09/08/2021
Aşağıdakılara əməl edərək övladınızın internet təhlükəsizliyini təmin edə bilərsiniz:
1.Uşağın elektron avadanlıqda (kompüter, telefon və s.) nəyə baxdığına mütəmadi nəzarət etmək;
2.Elektron avadanlıq qarşısında keçirilən vaxtı 6 yaşadək uşaqlar üçün 1 saat, 6 yaşdan yuxarı uşaqlar üçün isə 2 saatla məhdudlaşdırmaq;
3.Uşağın hansı məzmuna (sayt, video və s.) baxa biləcəyini onunla razılaşdırmaq və qadağaların səbəbini izah etmək;
4.Təhlükəli məzmundan qorunmaq üçün valideyn nəzarətində olan bir axtarış vasitəsindən (məsələn, Google Safe Search for Kids) istifadə etmək;
5.Uşaq e-poçt və sosial şəbəkələrdən istifadə edirsə, onun hesabını (mesajlar qutusu və s.) mütəmadi yoxlamaq və zərərli məzmuna qarşı e-poçt filtrindən istifadə etmək;
6.Fərdi məlumatların qorunmasının əhəmiyyətini və qorunma yollarını uşağa izah etmək;
7.Ətraflı araşdırmadan internet məkanında yayımlanan məlumatlara inanmamağı izah etmək;
8.Virus və casus proqramlarından qorunmaq üçün şübhəli saytlara daxil olmamaq.
14/06/2021
06/06/2021
15/03/2021
20/12/2019
19/03/2019