25/03/2026
Qaçırtmayın 💃🏼
üçün bu qiymət özünüz də bilirsiniz ki, göydən düşmədir… 😅
Welcome to my page!
I'm an experienced ESL & IELTS instructor with TKT, TESOL, and IELTS certifications, dedicated to helping learners achieve fluency and success in English.
25/03/2026
Qaçırtmayın 💃🏼
üçün bu qiymət özünüz də bilirsiniz ki, göydən düşmədir… 😅
10/03/2026
6-cı sinif şagirdim İskəndər 🎉
Cəmi 3 ay ərzində və 0-dan başlayaraq
Cambridge təsdiqli A2 level sertifikat əldə etdik. 📜
Üstəlik dərslərimiz tam onlayn formatda keçirilib.
📊 Nəticələri:
Overall: 129
Reading: 127
Writing: 133
Listening: 121
Speaking: 134
Ən maraqlısı isə odur ki, şagirdim rus sektorunda oxuyur və ingilis dilinə tam başlanğıc səviyyədən başlamışdı. Siz isə hələ də rus dilini bilən ingilis dili müəllimi axtarırsınız hə?)
Düzgün proqram (3 ay) və davamlı praktika (son 2 həftə) ilə real nəticə əldə etmək mümkündür.
Əgər siz də övladınızın 🌍 beynəlxalq Cambridge sertifikatı almasını istəyirsinizsə, bizə yazın.
onlineenglish bakukids cambridgeazerbaijan
14/02/2026
Bir IELTS nəticəsinin hekayəsi
Bir 8-lik balı olan tələbəm mənə güvənərək öz yaxınını gətirdi.
Onun da bir xəyalı vardı.
Bir hədəfi vardı.
Bu gün: o da 8.0-lərin siyahısındadır.
Davam edən hər kəs üçündür bu mesajım: Alınır. 💥
26/01/2026
Mock examları 7 olan biri necə 6 yığdı? 🌝
Tələbəm Anar il ərzində bütün sınaqlarda stabil nəticə göstərirdi. 6.5-7 və bəzən Reading 6… Potensialı real olaraq 7+ idi. Amma rəsmi imtahanda nəticə 6 oldu. 🙂
Bu nə deməkdir? “Zəif hazırlaşdı” demək deyil təbii ki. Bu, potensialından aşağı bal deməkdir. 😊
Əsas səbəblər:
1. İmtahan psixologiyası
Mock ilə Real imtahanı ayıra bilməmək.
Zal, vaxt təzyiqi, “bu sondur” düşüncəsi ki, bu fikirlə imtahana girəndə beyin fərqli işləyir və siz tədirginləşirsiniz. Performansınıza təsir göstərir.
2. Overthinking (həddindən artıq düşünmək)
Asan sualda belə: “Birdən başqa nəsə var?” və səhv cavab. (Bunu hər reading-də yaşayırdıq)
3. Enerji idarəsi
İlk bölmələrdə çox enerji xərcləyib, sonda konsentrasiya düşüb. Writing min 6.5 olduğu təqdirdə, 1-ə o qədər vaxt ayırmaq onu 2-cini yazmaqdan yayındırıb.
Anarın biliyi 6-lıq deyildi. Bunu qrupundakılar da təsdiqləyir. Hətta “o speakinglə necə 6 oldu axı?!” deyənlər də az deyildi.
Sadəcə performansı potensialını əks etdirmədi.
Bu da vacib dərsdir:
İmtahan yalnız bilik yox, psixologiya + strategiya + enerji oyunudur.
Və bəzən ən ağıllı tələbələr də məhz burda uduzur.
Amma yaxşı xəbər:
Bu öyrənilən bir şeydir.
Və Anar artıq bilir ki, problem biliyində yox, performans idarəsindədir. Ona Avropadakı təhsil həyatında uğurlar arzulayıram. ❤️
29/12/2025
Bəs siz yeni il üçün bu qədər endirimə hazırsınız? 😎
Yanvar ayının 8-ə kimi qüvvədədir. Daha uyğun büdcə ilə daha ideal skora bir az da yaxınlaşın. Ətraflı məlumat üçün + qoya bilərsiniz.
Bundan əlavə səhifəmi bəyənən və 2 dostunu tag edən 1 rəyə 3 nəfərlik ödənişsiz IELTS dərsləri hədiyyə edəcəm! 💫
21/11/2025
Sadəcə kifayət edir ki, başlayasınız. 🌿
14/11/2025
Qısa müddətdə hər şeyin öhdəsindən gəlmək olur. Sadəcə səbr, inam və müəllimi dinləmək kifayət edir. 🌿
Biz daha bir “low level”-dən nəticə əldə edə bildik. ✨
Congrats, Mehdi! 💫
05/11/2025
Yenə mən, yenə biz və 9 READING! 💫
20 Dərslik xüsusi planım istənilən leveldə öz sözünü deyəcək. Bu hələ başlanğıcdır ✨
18/10/2025
Bəli, overall 8!
8 tələbəylə başladığım 20 dərslik yeni praktiki IELTS hazırlığı minimum A2 levelin 6.5, B1 levellərin isə 7-8 balı ilə nəticələndi. Aralarında universitet-məktəb müəllimləri, hərbi məktəb tələbələri, neft-qaz mühəndisi və gələcək təhsilini xaricdə magistr olaraq tamamlayacaq olanlar var idi. Digər nəticələrini paylaşmadıqlarım isə ümid edirəm siz də gizlətmək məcburiyyətində qalmazsınız. 💫
Çingiz, nəticəni mənimlə bölüşdüyün üçün təşəkkürlər! Gələcək həyatında uğur arzulayıram!✨
09/10/2025
Bu nəticə mənim üçün sadəcə bal deyil, dərin analiz materialıdır.
Çünki Listening 7.5, Writing və Speaking 6.5 olduğu halda, (ki, 7 gözləyirdim hətta) Reading-in 5.5 gəlməsi də heç təsadüfi də deyil.
Vaxt strategiyası yox idi.
Passage 1-ə və ya 2-ə çox vaxt ayrılırdı, Passage 3-ə çatanda tələsik cavablar seçilirdi.
Mətnlə sual arasında əlaqə qurmaqda çətinlik var idi.
Keyword tapmaq kifayət deyil, həm də fikir axınını izləmək lazımdır.
“Ən çox bal itirəcəm”, “məndə bu suallar alınmır” tipli çox yayılmış demotivasiya mənbələri…
✨ Yaxşı xəbərim də var!
Bu səhvlər dil səviyyəsi ilə bağlı deyil.
Texnika + təcrübə + düzgün motivasiya ilə bağlıdır.
Congrats, ✨
03/10/2025
“overlook” sözü paradoksal məna daşıyan gözəl nümunədir:
- Diqqətdən qaçırmaq (yəni görməmək),
- Nəzarət etmək / yuxarıdan görmək (yəni diqqətlə baxmaq).
I overlooked a mistake. 👉 Səhvi nəzərimdən qaçırdım.
The manager overlooked the whole process to make sure everything was correct. 👉 Menecer bütün prosesi nəzarətdə saxladı ki, hər şey düzgün olsun.
👀 Bəs sizcə, 3-cü mənası nədir?
P.s. Video versiyanı .academy səhifəsində izləyə bilərsiniz. ✨
05/09/2025
“Tiçr, bilmədim e necə oldu, 6 writing və speakingdən gəlib.”
Bu mesaj o demək idi ki, bizə lazım skoru əldə etmişik. Özü də neçə günə? Cəmi 10 DƏRSƏ!
Yolun uğurlu olsun Elmir! A2 levellə bu bal, özü demiş “mənim qrammatikam 0-dı. Onunla belə çox yığmışam”.
Ancaq məsləhətim odur ki, hər işi son günə saxlamayın. Gördüyünüz 7+ bütün nəticələrin arxasında General English-i güclü olan, davamlılığı qoruyan tələbə və ona istiqamət verən müəllim olur. Bəlkə də Elmirin ən az 2 ayı olsa idi, o da C tələbələrdən biri idi!✨
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |