Eazi Start Startup School

Eazi Start Startup School ADNSU Startup School & Innovation Center Məktəbə qeydiyyat 29 dekabr 2015-ci ildə başlanıb, İştirakla bağlı 247 nəfər müraciət edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin yaradıcılığı və təşəbbüslərinin realizə edilməsi məqsədilə startap mərkəzinin yaradılması ilə bağlı təşəbbüs rektor Mustafa Babanlı tərəfindən 2015-ci ilin payızında irəli sürülüb. “Eazi START” adı almış bu mərkəz özündə startap məktəbini, ko-vorkinq məkanını və laboratoriyanı əhatə edir. Startap məktəbində ilk olaraq ən kreativ tələbələ

rə startap, ixtiraçılıq və biznes haqqında ən əsas biliklərin verilməsi məqsədilə təlim aparılması üçün Ukrayna və İsraildən olan mütəxəssislərlə razılığa gəlinib. Müvafiq yoxlamadan sonra məktəbin ilkin mərhələsində iştirak üçün 100 nəfərin namizədliyi təsdiqlənib. Onlar arasında yerli tələbələrlə yanaşı, digər ali məktəblərin nümayəndələri, həmçinin əcnəbi vətəndaşlar da var idi.
İlk mərhələ 6 ay- 2016-cı ilin yanvarından iyununadək davam edib. Mərkəzin tərəfdaşları və mentorları İqor Peer (“Be Next IT” biznes inkubatoru, İsrail) və İnna Malyukova (“Sikorsky Challange” Startap məktəbi və biznes inkubatoru, Ukrayna) iştirakçılarla təlimlər keçib. Proqrama görə, ilk 2 ay ərzində qrup təlimlərində startaplar, innovativ biznes haqqında ümumi biliklər verilib, sonrakı iki ay ərzində isə iştirakçıların ilkin təşəbbüs və layihələri ilə bağlı fərdi işlər aparılıb.

İnkişaf etdirilməsi üçün seçilmiş 15 təşəbbüs və layihənin təqdimat halına salınması, biznes-planlarının işlənməsi, prototiplərinin hazırlanması ilə bağlı çalışmalar may-iyun aylarında davam etdirilib.

30 iyun 2016-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində startap məktəbinin ilk buraxılışı təşkil olunub və festivalda 15 layihə müvafiq komandalar tərəfindən qonaqlara təqdim edilib. Tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadə, Təhsil Naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri, universitet rəhbərləri, yerli və əcnəbi investorlar iştirak edərək təqdim olunan layihələri yüksək qiymətləndiriblər. Tədbirdə iştirak edən israilli iş adamları və sərmayəçilər bəzi layihələrin çox asanlıqla dünya bazarına çıxarılmasının mümkünlüyünü də qeyd edib. Elə tədbir günü “Eazi START” mərkəzinin rəsmi açılışı baş tutub, qonaqlar startapçı gənclər üçün ADNSU-da yaradılmış şəraitlə tanış olublar. Hazırda mövcud layihələr həm softver, həm də hardver işləri əhatə edir. Əsasən kompüter proqramları və mobil tətbiqlərlə bağlı olan layihələr “Eazi START” mərkəzində komandaların özləri tərəfindən həyata keçirilir. Bu işdə Universitetin İnformasiya Texnologiyaları Departamenti də yaxından iştirak edərək öz məsləhət və töhfələrini verməkdədir. Mühəndislik işləri isə tələbələrin ixtiyarına verilmiş xüsusi laboratoriyada həyata keçirilir. Hər bir layihə ilə bağlı Universitetin müvafiq kafedrasından bir və ya bir neçə müəllim məsləhətçi qismində çıxış edir, tələbələri düzgün yönləndirməyə çalışır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Eazi START” mərkəzi vasitəsilə layihələrin inkişafına daha çox dəstək göstərmək niyyətindədir. 2017-ci ilin əvvəli üçün artıq bir neçə layihə üzrə prototiplərin hazır olunmasından sonra onların yerli və xarici bazara çıxarılması üçün daha çox işlər görüləcək, tələb və təklifdən asılı olaraq kütləvi istehsal təşkil ediləcək. Növbəti təlim sikli 2017-ci ilin əvvəlində başlayacaq yenə də əvvəlcədən qurulmuş plan üzrə təxminən 6 ay davam edəcəkdir.

IV "TUSİ" İnkubasiya proqramı ilə bağlı sonuncu infosessiyamız baş tutdu. 👨‍🏫Azərbaycan Dövlət Neft və Sənaye Universite...
18/03/2025

IV "TUSİ" İnkubasiya proqramı ilə bağlı sonuncu infosessiyamız baş tutdu. 👨‍🏫
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutan görüşdə tələbələrə inkubasiya proqramı ilə bağlı məlumat verdik və onların suallarını cavabladıq. ✅
Siz də inkubasiya proqramına qatılmaq istəyirsinizsə,
https://gub.icenter.az/home saytına daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
. Eazi Start Startap

ADNSU-nun 2 tələbəsi “AzerGold”un 4-cü Təqaüd proqramının qalibi olubAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (A...
03/03/2025

ADNSU-nun 2 tələbəsi “AzerGold”un 4-cü Təqaüd proqramının qalibi olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2 nəfər tələbəsi “AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ali və peşə təhsil müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramının qalibi olub.
ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin (GKF) “Mədən mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Hünbət İsmayıllı və ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geoloji kəşfiyyat fakültəsinin (GKF) “Geologiya ve geofizika mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Zahid Qədirov 4-cü Təqaüd proqramının qalibi seçilib.

28/02/2025

ADNSU-da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Anım mərasimində Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan və insanlığa qarşı törədilən Xocalı soyqırımından və bu amansız cinayətin beynəlxalq ictimaiyyətə soyqırımı kimi tanıdılmasında və təbliğ edilməsində gənclərin rolundan bəhs olunub.
Diqqətə çatdırılıb ki, 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yenilməz ordusu torpaqlarımızı, o cümlədən Xocalını düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi və bu gün Xocalıda Azərbaycan bayrağı qürurla dalğalanır.

ADNSU-nun rektoru tələbələrlə görüşübFakültələr üzrə II və IV kurs tələbələri ilə keçirilən görüşdə tələbələrin üzərinə ...
28/02/2025

ADNSU-nun rektoru tələbələrlə görüşüb
Fakültələr üzrə II və IV kurs tələbələri ilə keçirilən görüşdə tələbələrin üzərinə oxumaq və özünü inkişaf etdirmək kimi mühüm vəzifə düşdüyünü qeyd edən rektor, dosent Rüfət Əzizov universitetdə tədrisin keyfiyyətinin inkişaf etdirilməsi və mövcud problemlərin aradan qaldırılmasında komanda olaraq hər kəsin üzərinə düşən işi yüksək səviyyədə icra etməsinin vacibliyini vuğulayıb.
Görüşdə həmçinin, universitetin maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırılması, mövcud resurslardan düzgün istifadənin təmin olunması, tələbələrin startup ideyalarının dəstəklənməsi, tələbə klublarının formalaşması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və digər bu kimi məsələlərə toxunub, görüləcək işlərdən, perspektivlərdən bəhs olunub.
Sonra tələbələr rektora suallar ünvanlayıblar. İmtahanlar, laboratoriyalar, ixtisas proqramları, kitabxana, təcrübə və karyera məsələləri ilə bağlı irad və təkliflərini bildiriblər. Hər bir sual rektor tərəfindən ətraflı cavablandırılaraq qaldırılan problemlərin həlli ilə bağlı tapşırıqlar verilib.

ADNSU tələbələri üçün TEKNOFEST haqqında infosessiya keçirilibFevralın 19-da “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFE...
20/02/2025

ADNSU tələbələri üçün TEKNOFEST haqqında infosessiya keçirilib
Fevralın 19-da “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin ADNSU tələbələri üçün infosessiyası keçirilib.
Suallar ilə bağlı Adnsu Eazi Start startap mərkəzinə müraciət edə bilərsiniz.🏆🥇

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-100” adı verilibPrezident...
20/02/2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-100” adı verilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 100 illiyi silsilə tərdbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının tarixini bundan sonra Balaxanı hasilat ərazisində bir əsrlik yaşı olan neft quyusu adında əks etdirəcək. “ADNSU-100’ adlanan quyu barədə sertifikatı “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosent Rüfət Əzizova təqdim edib.

ADNSU tələbələri təqaüdə layiq görülübAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü olan Azərbaycan Tə...
19/02/2025

ADNSU tələbələri təqaüdə layiq görülüb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tələbələrin akademik uğurlarını və ictimai fəallığını dəyərləndirərək 100 gəncə adlı təqaüd təqdim edib.
Bu mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 7 tələbəsi – Səfərov Sərxan, Kərimov Nicat, Əliyeva Kamilla, Babayev Çələbi, Əhmədli Rauf, Orucov Yusif, Abdullayev İlkin də var.
Tələbələrimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirik.

Əziz tələbələr, Türkiyədə keçiriləcək TEKNOFEST-2025-ə hazırlıq davam edir. Bununla bağlı ADNSU-da keçiriləcək görüşə hə...
18/02/2025

Əziz tələbələr, Türkiyədə keçiriləcək TEKNOFEST-2025-ə hazırlıq davam edir. Bununla bağlı ADNSU-da keçiriləcək görüşə hər biriniz dəvətlisiniz. İdeyaları reallaşdırmağın tam zamanıdır. 🇹🇷🇦🇿🧑‍💼👩‍💼

Eazi Start Startup mərkəzi.💡⬆️

Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı  və Azərbaycanın aparıcı ali təhsil müəssisələri a...
18/02/2025

Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında strateji əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.
Ətraflı: https://asoiu.edu.az/single_news/2903

Əziz ADNSU tələbələri!📢Növbəti TEKNOFEST Festivalına qeydiyyat davam edir. Belə ki, 2025-ci ildə İstanbul şəhərində va Ş...
18/02/2025

Əziz ADNSU tələbələri!
📢Növbəti TEKNOFEST Festivalına qeydiyyat davam edir. Belə ki, 2025-ci ildə İstanbul şəhərində va Şimali Kipr Türk Respublikasında TEKNOFEST Festivalı keçiriləcək.
📍TEKNOFEST-2025-də iştirak üçün komandaların son müraciət tarixi 20 fevraldır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://teknofest.org/tr/y
Festival haqqında ətraflı məlumatı isə www.teknofest.org internet səhifəsindən əldə edə bilərsiniz.

ADNSU tələbələri "GreenTech- 2" Startap və Yaşıl Texnologiyalar müsabiqəsində iştirak edəcək2025-ci il 17 aprel tarixind...
18/02/2025

ADNSU tələbələri "GreenTech- 2" Startap və Yaşıl Texnologiyalar müsabiqəsində iştirak edəcək
2025-ci il 17 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin 55 illiyinə həsr edilmiş “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin keçiriləcək.
Müsabiqənin məqsədi Azərbaycanda texnoloji yeniliklər və yaşıl texnologiyalar istiqamətində inkubasiya mühitinin inkişafına dəstək olmaqdır. Yarış iştirakçıların rəqəmsal ekologiya, ətraf mühitin monitorinqi və təhlili, ağır yüklərin daşınması üçün dron və avadanlıq, eləcə də insanlıq üçün faydalı texnoloji həllər kimi bir çox sahələrdə yaradıcı fikirlərini ortaya qoymalarını təmin edəcək.
ADNSU-nun tələbələri də Startap və Yaşıl Texnologiyalar müsabiqəsində iştirak üçün dəvətlidir.

Address

Azadlıq Pr. 20
Baku
AZ1010

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00

Telephone

+994773971767

Alerts

Be the first to know and let us send you an email when Eazi Start Startup School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eazi Start Startup School:

Shortcuts

Share

Category