AMEA Mərkəzi Elmi Kitabxana

AMEA Mərkəzi Elmi Kitabxana AMEA-nın Mərkəzi Elmi Kitabxanası kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov Özbəkistanın kitabxanaları, universi...
23/08/2026

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov Özbəkistanın kitabxanaları, universitetləri və elmi informasiya qurumları ilə aparılan əməkdaşlıq haqqında AZƏRTAC-a açıqlama verib.

Prezident İlham Əliyevin Özbəkistanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm elmi və təhsil sahəsində əməkdaşlığın genişlənməsində də özünü göstərir. Dövlətimizin başçısının iki ölkə arasında elm, təhsil, innovasiya və mədəniyyət sahələrində ....

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun Mərkəzi Elmi Kitabxananın 101 il ə...
19/08/2026

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun Mərkəzi Elmi Kitabxananın 101 il ərzində keçdiyi inkişaf yolu, müasir fəaliyyəti və gələcək inkişaf istiqamətlərindən bəhs edən “Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi” adlı məqaləsi AZƏRTAC-da yayımlanıb.

Aşağıdakı linkə keçid etməklə məqalə ilə yaxından tanış olmaq mümkündür.

Bir xalqın intellektual tarixini yalnız alimlər, elmi kəşflər və mühüm hadisələrlə ölçmək olmaz. Bu tarixin formalaşmasında elmi irsi qoruyan və nəsildən-nəslə ötürən kitabxanaların da mühüm rolu var. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasın...

MEK-də Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlarla bağlı konfrans keçirilibAvqustun 7-də Azərbaycan M...
07/08/2026

MEK-də Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlarla bağlı konfrans keçirilib

Avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans keçirilib. Konfrans Mərkəzi Elmi Kitabxananın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycan dilinin milli kimliyimiz, tarixi yaddaşımız və mədəni irsimizin ən mühüm daşıyıcısı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin dövlət dili kimi möhkəmlənməsinə, qorunmasına və inkişafına daim diqqətlə yanaşıb və bu siyasət bu gün ardıcıl şəkildə davam edir: "Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır və dövlətimizin başçısı ana dilimizi “toxunulmaz sərvətimiz” adlandıraraq onun xarici təsirlərdən qorunmasının və saflığının mühafizə edilməsinin vacibliyini hər zaman vurğulayır. Ölkə başçısının 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı dilimizin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olması ilə bağlı çox önəmli bir çağırışı oldu. Düşünürəm ki, elə həmin çağırış bu tədbirin əsas mesajı olmalıdır".

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyevanın sözlərinə görə, xarici dil elementlərinin nizamsız şəkildə istifadəsi, sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması və ünsiyyət mədəniyyətində müşahidə olunan meyillər elmi yanaşma tələb edir. Bu baxımdan elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti Azərbaycan ədəbi dilinin qorunmasının əsas təminatıdır: "Dövlət dili yalnız hüquqi statusla deyil, həm də gündəlik istifadədə yüksək mədəniyyət nümunəsi ilə yaşayır. Dilimizi yaşatmaq üçün onu düzgün danışmaq, yazmaq və elmi əsaslarla inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həm də ictimai məsuliyyətdir, peşə etikasıdır, milli mədəniyyətin qorunmasına töhfədir".

Konfrans panel sessiya ilə davam edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Uşaq və gənclərdə ana dilinə sevginin formalaşdırılmasında təhsilin rolu”, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnsitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunmasında monitorinq mexanizmləri”, Xalq artisti Nurəddin Mehdixanlı “Ana dili – Milli kimliyin və mədəni irsin əsas sütunu”, ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının təsisçi direktoru, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva “Medianın Azərbaycan dilinin saflığının qorunmasında rolu” mövzusunda çıxışlar ediblər.

Tədbir müzakirələrlə davam edib.

Konfrans zamanı, həmçinin “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin üzvü Nuray Şahsuvarlı Bəxtiyar Vahabzadənin "Ana dili" şeirini səsləndirib.

https://azertag.az/xeber/azerbaycan_dilinin_safliginin_qorunmasi_ve_aktual_chagirislar___konfrans_video-4357429

Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçid pro...
01/08/2026

Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi tam başa çatıb və avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub.

MEK tərəfindən Səməd Vurğunun 120 illiyinə həsr olunmuş rəqəmsal məlumat bazası hazırlanıbBu gün Azərbaycan Yazıçılar Bi...
31/07/2026

MEK tərəfindən Səməd Vurğunun 120 illiyinə həsr olunmuş rəqəmsal məlumat bazası hazırlanıb

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evində AMEA alimlərinin “Elm, ədəbiyyat və sosial həyat” (“Fizika və lirika – IX”) adlı ədəbi-bədii tədbir keçirilib.

AMEA, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, AYB və Akademiyanın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas, ictimai xadim, akademik Səməd Vurğunun 120 illiyinə həsr olunub.

Tədbirdə Səməd Vurğunun zəngin yaradıcılıq irsinin öyrənilməsi, tədqiqi və təbliği, eləcə də müasir rəqəmsal texnologiyalar vasitəsilə geniş auditoriyaya çatdırılması istiqamətində həyata keçirilən layihələrdən də bəhs olunub.

Tədbir zamanı AMEA Mərkəzi Elmi Kitabxanasının Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva MEK tərəfindən hazırlanmış Səməd Vurğunun 120 illiyinə həsr olunmuş rəqəmsal məlumat bazasını təqdim edib.

Bildirilib ki, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə AMEA-da həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq, AMEA prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə Mərkəzi Elmi Kitabxanada görkəmli şairin zəngin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resurs hazırlanıb.

Şəfəq Əliyeva qeyd edib ki, Mərkəzi Elmi Kitabxanada yaradılan xüsusi məlumat bazası məzmun zənginliyi, elmi və bədii tutumu baxımından müstəsna əhəmiyyət daşıyır. Məlumat bazasında Səməd Vurğunun müəllifi olduğu, eləcə də onun həyat və yaradıcılığına həsr edilmiş 100-ə yaxın kitab, 21 avtoreferat, 21 video və 109 fotoşəkil yerləşdirilib.

Həmçinin şairin əsərləri əsasında hazırlanmış 4 film və tamaşa, 96 məqalə, 27 tərcümə əsəri, 200-ə yaxın şeirinin PDF formatında elektron nüsxəsi, 6 sənədli-publisistik film və şeirləri əsasında bəstələnmiş 17 mahnı təqdim edilir. Məlumat bazasında, eyni zamanda, MEK əməkdaşı Nailə Əmiraslan tərəfindən səsləndirilmiş 32 audioşeir də yer alıb.

Şəfəq Əliyeva bildirib ki, yubiley çərçivəsində həyata keçirilən təşəbbüslər arasında Mərkəzi Elmi Kitabxananın hazırladığı rəqəmsal məlumat bazası Səməd Vurğunun çoxşaxəli yaradıcılığını kompleks şəkildə əks etdirməsi ilə xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, layihənin əsas fərqləndirici cəhətlərindən biri onun elmi kitabxananın profilinə uyğun şəkildə formalaşdırılmasıdır. Belə ki, layihədə elm sahəsində çalışanlar, xüsusilə tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyan materiallara xüsusi diqqət yetirilib və Səməd Vurğunun həyat və yaradıcılığı ilə bağlı aparılmış elmi tədqiqatların avtoreferatlarının rəqəmsallaşdırılması həyata keçirilib.

Vurğulanıb ki, avtoreferatların elektronlaşdırılması milli elmi irsin arxivlərdən çıxarılaraq müasir rəqəmsal mühitə qaytarılması baxımından mühüm addımdır. Hər bir avtoreferat alimin Azərbaycan elminə verdiyi töhfəni əks etdirir. Bu elmi materialların rəqəmsallaşdırılması yerli elmi potensialın beynəlxalq müstəvidə tanıdılmasına, elmi irsin gələcək nəsillərə itkisiz ötürülməsinə imkan yaradır.

Bununla “milli irsə bağlılıq” prinsipi müasir dövrün tələbləri ilə uzlaşdırılıb, milli irsin müasir texnologiyalar vasitəsilə rəqəmsallaşdırılması həyata keçirilib. Qloballaşma dövrünün imkanlarından istifadə edilərək elmi kitabxananın müasir informasiya məkanı ilə inteqrasiyasına töhfə verilib.

Şəfəq Əliyevanın sözlərinə görə, layihə Səməd Vurğunun əsərlərindən, alimlərin elmi əməyindən və süni intellektin imkanlarından istifadə etməklə milli kimliyin rəqəmsal dünyada tanıdılmasına yeni imkanlar açır. Bu təşəbbüs milli-mənəvi dəyərlərin müasir informasiya cəmiyyətində yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm vasitədir.

Şəfəq Əliyeva bildirib ki, Mərkəzi Elmi Kitabxana Azərbaycanın elmi-ədəbi irsinin qorunması, rəqəmsallaşdırılması və qlobal rəqəmsal məkanla inteqrasiyası istiqamətində yeni mərhələyə qədəm qoyub.

“Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika – IX) adlı ədəbi-bədii tədbir keçirilibAzərbaycan Yazıçılar Birliyini...
31/07/2026

“Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika – IX) adlı ədəbi-bədii tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evində AMEA alimlərinin “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika - IX) adlı ədəbi-bədii tədbiri keçirilib.

AMEA, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, AYB və Akademiyanın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas, ictimai xadim, akademik Səməd Vurğunun 120 illiyinə həsr edilib.

Əvvəlcə AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ədəbi-bədii tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev çıxış edərək Xalq şairi Səməd Vurğunun Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olduğunu vurğulayıb, şairin zəngin yaradıcılığının vətənpərvərlik ruhunun aşılanmasında və ədəbi fikrin inkişafında müstəsna rol oynadığını bildirib. Sədr müavini qeyd edib ki, akademik Səməd Vurğunun irsi bu gün də öz aktuallığını qoruyur və yeni nəsillər üçün mühüm mənəvi məktəb rolunu oynayır.

Ətraflı aşağıdakı linkdə

https://science.gov.az/az/news/open/36752

MEK-də 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunubAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M...
31/07/2026

MEK-də 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Əlifbadan Zəfərə: Ana Dili İrsimiz” adlı tədbir keçirilib.

Mərkəzi Elmi Kitabxananın, YAP Yasamal rayon təşkilatının və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov giriş nitqi ilə açaraq Azərbaycan dilinin xalqımızın milli varlığının, mənəvi sərvətinin və müstəqilliyinin başlıca rəmzi olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsinin dövlətimizin ana dilimizə verdiyi ali dəyərin təzahürü olduğunu diqqətə çatdırıb. Direktor Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı Prezident İlham Əliyevin nitqini xatırladaraq Azərbaycan dilinin inkişafına dair prioritet hədəflərini müəyyənləşdirdiyini və bu istiqamətdə Akademiyada ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında ana dilimizin dövlətçilik tariximizin və milli həmrəyliyimizin təməl sütunu olduğunu qeyd edib. O vurğulayıb ki, hələ Sovet rejiminin sərt qadağaları dövründə Ümummilli Lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində rəsmi nitqini məhz ana dilində edərək milli özünüdərk prosesinin əsasını qoyub. Bəxtiyar Nəbiyev diqqətə çatdırıb ki, Ulu Öndərin uzaqgörən siyasəti və sarsılmaz iradəsi sayəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olunub, dilimizin hüquqi müdafiəsi təmin edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, o cümlədən ana dilimizə sahib çıxdığını vurğulayan natiq, gənclərin ana dilini dərindən bilməsinin və qorumasının vacibliyini, həmçinin hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin ana dilimizin dövlət dili kimi bərqərar olunması və inkişafı istiqamətində imzaladığı tarixi fərmanların bu gün də dövlət siyasətinin ana xəttini təşkil etdiyini xüsusi vurğulayıb. Sonda o, dilimizin zənginliyini və qüdrətini gələcək nəsillərə ləkəsiz şəkildə ötürməyin hər bir azərbaycanlının müqəddəs vətənpərvərlik vəzifəsi olduğunu bir daha ifadə edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov dövlət dilinin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli təfəkkürün və suverenliyin başlıca təzahürü olduğunu vurğulayıb. Millət vəkili qanunvericilik müstəvisində dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan söz açaraq, hər bir ziyalının və vətəndaşın bu prosesə öz töhfəsini verməli olduğunu bildirib. Göydəniz Qəhrəmanov əlavə edib ki, müasir dövrdə rəqəmsal məkanda və sosial platformalarda Azərbaycan dilinin düzgün tətbiqi, onun saflığının gözlənilməsi xüsusi diqqət tələb edən vacib məsələlərdəndir.

Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin inkişaf tarixi, dövlət dili siyasəti və müasir dövrdə qarşıda duran vəzifələrə həsr olunmuş məruzə ilə çıxış edib. O, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, zəngin ədəbi dil ənənələrindən və dövlət dili kimi formalaşması prosesindən bəhs edərək, ana dilimizin xalqımızın milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin əsas daşıyıcısı olduğunu vurğulayıb.

Professor bildirib ki, qloballaşma və sürətli elmi-texnoloji inkişaf şəraitində Azərbaycan dilinin zənginliyinin qorunması, söz ehtiyatının daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. O, qeyd edib ki, yeni terminlərin yaradılması, alınma sözlərin dil normalarına uyğun şəkildə tənzimlənməsi və Azərbaycan dilinin daxili imkanlarından səmərəli istifadə olunması bu sahədə əsas prioritetlərdəndir. Məruzəçi terminoloji bazanın müasir dövrün tələblərinə uyğun şəkildə davamlı yenilənməsinin, eləcə də yeni anlayışlara düzgün və uğurlu Azərbaycan dili qarşılıqlarının müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nadir Məmmədli bu məsələlərlə bağlı Prezident İlham AMEA-nın 80 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, dövlət başçısı Azərbaycan dilinə nəzarətsiz şəkildə daxil olan yad sözlərin gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini xüsusi vurğulayıb. Bu baxımdan, dilin saflığının qorunması, terminoloji və söz bazasının mütəmadi yenilənməsi, yeni anlayışların düzgün qarşılıqlarının müəyyənləşdirilməsi və söz seçiminə həssas yanaşılması Azərbaycan dilinin inkişafı istiqamətində mühüm vəzifələrdən biri kimi qiymətləndirilib.

Sonda məruzəçi dövlətin dil siyasətinə elmi dəstək vermək və ana dilimizin saflığını qorumaq AMEA Dilçilik İnstitutunun fundamental fəaliyyət xəttini təşkil etdiyini və bu istiqamətdə ardıcıl işlərin görüldüyünü, ilk dəfə olaraq məhz Dilçilik İnstitutunda süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqrafik bazası yaradılmağa başlanıldığını diqqətə çatdırıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova çıxışı zamanı dövlət dilimizin terminoloji bazasının zənginləşdirilməsi və elmi üslubun inkişafının müasir dilçiliyin əsas prioritetlərindən olduğunu bildirib. O qeyd edib ki, latın qrafikasına keçid Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını sürətləndirib, ana dilinin elmi potensialının artırılması və yeni terminlərin dilimizin qaydalarına uyğunlaşdırılması isə davamlı şəkildə həyata keçirilməlidir. Professor yersiz əcnəbi sözlərin istifadəsinin qarşısının elmi əsaslarla alınmasının və vahid terminoloji standartların tətbiqinin vacibliyini vurğulayaraq, gənc tədqiqatçıların bu sahəyə cəlb edilməsinin terminoloji bazanın inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Türkiyənin “Picksoft Bilişim Teknolojiler” şirkətinin nümayəndəsi Mərkəzi Elmi Kitabxanada olubAzərbaycan Milli Elmlər A...
30/07/2026

Türkiyənin “Picksoft Bilişim Teknolojiler” şirkətinin nümayəndəsi Mərkəzi Elmi Kitabxanada olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin “Picksoft Bilişim Teknolojiler” şirkətinin layihə üzrə meneceri Oğuz Akpınarla görüş keçirilib.
Görüş MEK rəhbərliyinin bu il Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri zamanı yaradılan əməkdaşlıq əlaqələrinin davamı olaraq təşkil edilib. Görüşdə MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov iştirak ediblər.

Qonaq əvvəlcə Mərkəzi Elmi Kitabxananın fondları və şöbələri, müasir kitabxana xidmətləri, elektron resursların idarə olunması, rəqəmsallaşdırma istiqamətində həyata keçirilən layihələr, eləcə də kitabxanada tətbiq olunan innovativ texnoloji həllərlə tanış olub.

Daha sonra Oğuz Akpınar təmsil etdiyi “Picksoft Bilişim Teknolojiler” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi və perspektivləri barədə ətraflı məlumat verib.

Görüş zamanı gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, MEK-in Gənc Alim və Mütəxəssislər Şu...
28/07/2026

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, MEK-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Cavid Məmmədlinin Almaniya-Azərbaycan strateji əlaqələrinə dair məqaləsi "525-ci qəzet"də dərc olunub.

27.07.26 - PREZİDENT İLHAM ƏLİYEVİN BERLİN SƏFƏRİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ...

Azərbaycan nümayəndə heyəti “Ərdəbil həftəsi”ndəAzərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində...
28/07/2026

Azərbaycan nümayəndə heyəti “Ərdəbil həftəsi”ndə

Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən ənənəvi “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” tədbirlərində iştirak edib.

Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil ediblər.

Şeyx Səfi kompleksində keçirilən “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü”nün rəsmi açılış mərasimində Ərdəbil vilayətinin Ostandarı, İran İslam Respublikası Ali Dini Rəhbərinin nümayəndəsi, İran İslam Respublikasının mədəniyyət naziri, Gilan Vilayətinin Ostandarı, İranın tanınmış səfəvişünas alimləri çıxış ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli “Tarixdə Səfəvilər – Ərdəbililər və Şeyx Səfiəddin Ərdəbili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan-İran elmi-mədəni əlaqələri fonunda ortaq tariximizə və mədəniyyətimizə böyük töhfələr vermiş Səfəvi və Ərdəbili soyadlı görkəmli şəxsiyyətlərin xidmətlərindən bəhs edilib, Şeyx Səfiəddin Ərdəbilinin “Qara məcmuə”sindəki şeirlərin və hekayələrin ədəbiyyat tarixindəki yeri və əhəmiyyətindən söz açılıb. Eyni zamanda, yeni tarixi dövrdə Azərbaycan-İran elmi-ədəbi və mədəni əlaqələrinin daha da genişləndirilməsi zərurəti diqqət mərkəzinə çəkilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli İran İslam Respublikasının mədəniyyət naziri, Ərdəbil Vilayətinin Ostandarı və Müqəddəs Ərdəbili adına Ərdəbil Dövlət Universitetinin rektoru ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi sahəsində apardığı məqsədyönlü siyasətin konkret nəticələrindən, eyni zamanda elm, təhsil, mədəniyyət və sair sahələrdə qarşılıqlı əməkdaşlığın yeni tarixi mərhələdə təşkili məsələləri müzakirə olunub. Tərəflər 2027-ci ildə Şah İsmayıl Xətainin anadan olmasının 540 illiyi münasibətilə Bakıda və Ərdəbildə beynəlxalq elmi konfransların keçirilməsi, Səfəvi tarixinə dair ortaq tədqiqatların aparılması, bu sahə üzrə zəruri elmi əsərlərin qarşılıqlı olaraq mübadiləsi və tərcümə edilməsi və ortaq mədəniyyətimizin müxtəlif sahələrinə dair sərgilərin təşkili barədə razılıq əldə ediblər.

Görüşlərdə Milli Məclisin deputatı Ceyhun Məmmədov və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak və çıxış edib, təkliflərini və mülahizələrini bildiriblər.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun İran İslam Respublikasının Ərdəbildən olan deputatları ilə görüşü təşkil olunub. Görüşdə ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Ərdəbil şəhərindəki qədim Şeyx Səfi Sarayı Kompleksini, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin və onun ulu babası, Səfəviyyə təriqətinin yaradıcısı Şeyx Səfiəddin Ərdəbilinin heykəllərini ziyarət edib.

Səfərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulu Taleh Zöhrabov nümayəndə heyətini müşayiət edib.

https://science.gov.az/az/news/open/36723

Address

AZ1143, Bakı şəhəri, Yasamal Rayonu, Akademiya şəhərciyi Hüseyn Cavid Prospekti 129
Baku

Opening Hours

Monday 09:45 - 22:00
Tuesday 09:45 - 22:00
Wednesday 09:45 - 22:00
Thursday 09:45 - 22:00
Friday 09:45 - 22:00

Telephone

+994125396178

Alerts

Be the first to know and let us send you an email when AMEA Mərkəzi Elmi Kitabxana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AMEA Mərkəzi Elmi Kitabxana:

Shortcuts

Share