DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası

DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası

Share

DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası (Rəsmi səhifə) Adminlə Əlaqə: https://www.facebook.com/ulvi.esed

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 22/06/2026

🛜 Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması müzakirə edilib

📌18 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmə keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbirdə dövlət qurumlarının məsul şəxsləri, media nümayəndələri, sosial media təsirçiləri (blogerlər), vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, psixoloqlar iştirak ediblər.

🎯İctimai dinləmənin təşkilində məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud vəziyyətin, qarşıya çıxan risklərin və qoruyucu mexanizmlərin müzakirəsi, aidiyyəti tərəflərin rəy və təkliflərinin öyrənilməsi, eləcə də uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanmasıdır.

Rəsmi çıxışlar dinlənildikdən sonra mövzu dərindən təhlil edilib.

🔰Dinləmədə çıxış edən təhsil və səhiyyə sahəsinin mütəxəssisləri sosial şəbəkələrdən həddindən artıq istifadənin uşaqlarda ekran asılılığı, sosial təcrid, ünsiyyət bacarıqlarının zəifləməsi və psixoloji problemlər yarada biləcəyini qeyd ediblər. Eyni zamanda vurğulanıb ki, uşaqların rəqəmsal mühitdən uzaqlaşdırılması deyil, onlar üçün təhlükəsiz və faydalı məzmunun artırılması daha effektiv yanaşmadır.

🔰İctimai dinləmədə uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, valideynlərin rəqəmsal savadlılığının artırılması və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

🖇️ https://family.gov.az/az/news/usaqlarin-reqemsal-muhitde-zererli-mezmun-ve-tesirlerden-qorunmasi-muzakire-edilib

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 20/06/2026

Dövlət İdarəçilik Akademiyasında hüquqi məlumatlandırma seminarı keçirilib

Hüquqi məlumatlndırma seminarını Dövlət İdarəçilik Akademiyasının (DİA) hüquqşünası Vacib Eldarov keçirmişdir.

Seminarın məqsədi əməkdaşların son illərdə Azərbaycan Respublikasının qanunvericiliyində baş vermiş dəyişikliklər, əmək qanunvericiliyinin aktual tələbləri və normativ-hüquqi aktların tətbiqi ilə bağlı məlumatlandırılması, habelə qanunvericiliyin sistemli şəkildə izlənməsinin və hüquqi tələblərə əməl olunmasının əhəmiyyətinin izah edilməsindən ibarət olub.

Seminar zamanı əmək qanunvericiliyində aparılmış islahatlar, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək intizamı, işçilərin hüquq və vəzifələri, intizam məsuliyyəti, əmək müqavilələrinə xitam verilməsi qaydaları, həmçinin qanunvericilikdə baş verən dəyişikliklərin mütəmadi monitorinqi və institusional fəaliyyətə inteqrasiyası məsələləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin davamlı izlənməsi, normativ-hüquqi aktlardakı yeniliklərin operativ tətbiqi və əməkdaşların hüquqi məlumatlılığının artırılması təhsil müəssisələrinin keyfiyyət təminatı sisteminin mühüm elementlərindəndir.

Seminar iştirakçıların suallarının cavablandırılması və qanunvericilikdəki yeniliklərin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi ilə başa çatıb.

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 19/06/2026

“Azərbaycan dövlətinin şəhərsalma və memarlıq siyasətinin hüquqi əsasları” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq, 17 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən ASAN Xidmət mərkəzlərinin əməkdaşları üçün “Azərbaycan dövlətinin şəhərsalma və memarlıq siyasətinin hüquqi əsasları” mövzusunda təlim keçirilmişdir. Akademiyanın Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin apardığı təlimdə iştirakçılara şəhərsalma və memarlıq sahəsində dövlət siyasətinin hüquqi əsasları və müvafiq qanunvericilik barədə məlumat verilmişdir.

Professor İsaxan Vəliyev çıxışı zamanı Azərbaycan Respublikasında şəhərsalma və memarlıq siyasətinin formalaşmasının hüquqi və institusional əsaslarını geniş şəkildə təhlil etmiş, şəhərsalma və memarlıq fəaliyyətinin anlayışı, məqsədləri və hüquqi mahiyyəti, bu sahədə dövlət tənzimlənməsinin əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir. Təlimdə şəhərsalma fəaliyyətinin ətraf mühitin mühafizəsi, tarixi-mədəni irsin qorunması və davamlı məskunlaşma prinsipləri ilə qarşılıqlı əlaqəsi də geniş müzakirə olunmuşdur.

Təlim çərçivəsində tarixi və memarlıq irsinin qorunması sahəsində beynəlxalq hüquqi sənədlərin rolu xüsusi diqqət mərkəzində olmuşdur. Bu kontekstdə 1931-ci il Afina Xartiyasının və 1964-cü il Venesiya Xartiyasının tarixi abidələrin mühafizəsi və bərpası sahəsində müəyyən etdiyi fundamental prinsiplər, habelə həmin sənədlərin müasir hüquqi yanaşmaların formalaşmasına təsiri təhlil edilmişdir. Professor İsaxan Vəliyev tərəfindən iştirakçılara Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları üzrə I HABİTAT Konfransının nəticələri ilə yanaşı, şəhərsalma sahəsində digər beynəlxalq əməkdaşlıq mexanizmləri ilə bağlı geniş məlumat təqdim edilmişdir.

Təlim zamanı ümummilli lider Heydər Əliyevin şəhərsalma siyasətinin əsas istiqamətləri, Azərbaycanın şəhərsalma sisteminin formalaşması və inkişafında rolu, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən islahatlar, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və müasir şəhərsalma yanaşmaları barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin əhəmiyyəti və tətbiqi məsələləri izah edilmişdir.

Təlim interaktiv müzakirələr şəraitində davam etmiş, iştirakçıları maraqlandıran suallar professor İsaxan Vəliyev tərəfindən cavablandırılmış, şəhərsalma və memarlıq sahəsində aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçıların şəhərsalma və memarlıq sahəsində hüquqi biliklərinin dərinləşdirilməsinə, habelə müvafiq sahədə peşəkar səriştələrinin inkişafına töhfə vermişdir.

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 18/06/2026

Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti İİTKM -də və KOBİA -da olublar
16 və 17 iyun tarixlərində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyində ( KOBİA) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dəstəyi ilə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
İştirakçılar dövlət idarəçiliyində innovativ həllərin tətbiqinin genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

18/06/2026

DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə "Könüllülükdən təşkilat rəhbərinə qədər uzanan yol" mövzusunda “MAG TV”-yə müsahibə vermişdir.

17/06/2026

DİA - nın təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3 (üç) professor və 1 (bir) doktorantdan ibarət elmi-tədqiqat qrupu Azərbaycan Respublikasında innovativ dövlət idarəetmə texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya sahəsində həyata keçirilən islahatlar, eləcə də formalaşdırılmış qabaqcıl idarəçilik təcrübəsinin öyrənmək məqsədilə Bakıda səfərdədirlər. Bu gün DİA -nın rektoru, akademik Urxan Ələkbərov onları qəbul etmişdir

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 15/06/2026

DİA -da Milli Qurtuluş Günü qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən DİA-nın Tədris işləri üzrə prorektoru Əlikram Abdullayev 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində müstəsna əhəmiyyətindən danışıb. O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni dərin siyasi böhrandan və vətəndaş qarşıdurması təhlükəsindən xilas edib, Azərbaycanın inkişaf və tərəqqi yoluna çıxmasının əsasını qoyub.

Daha sonra keçirilən elmi-praktik konfransda Milli Məclisin deputatı, DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti Aydın Mirzəzadə, DİA-nın “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının dosenti Fəxrəddin Nağıyev və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər.

Məruzəçilər vurğulayıblar ki, Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şərəfli və taleyüklü səhifələrindən biridir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir.

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 13/06/2026

DİA -nın professor - müəllim heyəti Heydər Əliyev Mərkəzində olublar

İyunun 12-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Halın tərcüməsi” sənədli filmi nümayiş olundu. Müəllifi Mirşahin Ağayev olan sənədli film müxtəlif illərdə Ümummilli Lider Heydər Əliyevin verdiyi müsahibələr, çıxışlar və nadir arxiv materialları əsasında hazırlanıb.

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 13/06/2026

Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları üçün təlim keçirilib

10 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələrin yeri və rolu” mövzusunda onlayn təlim təşkil olunub. Təlimin əsas məqsədi dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələrin əhəmiyyəti, dövlət orqanlarının cəmiyyətlə effektiv kommunikasiya mexanizmləri, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqi istiqamətində iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi olub.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Məzunlarla iş sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Şükürov tərəfindən keçirilib. Təqdimat zamanı dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələrin strateji əhəmiyyəti, dövlət qurumlarının fəaliyyətində informasiya siyasətinin rolu, vətəndaşlarla qarşılıqlı etimada əsaslanan kommunikasiyanın qurulması, eləcə də ictimai rəyin öyrənilməsi və idarə olunması məsələlərinə toxunulub.

Anar Şükürov çıxışında qeyd edib ki, müasir dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələr yalnız məlumatlandırma funksiyası daşımır, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, ictimai etimadın artırılması və dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, dövlət qurumlarının fəaliyyətində açıq kommunikasiya, operativ informasiya mübadiləsi və vətəndaş yönümlü yanaşmanın vacibliyini vurğulayıb.

Təlim çərçivəsində iştirakçılarla dövlət idarəçiliyində kommunikasiya strategiyalarının hazırlanması, böhran kommunikasiyası, media ilə əməkdaşlıq, rəqəmsal kommunikasiya vasitələrinin tətbiqi və ictimaiyyətlə əlaqələr sahəsində müasir yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu üzrə praktiki nümunələr təqdim edilib.

Qeyd edilməlidir ki, bu kimi təlimlərin keçirilməsi dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılmasına, dövlət orqanları ilə vətəndaşlar arasında səmərəli kommunikasiyanın inkişafına, ictimai etimadın gücləndirilməsinə və dövlət idarəçiliyində şəffaflıq prinsiplərinin təşviqinə xidmət edir.

Photos from DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası's post 12/06/2026

ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq 09 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təlim keçirilmişdir. Təlim ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təşkil olunmuşdur. DIA -nın rektoru, akademik Urxan Ələkbərovun təqdim etdiyi “Şəhərsalma və memarlıqda innovativ davamlı inklüziv inkişaf siyasəti: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda keçirilən təlim zamanı müasir şəhərsalma siyasəti, memarlıqda innovativ yanaşmalar və bu sahədə tətbiq olunan qabaqcıl idarəetmə mexanizmləri təqdim edilmişdir.

Təlimdə şəhərsalma və memarlıq sahəsində beynəlxalq yanaşmalar və milli təcrübə kompleks şəkildə təhlil olunmuşdur. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində keçirilən qlobal forumların xronologiyası, inklüziv və davamlı yaşayış mühitinin formalaşdırılması istiqamətində qəbul olunmuş yanaşmalar, eləcə də Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq təcrübəsi iştirakçıların diqqətinə çatdırılmışdır.

Akademik Urxan Ələkbərov çıxışında dövlət idarəçiliyində inkişaf məqsədlərinin təkamülünü izah edərək, ümumi daxili məhsul, insan inkişaf indeksi, davamlı inkişaf indeksi və inklüziv inkişaf göstəricilərini müqayisəli şəkildə təqdim etmişdir. Bu indikatorların şəhərsalma siyasətində prioritetlərin müəyyənləşdirilməsində mühüm rol oynadığı qeyd olunmuşdur.

Təlim zamanı resursların səmərəli idarə olunması və enerji istehlakı mədəniyyəti məsələlərinə də toxunulmuş, fərdi davranışın rolu, texnoloji tənzimləmə mexanizmləri, eləcə də təhsil və maarifləndirmənin əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, davamlı şəhər mühitinin formalaşdırılması yalnız infrastruktur layihələri ilə deyil, həm də effektiv idarəetmə yanaşmaları və cəmiyyətin davranış modelləri ilə bilavasitə bağlıdır.

Akademik Urxan Ələkbərov qeyd etmişdir ki, müasir şəhərsalma siyasəti infrastruktur inkişafı ilə məhdudlaşmır, sosial inklüzivlik, ekoloji tarazlıq və texnoloji innovasiyaların inteqrasiyasını özündə birləşdirən kompleks yanaşma tələb edir. O, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi islahatların ölkəni regionda qabaqcıl mövqeyə çıxardığını diqqətə çatdırmışdır.

Təlim çərçivəsində təqdim olunan materiallar iştirakçılara şəhərsalma və memarlıq sahəsində müasir yanaşmaların praktiki tətbiqi ilə bağlı biliklərini genişləndirmək imkanı yaratmışdır. Tədbir interaktiv və diskussiya formatında davam etmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Azərbaycan Respublikası, Bakı ş. , Səbail R. , AZ 1001, Lermontov Küç. 74
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00