Baku GoldenHorse Therapeutic and Educational Center

Baku GoldenHorse Therapeutic and Educational Center

Share

Приглашаем всех на Конные Прогулки. Смело приезжайте в наш центр, если хотите пообщаться с самыми умными и красивыми животными на земле.

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 02/04/2022

Ümumdünya Autizm Maarifləndirmə Günü 2008-ci ildən etibarən hər il aprelin 2-də qeyd edilir.
Bu tarixin məqsədi autizmli insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq zərurətini vurğulamaqdır.
Bu il Araz Supermarket kollektivi ilə birgə “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyindən olan dostlarımızı yenidən qonaq etdik. Uşaqlar atlarla tanışlıqdan sonra terapiyamızda iştirak etdilər. Daha sonra Araz könüllüləri hədiyyələri kiçik dostlarımıza təqdim etdilər.
Klubumuz əlilliyi olan insanlara kömək etmək üçün hippoterapiyadan istifadə etməklə xeyriyyə aksiyaları keçirir. ✨

11/11/2021

Sərxan bəy, özəl gününüzdə sizə xoş arzularımızı çatdırırıq. Komandamız adından kiçik sürprizimizi qəbul edin. Təbrik edir və bir ömür boyunca xoşbəxtlik diləyirik.
Imza: Sizi sevən dostlarınız

21/06/2021

Əziz dostlar! Bildiyiniz kimi sosial layihələrimiz tez-tez olur! Bu dəfə də dost təşkilatlarla daun sindromlu balalar üçün gözəl bir gün təşkil etdik🤗❤ Ümid edirik ki, pandemiya şərtləri yumşaldıqca kiçik dostlarımızla daha tez tez görüşmək imkanımız olacaq🙏
İppoterapiya at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Məqsədimiz uşaqların arzularını həyata keçirmək və onları sevindirmək, bu kateqoriyadan olan şəxslərin bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedoqoji reabilitasiyasına, onların ailələrinə dəstək göstərməkdir.

"Hər şey mümkündür" layihəsi Qırmızı Ürəklər Fondu / Red Hearts Foundation və Kapital Bankın təşkilatçılığı, Baku GoldenHorse Therapeutic and Educational Center-in dəstəyi ilə həyata keçirildi.

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 20/04/2021

Autizm Maariflandirmə ayı davam edir. Pandemiya ilə əlaqədar müxtəlif günlərdə az sayda uşaq dəvət edə bilirik. Радуга , "Simurq" Uşaq İnkişaf Mərkəzindən olan dostlar qonağımız oldular🤗❤

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 02/04/2021

Autizm xəstəlik deyil, biz sadəcə fərqliyik🤗❤
Bildiyiniz kimi 2 Aprel Ümumdünya Autizm Maarifləndirmə Günüdür! Son 6 ili bu günü autizmli dostlarla keçirirdik. Pandemiya ilə əlaqədar bu il onlarla ancaq online görüşə bildik.
Əziz dostlar! İnşAllah tezliklə bu problemlər hamısı həll olar və biz sizinlə canlı görüşlər təşkil edə biləcəyik. Uşaqların atlarla kontakta girməsi, onlara qulluq etməyi öyrənməsi, üzlərindəki gülüş başladığımız bu yolda bizdə böyük qürur hissi yaradır və daha böyük işlər görməyə stimul yaradır. Əlbəttə ki, bu bizim komandasının köməyi ilə baş tutur.

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 21/03/2021

21 Mart Beynəlxalq Daun Sindromlu İnsanların Günüdür🤗 Biz də gözəl komandamız ilə daima onlara dəstək olmağa, onlarla maraqlı vaxt keçirməyə çalışmışıq! İnşAllah tezliklə pandemiya bitəcək, mərkəzimizdə uşaqlarla tez tez görüşəcəyik! Gününüz mübarək olsun dostlar❤👏

03/03/2021

❄🐎🌨❤

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 03/03/2021

Qış nağılı 🌨❄ Mərkəzimizdə Bakıya yağan qardan istifadə edərək, dünyanın ən gözəl at cinslərindən biri olan Friz(Friesian horse) və gözəl ponimiz Nazlı ilə maraqlı bir fotosessiya 🐎😍
fotolar üçün Ramin Aslanov Photographer təşəkkürlər👏👍

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 02/04/2020

2 Aprel - Dünya Autizm Məlumatlandırma günüdür. Autizm xəstəlik deyil, sadəcə bir fərqlilik və xüsusilikdir. Bu illər ərzində müxtəlif mərkəzlərdən yüzlərlə autizmli uşaq təşkil etdiyimiz terapiyalarda iştirak ediblər. Adətən bugünü biz kiçik dostlarımızla keçirirdik. Sadəcə hazırda dünyada və ölkəmizdə yayılmış pandemiya ilə bağlı -malıyıq. Əziz dostlar evdə qalaq ki, tezliklə sağlam, problemsiz görüşə bilək❤

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 21/03/2020

21 Mart Beynəlxalq Daun Sindromu günüdür. Tezliklə dünyada yaşanan böhran(koronavirus) bitdikdən sonra əziz dostlarımızı yenə mərkəzimizə dəvət edəcəyik İnşAllah🙏 Sizin üçün çox darıxmışıq❤🤗

Xruşovla kraliçanı dost edən Qarabağ atları – Onların qiyməti 50-100 mindən başlayır 07/02/2020

Milli sərvətimiz olan Qarabağ atlarını erməni dığaları yenə öz adlarına çıxarmaq istəyiblər. 4000 ilə yaxın tarixi olan bir at cinsimiz var, uzun illər Azərbaycan böyük beynəlxalq tədbirlərdə "Qızılı" atlarımızı nümayiş etdirib. Hər birimizin borcudur ki, bu gözəl milli sərvəti qoruyub gələcək nəsillərə ötürək. Mən də növbəti dəfə Qarabağ atlarımız haqqında kiçik müsahibə verdim. P.S Terapiyalarımızda daima bü gözəl, uşaqlarımıza qulluq edən, onlarla əla münasibət quran atlardan istifadə edirik❤

Xruşovla kraliçanı dost edən Qarabağ atları – Onların qiyməti 50-100 mindən başlayır Ermənilər bu dəfə Azərbaycan xalqına məxsus Qarabağ atlarını özününküləşdirir. Bunun üçün işğal altındakı Xocalının Muxtar kəndində yeni atçılıq mərkəzi yaradıblar. Hətta mərkəzdə Qarabağ atlarının sayının artırılması və sonradan xaricə satılması da p...

Photos from Baku GoldenHorse Therapeutic and Educational Center's post 05/12/2019

BMT Baş Assambleyası 1985-ci ildə hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Bizim təşkil etdiyimiz İppoterapiya təlimlərini də könüllülərsiz təsəvvür etmək mümkün olmazdı. Əziz dostlar! Artıq 5 ildir ki, birlikdə yüzlərlə xüsusi uşağın həyatında fiziki və emosional dəyişikliyə səbəb olduq, onların daha da sosiallaşması üçün əlimizdən gələni edirik. İnşAllah irəlidə daha çox uşağa dəstək olarıq🙏 Bizim terapiyalarda çox aktiv iştirakınız və bizə dəstək olduğunuz üçün sizə minnətdarıq❤👏🤗

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Necef Nerimanov 34
Baku

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00