Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory Azərbaycan Milli musiqisinin tədrisi və təbliği. Azərbaycan Milli Musiqisinin Tədrisi

Azərbaycan Milli Konservatoriyasında tələbə adını qazanan əziz gənclər!Musiqi sənətinə aparan yolda mühüm bir mərhələyə ...
24/08/2026

Azərbaycan Milli Konservatoriyasında tələbə adını qazanan əziz gənclər!
Musiqi sənətinə aparan yolda mühüm bir mərhələyə qədəm qoyursunuz.Qarşıda sizi yeni biliklər, yaradıcılıq axtarışları və sənət dünyanızı zənginləşdirəcək imkanlar gözləyir.

Azərbaycan milli musiqi irsinin zəngin ənənələrini qorumağa və gələcək nəsillərə layiqincə ötürməyə hazır olun. Bilik və yaradıcılıq axtarışlarınızı daim davam etdirin.

Tələbə adınız mübarək!

Azərbaycan Milli Konservatoriyasına, sənət ocağımıza xoş gəlmisiniz!

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Tofiq Bakıxanov vəfat...
24/08/2026

Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Tofiq Bakıxanov vəfat edib.

Azərbaycanın milli musiqi mühitində yetişən Tofiq Bakıxanov görkəmli tarzən, ustad sənətkar, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmışdır.

Yaradıcılığı boyu Azərbaycanın zəngin ənənəvi musiqisi, muğam sənəti və xalq musiqiçiləri ilə sıx bağlı olan Tofiq Bakıxanov bu zəngin musiqi mühitindən bəhrələnərək milli musiqimizin inkişafına mühüm töhfələr verib. “Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah” kimi simfonik muğamları, tar və simfonik orkestr üçün konsertləri, eləcə də çoxsaylı digər əsərləri onun Azərbaycanın milli musiqi irsinə dərin bağlılığını və sənətə yüksək peşəkar münasibətini əks etdirir.

Tofiq Bakıxanov Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətləri” kafedrasının dövlət imtahanlarında uzun illər komissiya sədri olmuşdur. Ustad sənətkar eyni zamanda Azərbaycan Milli Konservatoriyasında dəfələrlə müəllif konsertləri keçirməklə Azərbaycanın milli musiqi təhsilinə verdiyi böyük dəyəri və xüsusi münasibətini nümayiş etdirib.

Azərbaycan Milli Konservatoriyası olaraq görkəmli sənətkarın vəfatından dərin kədər hissi keçirir, ailəsinə, doğmalarına və bütün sənət ictimaiyyətinə başsağlığı veririk.

Allah rəhmət eləsin!

14–16 avqust 2026-cı il tarixlərində Macarıstanın Buqaç şəhərində keçirilən IX Böyük Hun-Türk Qurultayında Azərbaycan Mi...
22/08/2026

14–16 avqust 2026-cı il tarixlərində Macarıstanın Buqaç şəhərində keçirilən IX Böyük Hun-Türk Qurultayında Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyeva və Azərbaycan Milli Konservatoriyasının müəllimi, Beynəlxalq Muğam Mərkəzinin solisti Rüstəm Müslümov iştirak ediblər.

27-dən çox türk icmasının nümayəndələrinin iştirak etdiyi qurultayda müxtəlif mədəniyyətlərin, musiqi və sənət nümunələrinin təqdim olunduğu zəngin proqram nümayiş etdirilib. Azərbaycan Milli Konservatoriyasının nümayəndələrinin belə mötəbər beynəlxalq mədəni platformada iştirakı Azərbaycan milli musiqi irsinin və peşəkar sənət ənənələrinin təbliği baxımından böyük əhəmiyyət daşıyıb.

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının X sinif şagirdi Cəlalə İsmayılzadə beynəlxalq müs...
22/08/2026

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının X sinif şagirdi Cəlalə İsmayılzadə beynəlxalq müsabiqədə növbəti uğuruna imza atıb.
Gənc ifaçı Vyana şəhərində keçirilən “Antonio Vivaldi Vienna International Youth Competition 2026” müsabiqəsində uğurla çıxış edərək nüfuzlu münsiflər heyətinin yekdil rəyi ilə birinci yerə layiq görülüb.

Gənc ifaçını qazandığı yüksək nəticə münasibətilə təbrik edir, ona musiqi və yaradıcılıq
fəaliyyətində yeni uğurlar, beynəlxalq müsabiqələrdə parlaq nailiyyətlər arzulayırıq.

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

🎼 Azərbaycan Milli Konservatoriyasında ilk dəfə SABAH qrupları açılır!2026/2027-ci tədris ilindən etibarən Vokal sənəti ...
04/08/2026

🎼 Azərbaycan Milli Konservatoriyasında ilk dəfə SABAH qrupları açılır!

2026/2027-ci tədris ilindən etibarən Vokal sənəti (Xanəndəlik) ixtisası üzrə SABAH qruplarına qəbul elan edilir.

SABAH qruplarında təhsil alan tələbələr üçün:
✔️ Xüsusi hazırlanmış tədris proqramı
✔️ Tanınmış yerli və xarici sənətçilərin iştirakı ilə ustad dərsləri
✔️ Opera tamaşaları, televiziya verilişləri və müxtəlif nüfuzlu layihələrdə iştirak imkanları
✔️ Beynəlxalq müsabiqələrə peşəkar hazırlıq və iştirak təminatı
✔️ Maliyyə və təşkilati dəstək (səhnə geyimləri, peşəkar səsyazmaları, promo-video çəkilişləri və marketinq fəaliyyəti üzrə)
✔️ İllik hesabat konsertləri

Muğam sənətini peşəkar səviyyədə öyrənmək, səhnə təcrübəsi qazanmaq və gələcəyin uğurlu xanəndələri sırasında yer almaq istəyən abituriyentləri Azərbaycan Milli Konservatoriyasının SABAH qruplarına dəvət edirik.

İstedadını sənətə, sənəti gələcəyə daşı!




Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

Məlum olduğu kimi, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 9-dək internet vasitəsil...
03/08/2026

Məlum olduğu kimi, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 9-dək internet vasitəsilə aparılacaq. Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Ünvanlarla tanış olmaq üçün link.https://dim.gov.az/storage/postFile/meslehet-merkezleri-17022026pdf_17-02-2026_11-24-07.pdf

📌15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Ag...
03/08/2026

📌15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universiteti gənc alim və tədqiqatçıları "Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO29)”dəvət edir.

Ənənəvi (əyani) formatda təşkil olunacaq konfransda respublikamızın bütün bölgələrindən və müxtəlif elmi istiqamətlərdən olan gənc alimlərin fəal iştirakı nəzərdə tutulur.

Konfransda iştirak tamamilə ödənişsizdir və təşkilati-hüquqi formasından asılı olmayaraq aşağıdakı şəxslər iştirak edə bilərlər:

• Azərbaycan Respublikasının vətəndaşı olub ölkə daxilində və ya xaricdə fəaliyyət göstərən ali təhsil və ya elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və ya dissertantlar.

• Azərbaycan Respublikasında yerləşən ali təhsil və ya elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və ya dissertantlar.

• Yaşı 35-dən yuxarı olmayan elmi dərəcəyə malik olan şəxslər.

Konfransın elmi müzakirələrlə yanaşı bir sıra sosial-mədəni tədbirlərlə birlikdə əsl festival havasında keçirilməsi planlaşdırılır.

Məqalə və tezislərin qəbulu 01 sentyabr 2026-cı il tarixədək davam etdirilir.
Tədbirlə bağlı ətraflı məlumat, tezis tərtibatı qaydaları və s. qeydiyyat üçün konfrans.

saytına müraciət edə bilərsiniz.

Əlaqə: Çapay Quliyev (050 325 11 11), Zamin Babazadə (060 205 11 10)






Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

1 avqust 2026-cı il tarixində Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, A...
01/08/2026

1 avqust 2026-cı il tarixində Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Arif Babayevin vəfatından bir il ötür. Bu münasibətlə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru,Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının əməkdaşları, mərhum sənətkarın tələbələri və tanınmış incəsənət xadimləri Fəxri xiyabanda Arif Babayevin məzarını ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, mərhum sənətkarın tələbələri və incəsənət nümayəndələri çıxış edərək onun işıqlı xatirəsini ehtiramla yad ediblər.

Çıxışlarda Arif Babayevin Azərbaycan muğam sənətinin inkişafında, milli xanəndəlik məktəbinin zənginləşdirilməsində və gənc ifaçıların yetişdirilməsindəki müstəsna xidmətlərindən bəhs olunub.

Ziyarət iştirakçıları Xalq artisti Arif Babayevin məzarı üzərinə gül dəstələri düzərək görkəmli sənətkara dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə və pedaqoq Arif Babayevin əziz xatirəsini
hörmətlə anırıq. Ruhu şad olsun!

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

01/08/2026

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının müəllimləri, Əməkdar artist Təyyar Bayramov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyeva, beynəlxalq müsabiqələr laureatı Mirələm Mirələmov,
“Xalq çalğı alətləri” kafedrasının dosentləri, Əməkdar artistlər Sahib Paşazadə və Çinarə Heydərova, “İnstrumental muğam” kafedrasının dosenti, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayev, müəllim Rüstəm Müslümov, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist, Prezident mükafatçısı Emil Əfrasiyab,"Xalq çalğı alətləri" kafedrasının müəllimi, Əməkdar artist Şəhriyar İmanov, eləcə də Konservatoriyanın tələbələri Nuray Hacızadə və Rəvanə Ağamirova,
Samid Xudatlı və Sara Hüseynova, məzun Kənan Novruzov iştirak ediblər.







Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

29 iyul–3 avqust tarixlərini əhatə edən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının  üçüncü günü çərçivəsində təşkil olunan...
01/08/2026

29 iyul–3 avqust tarixlərini əhatə edən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günü çərçivəsində təşkil olunan “Muğam axşamı” konsertində Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının müəllimləri, Əməkdar artist Təyyar Bayramov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyeva, beynəlxalq müsabiqələr laureatı Mirələm Mirələmov, Konservatoriyanın tələbələri Nuray Hacızadə və Rəvanə Ağamirova, məzun Kənan Novruzov iştirak ediblər.

Onları “Xalq çalğı alətləri” kafedrasının dosentləri, Əməkdar artistlər Sahib Paşazadə və Çinarə Heydərova, “İnstrumental muğam” kafedrasının dosenti, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayev və Rüstəm Müslümov müşayiət ediblər.

Beynəlxalq festivalın ənənəvi proqramlarından biri olan “Muğam axşamı”nda “Dilkəş”, “Bayatı-Şiraz”, “Segah” və “Şur” təsniflər, N. Feyzullayevin “Ay qız” əsəri, “Vətən” kompozisiyası və “Qarabağ şikəstəsi” zərbi muğamı tamaşaçılara təqdim olunub.

Qədim muğam ənənələrinin peşəkar ifaçılar tərəfindən yüksək sənətkarlıqla təqdim edilməsi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd etməliyik ki, XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist, Prezident mükafatçısı Emil Əfrasiyab,"Xalq çalğı alətləri" kafedrasının müəllimi, Əməkdar artist Şəhriyar İmanov, eləcə də tələbələr Samid Xudatlı və Sara Hüseynova da iştirak edərək yüksək peşəkarlıq nümayiş etdiriblər.

Festival bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri ilə öz işini davam etdirir.

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory

Address

Ə. Ələkbərov 7, Yasamal
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125397047

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory:

Shortcuts

Share