Abituriyent

Abituriyent Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

23/07/2014

Eziz Abituriyentler!
Sabah butun qruplar uzre ixtisas secimi bashlayir. Kim hansi universiteti ve fakulteni sececek?

23/07/2014

2013/2014 keçirilən qəbul imtahanlarının keçid balları sizi qane edirmi?

Keçid balları - 2013 (ali təhsil müəssisələri üçün)Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına daxil olan müraciətlərdən gör...
23/07/2014

Keçid balları - 2013 (ali təhsil müəssisələri üçün)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırma¬malıdırlar. “Abituriyent” jurnalının bu xüsusi buraxılışında ali təhsil müəssisələrinin ixtisas¬larına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib.
Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Abituriyent №4“Abituriyent” jurnalının 4-cü sayında 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil m...
23/07/2014

Abituriyent №4

“Abituriyent” jurnalının 4-cü sayında 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı çap edilmişdir. Jurnalın bu sayında həmçinin müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurma qaydası, qəbul aparılan ixtisaslar, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu, ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs arasında müqavilə nümunəsi, qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması (apelyasiya) qaydaları təqdim olunmuşdur.
Bu nömrədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına, və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə tələbə qəbulu qaydaları, respublikanın ali təhsil müəssisələri haqqında informasiya-reklam məzmunlu materiallar da verilmişdir.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində dərc edilmişdir.
Jurnalları TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?(1-ci qrup)Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrini...
23/07/2014

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

(1-ci qrup)Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin I ixtisas qrupuna qəbul imtahanı vermiş abituriyentlərin imtahan ballarını internet vasitəsilə elan etmişdir. Ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışında “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edilmişdir. Kitabçada ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunmuşdur.
Azərbaycan dilində olan kitabçanı TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq olar, vəsaitin rus dilində nəşrini isə elektron formatda (pdf) http://eservices.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Abituriyent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Abituriyent:

Shortcuts

Share

Category