10/05/2026
10 May — xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. ✨️ 🇦🇿
Müasir Azərbaycanın qurucusunu dərin hörmət və minnətdarlıqla anırıq.
_______________
10 May — the birthday of our National Leader, Heydər Əliyev. ✨🇦🇿
We honor the founder of modern Azerbaijan with deep respect and gratitude.
09/05/2026
🎖️ 9 May — Qələbə Günü
1941–1945-ci illərin qəhrəmanlarını hörmət və minnətdarlıqla anırıq.
__________
🎖️ 9 May — Victory Day
We honor and remember the heroes of 1941–1945 with respect and gratitude.
04/05/2026
Sizi peşəkar məşqçilər tərəfindən keçirilən dərslərinə dəvət edirik! 🏹
Məşqlər iştirakçıların fiziki hazırlığını artırmaqla yanaşı, onlarda fokuslanma və dözümlülük kimi bacarıqları inkişaf etdirir. 🎯
📍 Ünvan: Evrika liseyi (6 Əhməd Rəcəbli)
🗓️ Məşq günləri: Çərşənbə axşamı və Cümə axşamı
⏰ Saat: 18:00 – 19:30
Gələcəyin idmançılarının sırasına siz də qoşulun! ✅
————
We invite you to join our classes led by professional coaches! 🏹
These training sessions not only enhance physical fitness but also develop essential skills such as focus and endurance. 🎯
📍 Address: Evrika Lyceum (6 Ahmad Rajabli)
🗓️ Training days: Tuesdays and Thursdays
⏰ Time: 18:00 – 19:30
Join the ranks of future athletes! ✅
01/05/2026
Liseyimiz artıq AP imtahan mərkəzi statusu əldə etdi.🎓
Bu, şagirdlərimiz üçün beynəlxalq imkanlara açılan yeni bir addımdır.
__________________
Our school has officially become an AP Exam Center.🎓
This is a new step opening international opportunities for our students.
Ətraflı məlumat üçün / For more information: ⤵️
📞 (+994) 12 525 10 10 | (+994) 50 850 54 21
26/04/2026
Zəhmətin imzası: Hüseyn Ələsgərli — RFO finalında bürünc medalçı, Respublika üçüncüsü.
Liseyimizin şagirdi Hüseyn Ələsgərli RFO-nun final mərhələsində 26/30 nəticə ilə bürünc medal qazanaraq Respublika üçüncüsü olub.
Ona daha böyük zirvələr arzulayırıq. ✨
__________________
The signature of hard work: Huseyn Alasgarli — Bronze medalist at the RFO finals, 3rd place nationwide.
Our school’s student, Huseyn Alasgarli, achieved outstanding results in the final stage of the Republican Subject Olympiad (RFO), scoring 26 out of 30 and earning a bronze medal, placing third in the country.
We wish him even greater achievements ahead. ✨
19/04/2026
Evrika Liseyinin 15 illik tarixinin aynası olan jurnal Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının arxiv fonduna daxil edildi.
4 buraxılışı ilə yüzlərlə elmi, sosial, idman və ekoloji layihəni, şagirdlərin məqalə, hekayə və şeirlərini, eləcə də Evrika ailəsinin uğur hekayələrini özündə birləşdirən bu nəşr artıq milli mədəni irsin bir parçası kimi qorunacaq.
Bu, təkcə bir jurnalın deyil — onun səhifələrində öz izini qoyan bütün Evrika ailəsinin 15 illik uğurunun təsdiqidir. ✨
08/04/2026
10 və 14 aprel tarixlərində Evrika turu təşkil olunacaq.✨️
Tur çərçivəsində Dəniz uşaq bağçasının və Evrika Montessori Kids Akademiyasının məktəbəqədər təhsil müəssisələrinin şagirdləri liseyimizdə qonaq olacaq.
🎯 Turun məqsədi:
Məktəbəqədər yaşlı uşaqların məktəb mühiti ilə yaxından tanış olması, dərs prosesi, sinif otaqları və ümumi məktəb həyatı barədə ilkin təəssürat qazanmalarına şərait yaratmaqdır.
📅 Tarix: 10 və 14 aprel
📍 Məkan: Evrika Liseyi (Əhməd Rəcəbli) və Evrika filialı (Zümrüd Residence)
31/03/2026
31 Mart — Azərbaycanlıların Soyqırımı Günü.
Bu tarix xalqımızın yaddaşında dərin izlər buraxmış faciələrin anım günüdür. 🥀