aylıq sınaq imtahanları
• Zəif nəticə göstərilən fənlər üzrə əlavə pulsuz dərslər
🎁 Hal-hazırda qeydiyyatdan keçənlərə 20% ENDİRİM!
📍 Ünvan: Həsən Əliyev 12a (Dövlət İmtahan Mərkəzinin yanı)
📞 Əlaqə: 055 594 01 05
16/05/2025
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.
Bu il qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.